Bazar ertəsi günü, 17 avqust 2026
     

Dolların manata nisbətdə ucuzlaşma prosesi başlanır

Image


Azərbaycan iqtisadiyyatında qeydə alınan inkişaf maliyyə sektoruna da öz təsirini göstərməkdədir. Bu fonda milli valyutaya etimad artmaqda, dollara, avroya tələb azalmaqdadır. Belə vəziyyət dollarla banklara qoyulan əmanətlərə də təsir edir.

Mərkəzi Bankın son məlumatında da deyilir ki, valyuta bazarında sabitlik şəraitində həm depozit, həm də kreditlər üzrə dollarlaşmanın azalması davam edir. Bu da milli valyutaya inamın artdığını göstərir. Baş bank bununla yanaşı bildirir: “Monetar şərait iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın saxlanmasına xidmət etməkdədir. Əsasən vahid xəzinə hesabı qalığının artması ilə bağlı pul bazasının ilin əvvəlindən dəyişimi neqativ zonada qalmaqdadır. Bu şəraitdə iqtisadiyyatın likvidliyinin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmi azaldılıb. Kredit aktivliyinin tədrici bərpası davam edir. Birinci rübdə bank sistemi üzrə kredit portfeli 1.4%, o cümlədən biznes kreditləri 1%, ipoteka kreditləri 4.4%, istehlak kreditləri 0.5% artıb. Makroprudensial yumşalmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir”. Belə vəziyyətdə əhalinin də dollara tələbinin azalması qeydə alınır. Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, Dövlət Neft Fondu bu il valyuta satışlarını azaldıb və 140 milyon ABŞ dollarına qənaət edib: "Valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür". Qeyd edək ki, bu ilin ilk rübündə Neft Fondu valyuta hərraclarında 1 milyard 480 milyon dollar məbləğində vəsait satıb. Bu da 2020-ci ilin ötən dövrü ilə müqayisədə 46,6% azdır.

Ekspertlər qeyd edir ki, dollara tələbin azalması və ölkəyə daxil olan dollar kütləsiinin artımı fonunda ABŞ valyutasının manat qarşısında ucuzlaşması da istisna olunmur. Qeyd edək ki, dünya bazarlarında neft və qazın artma qiyməti Azərbaycana daxil olan dollar kütləsinin həcmini sürətlə artırır. Neftin bahalaşmaqda davam etməsi il ərzində Azərbaycanın daha çox dollar vəsaiti əldə etməsinə şərait yaradır. Artıq cari ilin yanvarından etibarən neftin qiyməti 30% artaraq böhrandan əvvəlki səviyyəyə çatıb. Ekspertlər bildirir ki, dünya iqtisadiyyatı dirçəlməyə başlayıb, məhdudiyyətlər aradan qaldırılır, dünyada kütləvi peyvəndləmə davam edir. Bu fonda enerji daşıyıcılarına tələbat qiymətlərin yüksəlməsinə gətirib. Rusiyanın “RİA Novosti” portalı bu xüsusda yazır: “2020-ci ildə neft sahəsi bir neçə dəfə enmə dalğası yaşayıb. Buna bir sıra amillər kompleksi səbəb olub. Həmin amillərdən əsasları tələbatın kəskin azalması şəraitində istehsalın həddən artıq yüksək olması və pandemiya ilə əlaqədar qapanmalardır. Ötən ilin mart ayında neftin qiyməti iki dəfədən artıq ucuzlaşaraq bir barrel üçün 30 dollara qədər düşüb. Lakin payızın sonlarında Qərb peyvəndlərinin uğurla sınaqdan çıxarılması və ABŞ-da keçirilən prezident seçkilərində Co Baydenin qələbəsi bazarda qiymətlərin artımına səbəb olub. Yanvar ayında qiymətlər son səkkiz ayda maksimum həddə çatıb və bu artım OPEC ölkələrinin növbəti qərarları və neft hasilatının məhdudlaşdırılması fonunda baş verib. Beləliklə, fevral ayında “Brent” markalı neftin bir barrelinin qiyməti 65 dollara – böhrandan əvvəlki səviyyəyə çatıb.

Mart ayında isə "qara qızıl"ın qiyməti 61 dollara düşüb – Avropada koronavirusun üçüncü dalğası və qapanma elan olunub. Lakin bu, ümumi trendin qarşısını almayıb. Avropadakı məhdudiyyətlər geridə qaldıqdan sonra kotirovkalar yenidən yuxarı üz tutub. Geniş vüsət almaqda olan peyvəndləmə öz işini gördü. Bir sıra ölkələrdə koronavirus ocaqları olmasına rəğmən, neftə tələbata dair proqnozlar xeyli yaxşılaşıb. Dünya iqtisadiyyatı getdikcə bərpa olunur. Belə ki, mart ayında Beynəlxalq Energetika Agentliyi cari ildə tələbatın sutkada 96,5 milyon barrelə çatacağını və pandemiya ilə əlaqədar ötənilki itkilərin 60%-nin əvəzinin ödəniləcəyini proqnozlaşdırıb. Bundan əlavə, ABŞ-da neft hasilatının kəskin azalması və OPEC-lə müqavilə çərçivəsində Səudiyyə Ərəbistanının könüllü məhdudiyyətlərdən sonra qlobal neft daşınmaları gündə 2 milyon barrelə qədər azaldı. Belə ki, aprel ayında kartel hasilatı 7,9 milyon barrel, may ayında - 7,3 milyon, iyunda 6,6 milyon, iyulda isə 5,76 milyon barrel azaldacaq. Bütün bunlar xam neftin qiymətini artırır. Daha bir amil: məlum olub ki, pandemiya dövründə yığılıb qalmış ehtiyatlar, demək olar ki, tükənib. Belə ki, inkişaf etmiş ölkələrin neft saxlanclarında "pandemiyadan qalmış artıqlar"ın cəmi 20%-i qalıb. Belə ki, ötən ilin iyulunda anbarlarda 249 milyon barrel "qara qızıl" var idisə, hazırda cəmi 57 milyon barrel neft qalıb. Bunun özü də OPEC+ müqaviləsi iştirakıları tərəfindən hasilatın azaldılmasının nəticəsidir. "Pandemiyadan qalmış artıqlar"ın, demək olar ki, hamısı Çində cəmləşib. Məsələn, ABŞ-da isə qalan ehtiyatların həcmi bəhrandan əvvəlki səviyyədə, yəni cəmi 1,28 milyard barreldir. Tankerlərdə olan ehtiyatlar da azalmaqda davam edir.

Hələ fevral ayında “JP Morgan” analitikləri yeni neft superdövrünün başlanmasını sezmişdilər. Belə ki, ən iri investisiya banklarından birinin iqtisadçıları aşağıdakı əlamətləri qeyd edirdilər: kənd təsərrüfatı malları, metalların qiymətində artım və neftin qiymətinin 50 dolları keçməsi. Son 100 il ərzində əmtəə-xammal bazarında bu cür dörd superdövr olub. Sonuncu belə dövr 1996-cı ildə başlanıb və onun ən yüksək zirvəsi 2008 ci ildə olub. Buna dünyanın əsas neft istehlakçısı olan Çinin iqtisadi inkişafı səbəb olub.

Hazırkı yüksəlişin səbəbi isə pandemiyadan sonrakı dirçəliş, həddən artıq yumşaq pul-kredit və büdcə siyasəti (minimal faiz drəcələri, müxtəlif ölkələrin mərkəzi banklarının büdcə stimullaşdırması tədbirləri), dolların zəifləməsi, inflyasiyanın artımı və ekoloji tədbirlərdir. Eyni zamanda, vəziyyət 2000-ci illərdəki ilə oxşardır: xammal bazarlarında kotirovkalar uzun illərin maksimum həddindədir. Məsələn, Çin böyük həcmdə qarğıdalı və soya aldıqdan sonra ABŞ-da kənd təsərrüfatı bitkilərinin qiyməti rekord həddə çatıb. Qlobal ehtiyatların azalması isə defisit qorxusu yaradır. Neftə gəldikdə, “JP Morgan” ekspertləri hesab edir ki, hazırda "qara qızıl" pandemiya dərinliklərindən inamla çıxır, belə ki, təklif tədricən azalır". Əmtəə bazarında qiymət artımını “Goldman Sachs Group”, “Bank of America”, “Ospraie Management” ekspertləri də gözləyir. Məsələn, “Goldman Sachs” cari ilin dördüncü rübündə “Brent”in bir barrelinin 65 dollar olacağını proqnozlaşdırırdı. Halbuki, artıq 67 dollardır. Ona görə də hazırkı proqnozlar, neft artıqlarının tükənməsini də nəzərə alsaq, daha real görünür. “Citigroup” ekspertləri isə hesab edirlər ki, tələbat artmaqda davam etdikcə xammalın ehtiyatları sutkada 2,2 milyon barrel azalmaqda davam edəcək. Nəticədə “Brent” markalı neftin cari ildə qiyməti 74 dollar və daha artıq olacaq”. Artan neft qiymətləri təbii olaraq Azərbaycana daxil olan dollar kütləsini artıracaq. Bu da, ekspertlərə görə, manat-dollar nisbətinə təsir edə bilər.

Ramil QULİYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ