Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq daha da genişləndiriləcək - İnam Kərimov

img

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, hazırda Bakıda keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgilərinə Türkiyədən böyük nümayəndə heyəti qatılıb: "Sərgidə bir çox ölkələrdən, o cümlədən Türkiyədən nümayəndə heyəti iştirak edir. Gələcəkdə Türkiyə ilə əməkdaşlığı daha da genişləndirmək fikrindəyik. Bununla bağlı danışıqlar da aparmışıq. Növbəti sərgilərdə daha çox Türkiyə şirkətləri təmsil olunacaq".

Son xəbərlər