şənbə günü, 03 oktyabr 2026
     

Problemli kreditlər bəzi bankların fəaliyyətinə son qoya bilər...

Image


Ölkənin bank sektoru üçün yenidən özünü qabarıq şəkildə büruzə verən məsələlərdən biri də vaxtı keçmiş kreditlərin həcmində qeydə alınan artımdır. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 917,5 milyon manat təşkil edib. Mart ayında bu göstərici daha da artıb və tezliklə 1 milyard manatı keçməsi gözlənilir.

Özü də nəzərə almaq lazımdır ki, banklar tərəfindən artıq kredit restrukturizasiyası, yəni kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi həyata keçrilmir. Halbuki, ötən il vaxtı keçmiş kreditlərin ödənilməsində banklar tərəfindən edilən güzəştlər problemli kreditlərlə bağlı təhlükəli vəziyyətin yaranmasının qarşısını aldı. Mərkəzi Bankın hesabatında da deyilir ki, pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində Azərbaycandakı banklar tərəfindən 1,2 milyard manat məbləğində 52 minə yaxın kredit restrukturizasiya olunub. Restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87%-i biznes, 9%-i istehlak, 4%-i ipoteka kreditlərinin payına düşüb. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, ötən ilin aprelində Mərkəzi Bank pandemiya ilə bağlı banklara tövsiyə xarakterli məktub göndərib: "Banklara tövsiyə edilib ki, kreditlər üzrə gecikməni gecikmə kimi saymayın və cərimə hesablamayın. Bu tövsiyə oktyabrın 1-dək verilmişdi və sonra ilin sonunadək uzadıldı. Lakin bu il tövsiyənin müddəti uzadılmadı. Bu il artıq banklar müştərilərə cərimə hesablayır, kredit üzrə gecikməni gecikmə kimi sayır, onları məhkəməyə verirlər. Düzdür, keçən il də banklar əksər hallarda bu tövsiyəni nəzərə almırdılar, yəni müştərilərdən borcun ödənilməsini tələb edirdilər, məhkəməyə də verirdilər. Mərkəzi Bank buna qarşı heç bir tədbir görə bilmirdi və qanuna görə tədbir görə də bilməz". O “sputnik” poralına bildirib ki, banklar özəl qurumlardır və heç kəs onlara deyə bilməz ki, müştəriyə güzəşt et: "Yalnız dövlət banklara bunu kompensasiya edə bilər. Necə ki, 2019-cu ilin fevral ayında dollar kreditləri ilə bağlı dövlət bunu kompensasiya etdi. Mərkəzi Bank kreditlərlə bağlı banklara tövsiyə edə bilər. Bankların da bu tövsiyəyə əməl edib-etməyəcəyi öz işləridir. Ötən il göstərdi ki, banklar bu tövsiyəyə bir çox hallarda riayət etmir. Hazırda banklar problemli borclar üzrə tədbirlər görürlər. Son dövrdə sərt karantin rejimi yoxdur, iş yerləri bağlanmayıb, iqtisadi fəaliyyət aktivləşib və bankların da fəallığı artıb. Bununla yanaşı, Azərbaycanda problemli kreditlər də artıb, sadəcə, gözlənildiyindən az artıb. Bu təkcə bizdə deyil, pandemiya dövründə bütün dünyada problemli kreditlərdə artım müşahidə edilir".

Hesab edilir ki, Azərbaycanda problemli kreditlərin artımı yenidən bank sektoru üçün ciddi fəsadlar yarada bilər. Araşdırmalar göstərir ki, bankların bahalı kredit siyasəti vəziyyəti yenidən gərginləşdirir. Bu səbəbdən kreditlərlə bağlı məsələyə dövlətin müdaxiləsi vacib hesab edilir. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl da bu xüsusda maraqlı fikirlər səsləndirir: “Hazırda Azərbaycanın milli valyutası sabitdir və ötənilki qarışıqlığı [neftin qiymətinin ucuzlaşması valyuta bazarında təzyiqin güclənməsinə gətirib çıxarması] nəzərə alsaq, bunun təqdirəlayiq hal olduğunu deyə bilərik”.Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda aparılan islahatlara dəstək verməyə hazırdır: “Düşünürəm ki, ötən il bankların kredit portfellərinin həcmində azalmalar baş verib və hökumət problemli kreditlərlə bağlı məsələləri həll etmək üçün bir sıra addımlar atıb. Depozitlərlə bağlı müəyyən çətinliklər mövcuddur və düşünürəm ki, hökumət bank sektorunu gücləndirmək üçün doğru addımlar atır. Dünya Bankının hər ay yenilənən iqtisadi proqnozlarında həm də bu sektorda baş verənlərlə bağlı rəsmi mövqeyimiz yer alır. Artıq hökumətin bank sektorunda həyata keçirmək istədiyi islahatlarla bağlı əsas diqqətdə saxladığı məsələləri açıqladığını hesab edirəm. Dünya Bankı olaraq, biz Azərbaycana bu sahədə də dəstək göstərməyə və sektoru analiz etməyə hazırıq”.

Qeyd edək ki, hazırda Azərbaycanda 26 kommersiya bankı mövcuddur. Onların hamısı hələ də yüksək kredit faizi siyasəti yürüdür. Ekspertlər bildirir ki, müəyyən tədbirlər həyata keçirilməsə, problemli kredit məsələsi ən azı bu ilin sonuna qədər davam edəcək. Gəlirlərinin 70-80 faizi biznes və ya istehlak kreditləri üzərindən gələn faiz dərəcələri, komisyon haqları ilə formalaşan banklara ödənişlərin vaxtında qaytarılmaması, yaxud bəzilərinin ümumiyyətlə, qayıtmaması gəlirlərə avtomatik təsir göstərir. Gəlirin azalması isə bankın fəaliyyət göstərməsi, işçilərin əmək haqları, kommunal xərclər, filialların saxlanılması, səhmdarlara dividendlərin verilməsi və digər məsələlərdə müəyyən problemlər yaradır. Xərclərini ödəyə bilməyəndə banklar aktivlərdən istifadə etmək məcburiyyətində qalır. Bu da onların gələcək fəaliyyətinin davam etdirilməsi yönündə müəyyən risqlər yaradır. Zəifləyən banka isə əhali depozit qoymaqda tərəddüd edir, yaxud demək olar ki, qoymur. Bu da bankların nağd pul ehtiyatına ciddi şəkildə təsir göstərir.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ