Cümə günü, 02 oktyabr 2026
     

Dünyanın diqqəti Azərbaycanın nəqliyyat-logistika imkanları üzərində cəmləşir...

Image


Sayca 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunu əvvəlkilərdən fərqləndirən əsas cəhət bu dəfə nəqliyyat sektoruna daha çox diqqət yetrilməsi oldu. Ötən həftə baş tutan forum elə bu cəhətdən Azərbaycan üçün də xüsusi diqqət mərkəzində yer aldı.

Xatırladaq ki, sözügedən tədbirdə Azərbaycan da təmsil olunub. Forumda Azərbaycanı təmsil edən baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan Rusiya və İranla “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq edir: “Pandemiya dövründə belə bu ölkələr arasında tranzit yükdaşımalar dayanmadı. Pandemiyadan əvvəlki dövrə nisbətən yükdaşımaların həcmi 19 faiz artıb ki, bu da dəhlizin əhəmiyyətli olduğunu göstərir”. Şahin Mustafayev onu da nəzərə çatdırıb ki, “Şimal-Cənub” dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi də inşa edilib yekunlaşsa, tranzit daşımalarda daha yaxşı nəticələr əldə etmək olar. Hazırda İran tərəfi bu yolun Qəzvin-Rəşt hissəsini istismara verib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Yüklərin Avropadan Hindistanla Cənub-Şərqi Asiya ölkələrinə və əks istiqamətə “Şimal-Cənub” dəhlizi vasitəsilə daşınması daha sərfəli və daha təhlükəsizdir. Dəhliz Rusiya, Azərbaycan və İran ərazisindən keçir. Şahin Mustafayevin də bu məsələyə beynəlxalq tədbirdə toxunması təsadüfi xarakter daşımır. Məsələ ondan ibarətdir ki, ekspertlərin hesablamalarına görə, yaxın gələcəkdə Avropa ilə Asiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq. Bunun üçün nəqliyyat yollarının təhlükəsiz və asan olması olduqca vacibdir. Bugünə kimi adıçəkilən qitələr arasındakı yükdaşımalar Süveyş kanalı vasitəsilə həyata keçirilir. Lakin bu yol uzun olduğu qədər də çox xərc tələb edir. Eyni zamanda, bir neçə ölkədən keçən gəmilər dəfələrlə gömrük rəsmiləşdirilməsindən keçməli və elə o qədər də rüsum ödəməli olurlar. Lakin “Şimal-Cənub” dəhlizi ilə yükləri tez, təhlükəsiz və az xərc çəkməklə daşımaq olar. Misal üçün, Körfəz ölkələrindən çıxan gəmi Süveyş kanalından keçməklə yükləri 1 ay müddətinə Avropaya çatdırır. Lakin gəmilərlə yüklər İranın körfəzdəki Bəndər-Abbas limanına daxil olarsa, buradan qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Şimali Avropaya qədər cəmi 15 günə daşınar. Nəqliyyat xərcləri isə 35-40 faizə kimi azalar. Təhlükəsizlik məsələsinə gəldikdə, istər Rusiya ilə Azərbaycan, istərsə də İran bu məsələyə zəmanət verir. Hər 3 dövlətin əməkdaşlığı təhlükəsizliyin təmin olunması üçün zəmanətdir.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi həm Hindistanla Cənub Şərqi Asiya ölkələrinin, həm də Körfəz ətrafındakı ölkələrin Avropa ilə nəqliyyat əlaqəsini yaradır. Körfəz ölkələri yükləri, qeyd edildiyi kimi, Bəndər-Abbas limanına, Hindistan və Cənub-Şərqi Asiya ölkələri isə yükləri İranın Çabahar limanına gətirib buradan Avropaya yola sala bilər. İranın adı çəkilən hər iki limanına daxil olan yüklər Avropaya Qəzvin-Rəşt-Astara(İran) - Astara(Azərbaycan) dəmir yolu ilə daşınsa, həm təhlükəsizlik təmin olunar, həm daşınma xərcləri azalar, həm də yüklər mənzil başına tez çatdırılar. Məhz belə vaxtda bəlli olub ki, Rusiya şirkətləri “Şimal-Cənub” dəhlizinin əsas seqmenti olan dəmir yolunun İran ərazisindən keçən hissəsinin inşasında iştirak etməkdə maraqlıdır. Rusiyanın İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında bildirib ki, rəhbərlik etdiyi mərkəz sözügedən dəmir yolunun tikintisinə qatılacaq şirkətlərə xidmət göstərməyə hazırdır. Bir daha xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Lakin iqtisadi sanksiyalar və İran iqtisadiyyatının tənəzzül dövrünü yaşaması yolun tikintisinə ciddi maneələr yaradıb. İndi rus şirkətləri yolun bu hissəsinin daha tez istismara verilməsinə yardım etmək niyətindədir. “Şimal-Cənub”la yanaşı, Azərbaycan “Şərq-Qərb” dəhlizi vasitəsilə də böyük dividendlər əldə edəcək. Çünki bu gün Azərbaycan hazırda özünün iqtisadi, nəqliyyat-logistika potensialı sayəsində 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa arasında iqtisadi qovşaq rolunu oynayır. Bu amil iki qlobal iqtisadi güc arasında əlaqələrin inkişafı üçün Azərbaycanın əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın onlarla ikitərəfli iqtisadi əlaqələrinin inkişafına da müsbət təsir edir. Beləliklə, “Şərq-Qərb”, “Şimal-Cənub “nəqliyyat dəhlizlərində fəal iştirak Azərbaycana mühüm üstünlüklər vəd edir. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Zəngəzur dəhlizi açıldıqdan sonra qeyd edilən dəhlizlərlə bağlı yeni imkanlar da yaranacaq. Bütün bunlar Azərbaycana qarşıdakı dövr ərzində yeni böyük üstünlüklər vəd edir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ