şənbə günü, 03 oktyabr 2026
     

Pambıqçılıq tariximizdən bir faktın izi ilə - Prezidentin xüsusi vurğu etdiyi o “iki il” hansılardır...

Image


“...Biz son illər ərzində Azərbaycanda pambıqçılıq sahəsini demək olar ki, dirçəltmişik. Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur. Yəni əgər sovet dövrünün ən uğurlu illəri ilə müqayisə etsək, deyə bilərik ki, ancaq sovet dövründə cəmi iki ildə hektardan məhsuldarlıq 33 sentnerdən çox olmuşdur. Yəni bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq...”.

 

Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Sovet  dövrünün hansı illərində pambıqçılıq sahəsində məhsuldarlıq 33 sentnerdən çox olub, ölkə başçısı hansı iki ili nəzərdə tutur?

Kənd təsərrüfatı üzrə mütəxəssislərin verdiyi bilgiyə görə, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda kənd təsərrüfatının ən müxtəlif sahələrində, o cümlədən də pambıqçılıq sahəsində müsbət dinamika müşahidə edilib. Keçən əsrin 70-80-ci illərində pambıq sahəsində yüksək məhsuldarlıq olub. Araşdırmamız zamanı məlum oldu ki, Azərbaycanda 1980-ci ildə hektardan 35,4, 1981-ci ildə isə hektardan 35,9 sentner pambıq əldə edilib. 1982-ci ildə isə Azərbaycanda hektardan 27,3 sentner pambıq əldə edilib. 

Prezident İlham Əliyevin müqayisəsinin olduqca əsaslı olduğunu deyən mütəxəssislər hesab edirlər ki, Heydər Əliyevin respublikamıza rəhbərliyinə qədər də Azərbaycanda pambıq əkilirdi, amma məhsuldarlığın yüksəlməsi onun dövründə müşahidə olunub. Bu gün pambıqçılıq sahəsində daha yüksək göstəricilər əldə edildiyini deyən mütəxəssislər hesab edirlər ki, bu da Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğının, verdiyi önəmin nəticəsidir.

  • “Mənə elə gəlir ki, cənab Prezident burada keçən əsrin 80 və 81-ci illərini nəzərdə tutur”

Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, ötən əsrin 80-ci illərində pambıqçılıq sahəsində yüksək məhsuldarlıq əldə edilib. E.Xəlilovun sözlərinə görə, Prezident İlham Əliyev pambıqçılıq sahəsinin inkişafına, yüksək məhsuldarlıq əldə edilməsi məsələsinə xüsusi diqqət yetirib. “Ölkə başçısının pambıqçılığın tarixinə qayıdışı, o dövrdə əldə edilən nəticələrlə indiki nəticələri müqayisə etməsi və sovet dövründə yalnız iki ildə hektardan məhsuldarlığın 33 sentnerdən artıq olduğunu qeyd etməsi çox mühüm məsələdir. Mənə elə gəlir ki, cənab Prezident burada keçən əsrin 80 və 81-ci illərini nəzərdə tutur. Bu iki ildə pambıqçılıq sahəsində yüksək göstərici olub.  Sovet dövründə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə pambıqçılıq sahəsində də məhsuldarlıq yüksək olub.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra biz pambıqçılığa yenidən başlayanda məhsuldarlıq çox az idi. Kolxozlar, sovxozlar ləğv edildi, torpaqlar özəlləşdirildi və fermerlər həmin dövrdə müxtəlif məhsullar, bitkilər əkib becərirdilər, pambıqçılığa o qədər də fikir verilmirdi. Son illər isə pambıqçılığın inkişaf etdirilməsi üçün innovativ texnologiyalar gətirildi və onların sayəsində məhsuldarlıq 33 sentnerdən artıq oldu. Müstəqilliyin ilk illərində ayrı-ayrı bitkilər əkən fermerlər indi pambıq əkməyə maraq göstərirlər, pambıq əkinləri sahələri daha da genişləndirilib. Fermerlərə göstərilən dövlət qayğısı nəticəsində bu sahəyə maraq çox artıb. Toxuma, gübrəyə, aqrokimyəvi maddələrə və sairə verilən subsidiyaların, göstərilən dəstəyin nəticəsində fermerlərdə pambığa olan maraq daha da artıb. Yəni vahid sahədən daha çox məhsul yetişdirmək üçün fermerlərdə maraq güclənib. 90-cı illərdən 2000-ci ilə qədər bu sahədə yüksəliş olmayıb. Eləcə də 2000-2005-ci illərdə”.

E.Xəlilovun sözlərinə görə, son illər pambıqçılığın inkişaf etdirilməsi üçün respublikaya innovativ  texnologiyalar gətirilib. Rəhbərlik etdiyi elmi-tədqiqat institutunda Çin texnologiyasından istifadə edildiyini, eyni zamanda, Beynəlxalq Atom Enerjisi üzrə Agentliklə bağlanan müqavilə əsasında layihə həyata keçirildiyini deyən E.Xəlilovun sözlərinə görə, bu layihə quraqlığa, şoranlığa, zərərverici həşəratlara qarşı davamlılığın, məhsuldarlığın artırılmasına yönəlik bir layihədir. Mövcud üsulların potensialını artırmaq üçün yunan texnologiyasından da istifadə edildiyini deyən direktorun sözlərinə görə, həmin texnologiyadan istifadə etmək üçün yeni sortların alınması üçün layihələr həyata keçirilir. Bu gün pambıqçılığın inkişafı üçün müxtəlif layihələr həyata keçirildiyini deyən E.Xəlilov hesab edir ki, fermerlər də bundan istifadə etməklə daha çox məhsuldarlıq əldə etməyi qarşıya məqsəd qoyublar. “Ənənəvi texnologiya ilə əkəndə 45-50 sentner məhsul alınırsa da, yeni texnologiya ilə pambıq becəriləndə 55-60 sentner məhsul almaq mümkündür. Ötən illərdə hətta  Çin texnologiyasından 60-65 sentner məhsul alındı. Bu layihələrin hamısı institutun təcrübə stansiyalarında, Mil və Şirvan təcrübə stansiyasında həyata keçirilir. Ondan sonra institutun 12 yeni rayonlaşmış sortları var. Onların da məhsuldarlığı, zərərvericilərə qarşı davamlılığı, eyni zamanda, toxuculuq sənayesinin tələblərinə cavab verən Gəncə 182, Gəncə 132, Gəncə 133 sortları var ki, bunların məhsuldarlığı 55-60 sentnerdir” - deyə E.Xəlilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ