Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycan bu il valyuta ehtiyatlarını xeyli artıra biləcək...

Image


Maliyyə bazarlarında beynəlxalq miqyasda maraqlı proseslər müşahidə edilməkdədir. Bu məqam, xüsusən dövlətlərin, o cümlədən də Azərbaycanın valyuta ehtiyatlarını hansı qaydada yerləşdirməsi baxımından artıq daha çox diqqət cəlb edir.

Hazırda valyuta ehtiyatları ilə bağlı prosesə neftin artan qiymətləri birbaşa təsir edir. Məsələ burasındadır ki, dünyada koronavirus pandemiyası üzündən məhdudiyyətlər davam etsə də, son günlər neft bazarında ixracatçıların maraqlarına cavab verən bahalaşma baş verir. Bu fonda xatırladaq ki, ölkəmizdə cari ilin dövlət büdcəsi neft qiymətinin 40 dollarlıq həddinə əsasən tərtib olunub. Amma 2021-ci ildə dünya bazarında neftin 60 dollardan aşağı düşməsi inandırıcı görünmür. Yüksək qiymət nəticəsində büdcədə yaranacaq qalıq Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Bu da valyuta ehtiyatlarının çoxalması deməkdir. İndi əsas məsələlərdən biri bu ehtiyatların yerləşdirilməsidir. Ekspertlər hesab edir ki, bunun üçün digər ölkələrin yanaşması diqqətlə izlənilməlidir. Rusiyanın “RİA Novosti” portalı da bu xüsusda maraqlı təhlil hazırlayıb. Burada qeyd edilir ki, neft hasil edən ölkələr valyuta ehtiyatlarını şaxələndirməyə indi daha çox diqqət yetirir: “Məsələn, elə Rusiyanın özü bu istiqamətdə fərqli addımlar atır. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, hazırda Rusiya 6,011 milyard dəyərində Amerika dövlət istiqrazına sahibdir. Qeyd edək ki, ABŞ hökuməti bu qiymətli kağızları sataraq büdcə kəsirini aradan qaldırır və digər xərcləri qarşılayır. ABŞ-ın milli borcu təxminən 28 trilyon dollara çatıb. 2010-2013-cü illərdə Rusiya investisiyaları 170 milyardı keçdi. Rusiya ən böyük qiymətli kağızlar payına sahib ölkələrdən biri idi. Ancaq Vaşinqton 2014-cü ilin aprelində Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra Moskva ABŞ-ın dövlət istiqrazlarından qurtulmağa başlamışdı. Mərkəzi Bank bunun əvəzində öz ehtiyatlarını avro, yuan və qızıla yönləndirdi. Ötən ilin sonunda Rusiya yenidən ABŞ qiymətli kağızlarına yatırım etməyə başlayıb. ABŞ dövlət istiqrazları dünyanın ən etibarlı və asan satıla bilən maliyyə alətlərindən biri hesab olunur. Bütün dünyada onları almaq və satmaq çox asandır. Rusiya Dövlət Dumasının Maliyyə komitəsinin üzvü Dmitri Skrivanov qeyd edir: "Artıq vəsaiti müvəqqəti olaraq ABŞ-ın milli borcuna yatırmaq sərfəlidir. Söhbət milyardlardan gedəndə yatırımından qazanılan illik 2-3 faiz çox puldur. Buna görə də siyasət iqtisadi qərarlara təsir etməməlidir". Beləliklə, Moskva yatırımını artırmaqla texniki olaraq bazardakı varlığını sübut etdi. Bu, həm də beynəlxalq valyuta ehtiyatlarının şaxələndirilməsi üçün lazım idi. İndi Rusiyanın 590 milyard dolları var, bu vəsaitin 6 milyardı birbaşa ABŞ milli borcuna yatırılıb. Analitiklər izah edirlər: Moskva qlobal maliyyə tendensiyalarını izləyir.

Ötən ilin dekabr ayının sonuna olan məlumata görə, ABŞ dövlət istiqrazlarının ən böyük sahibi Yaponiyadır (1,2 trilyon dollar). Əvvəllər bu sahədə Çin lider idisə, indi Pekin 1,06 trilyon dollarlıq istiqrazlarla ikinci yerdədir. Bu üçlüyü 428.9 milyard dollarlıq qiymətli kağız ehtiyatı ilə Böyük Britaniya tamamlayır. Ticarət müharibəsi üzündən çinlilər sistematik olaraq bu qiymətli kağızlardan qurtulmağa başlayıblar, ümumilikdə investisiyalarını 200 milyarddan çox azaldıblar. Bununla belə, hazırda Pekinin əlində olan ABŞ dövlət istiqrazları Vaşinqtona qarşı güclü təzyiq vasitəsi hesab oluna bilər. Davam edən qarşıdurma qorxu hissini artırır: birdən ABŞ dövlət istiqrazalarının dünyadakı ikinci ən böyük pay sahibi onların kütləvi satışına getsə, onda necə? Nəticə fəlakətli ola bilər. Çinin bu qiymətli kağızlardan kütləvi şəkildə qurtulması dünya maliyyə bazarında böyük çaxnaşmaya gətirib çıxara bilər. Amma bu, Çinin özünə də sərf etmir. Birincisi, qısa müddətdə 100-200 milyard dəyərində istiqraz satışı istər-istəməz qiymətləri aşağı salacaq. Nəticədə, Çinin özünün xarici aktivlərinin və ehtiyatlarının dəyəri kəskin şəkildə aşağı düşəcək. Bundan başqa, dollar çökəcək ki, Pekinin də buna ehtiyacı yoxdur. Çünki ABŞ valyutasının zəifləməsi Çin ixracatını bahalaşdıracaq.

Artıq bir neçə ildir ki, Rusiya Mərkəzi Bankı dollardan qurtularaq qızıla gediş edir. 2020-ci ildə ilk dəfə bu qiymətli metalın ehtiyatlardakı payı Amerika valyutasının həcmini aşdı və fevral ayına qədər qızıl ehtiyatlarının dəyəri 136,7 milyarda çatdı. İl ərzində ölkənin qızıl ehtiyatları təxminən 28 ton çoxaldı. Qiymətli metal faiz gəliri gətirən aktivlərdən daha cəlbedicidir və sanksiya risqlərindən sığortalanıb. "Bloomberg"in də qeyd etdiyi kimi, Rusiya bütün dünyaya nümayiş etdirdi ki, nəhəng iqtisadiyyata və böyük həcmdə qızıl-valyuta ehtiyatlarına sahib olan ölkə dollar aktivlərindən istədiyi vaxt qurtula bilər və bu onun halına da təfavüt etməz”. Bütün bunlar fonunda Azərbaycanın da qızıl ehtiyatlarını artırması ekspertlər tərəfindən məqbul hal kimi dəyərləndirilir. Bundan başqa, ölkəmizdə də ABŞ qiymətli kağızlarına yatrımın müəyyən qədər artırılması diqqət mərkəzindədir. Eləcə də dünyada daşınmaz əmlaka yatırımın davam etməsi aktuallığını qoruyur. Bu da, öz növbəsində, valyuta ehtiyatlarının qorunması, onun həcminin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ