şənbə günü, 03 oktyabr 2026
     

Bu il Azərbaycan neft və qaz satışından daha çox pul qazanacaq...

Image


Dünya enerji bazarında son vəziyyətin təhlili Azərbaycanın cari ildə həm neft, həm də qaz satışından nəzərdə tutulan həcmdən daha çox gəlir əldə edəcəyini göstərir. Çünki hər iki məhsulun qiyməti artan xətt üzrə inkişaf edir. Cari ildə büdcədə neftin qiyməti 40 dollar müəyyən olunsa da, orta qiymət 60 dollardan yuxarı olub.

Təbii qazla da bağlı vəziyyət Azərbaycanın lehinədir. Belə ki, dünya qaz bazarında qiymətlər 2018-ci ilin payızında qeydə alınan rekord səviyyəyə qalxıb. Rusiyanın “Kommersant” qəzeti yazır ki, ekspertlər bu meylin ilin sonunadək davam edəcəyini gözləyir. Aprel ayının əvvəlinə olan vəziyyətə görə, Avropada 1000 kubmetr qaz 250 dollara satılır. Ekspertlərin qənaətincə, bahalaşmanın əsas səbəbi yeraltı anbarlara böyük həcmdə qaz vurulması və nəticədə cari alış-verişdə təklifin azalmasıdır. Belə ki, Avropada yeraltı qaz anbarları hazırda 31 faiz səviyyəsində doludur. Dekabr-fevral ayları ərzində yeraltı anbarlardan 69 milyard kubmetr, yəni ötən ilin müvafiq dövrünə nisbətən 24 milyard kubmetr çox qaz çıxarılıb. Bu da qışın proqnozlara nisbətən daha soyuq keçməsilə əlaqədardır. Başqa mühüm amilin karbon tullantıları ilə bağlı ödəmələrinin artırılması nəticəsində bir çox sənaye müəssisələrində kömür əvəzinə qaz yanacağının tətbiqi olduğu bildirilir. Bu fonda Azərbaycan qazına Avropada tələb artır. Eyni zamanda, daha çox Avropa ölkəsi Azərbaycandan qaz almağa çalışır. Artıq onların sırasına Serbiya da qoşulub. Yunanıstan xarici işlər naziri Nikos Dendias serbiyalı həmkarı Nikol Selakoviç ilə görüşdə artıq bu xüsusda müvafiq açıqlamalar verib: “Yunanıstan sonradan Yunanıstan-Bolqarıstan İnterkonnektoruna qoşulacaq Serbiya-Bolqarıstan boru kəmərini dəstəkləyir”. Onun sözlərinə görə, bu kəmər də öz növbəsində gələcəkdə “Transadriatik” qaz boru kəmərinə (TAP) qoşulmasına səbəb olacaq. Xatırladaq ki, bundan öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycan təbii qazını Avropaya çatdıran “Cənub Qaz Dəhlizi”nin növbəti mərhələsində Qərbi Balkanlarda əlavə bazarlara çatmasının mümkünlüyünü bildirib. O qeyd edib ki, Albaniyanın və Qərbi Balkanların digər ölkələrindəki vətəndaşlara qaz çatdırılmasının açılışı olacaq: “İsrail qazı da daxil olmaqla, Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinə ümid edir və səbrsizliklə gözləyirik".

Qeyd edək ki, gələcəkdə “Cənub Qaz Dəhlizi” ilə Balkan bölgəsinə də qaz nəql edilə bilər. Qərbi Balkanlar Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Kosovo kimi ölkələri əhatə edir. Məlumat üçün bildirək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP-a birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün, Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Amma bu kəmər Avropaya təkcə Azərbaycan qazını daşımır. Artıq türkmən qazının da bir hissəsi bu kəmərlə Avropaya daşınacaq. Söhbət ilk növbədə “Dostluq” yatağında hasil edilən qazdan gedir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza bunu yüksək qiymətləndirir: “Dostluq" yatağının birgə kəşfiyyatı və işlənməsinə dair 21 yanvar razılaşması, həqiqətən, tarixi bir müqavilədir. Bu razılaşma yalnız Azərbaycan və Türkmənistan arasında deyil, Xəzər regionunun bütün ölkələri üçün əməkdaşlıq istiqamətində bir sıra yeni imkanlar yaradır.

Müqavilə Azərbaycan və Türkmənistan arasında daha geniş və dərin əməkdaşlıq üçün əsas maneəni aradan qaldırır. ABŞ diplomatı olaraq fikrini əsasən bölgəyə toplamış biri kimi, mənim zamanımda bu, iki ölkənin münasibətləri üzərində daima asılı vəziyyətdə olan, o zaman “Kəpəz” və ya “Sərdar” kimi tanınan neft sahəsi ilə bağlı mübahisə idi. Artıq otuz ildir ki, bu məsələ ətrafındakı fikir ayrılığı iki ölkə arasında inamsızlıq yaratmışdı. Bu mübahisənin indi həll edilməsi ilə əvvəllər mümkün olmayan bir çox məsələdə əməkdaşlıq üçün yol açıqdır. Bu məsələlərdən birincisi, sözsüz ki, iki ölkənin “Dostluq” yatağının işlənməsi üçün birlikdə çalışmasıdır. Bu, layihənin kommersiya baxımından faydalı olmasını təmin etmək üçün iki ölkə arasında bir sıra əlavə razılaşmalar əldə etmələrini tələb edəcək. Bu ilk layihədəki birgə uğurlu təcrübələr, neft və təbii qazdan əlavə, iqtisadi sahələrdə də investisiyalara və yeni iş qurmalarına səbəb ola bilər. Bu yeni əməkdaşlıq sahələrindən digəri isə Türkmənistan qazının Xəzər dənizi üzərindən Azərbaycana və xaricə ixracı ola bilər. Azərbaycan sənayesi, xüsusən də neft-kimya sahəsi Türkmənistandan yeni qaz tədarükündən faydalana bilər. Əlavə olaraq, Qərb də bu cür yeni qaz təchizatı ilə təmin oluna bilər ki, bu da Azərbaycan və Ermənistanda və əlbəttə ki, Türkiyədə yeni iş yerlərini təmin edə biləcək və iqtisadi inkişafa imkan yaradacaq yeni sənaye layihələrini inkişaf etdirməyə və bununla da İkinci Qarabağ müharibəsinin yaralarını sağaltmağa imkan verəcək”. Ekspert qeyd edir ki, indi Azərbaycan və Türkmənistanın əməkdaşlıq edə biləcəyi digər məsələ Xəzər dənizinin dəniz mühitinin qorunmasıdır: “Bütün bu yeni əməkdaşlıq nümunələri gerçəkləşdikcə Orta Asiyanı, o cümlədən Əfqanıstan və Cənubi Qafqazı, həmçinin Avropanı Qara Dəniz və Türkiyə üzərindən birləşdirən nəqliyyat dəhlizi güclənəcək. Nəqliyyat dəhlizi dedikdə, mən yalnız neft və qaz üçün deyil, həm də dəmir yolu, magistral yollar və gəmilərlə konteyner daşımaları, eləcə də inkişaf etməkdə olan fiber optik şəbəkələr vasitəsilə rəqəmsal nəqliyyatı nəzərdə tuturam.

Bu müxtəlif nəqliyyat şəbəkələri bir araya gətirilərək Əfqanıstanda vəziyyətin sabitləşməsinə, Ermənistanla Azərbaycan arasında sülhün möhkəmləndirilməsinə və həm Çin, həm də Rusiyanın cənub sərhədləri boyunca yerləşən ölkələrə rəqabətədavamlı bir iş mühiti yaradan nəqliyyat variantları təqdim etməkdə böyük iş imkanları təmin edilməsinə imkan yarada bilər. Öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hər kəs ədalətli rəqabət apardığı təqdirdə, şirkətlər və ölkələr arasında sağlam işbirliyi əslində əməkdaşlığı stimullaşdırır”.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ