Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycan və Türkiyə türkdilli ölkələr üçün daha bir mühüm əməkdaşlıq modeli yaratdı

Image


Məlum olduğu kimi, fevralın 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika nazirlərinin birinci görüşü keçirilib. Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvüdür. Macarıstan isə qurumda müşahidəçi qismində iştirak edir. Son görüşdən sonra belə bəlli olur ki, türkdilli ölkələr arasında enerji sektorunda əməkdaşlığın daha da dərinləşməsi nəzərdə tutulur. Bu zaman türkidilli ölkələr arasında əməkdaşlıq modeli kimi Azərbaycan-Türkiyə əlaqələri xüsusi diqqət mərkəzinə gətirilir. Azərbaycanın energetika naziri Pərviz Şahbazov da, bütün sahələrdə olduğu kimi, enerji sahəsində də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin TDƏŞ formatında enerji əməkdaşlığı modeli üçün əsas rol oynadığını bildirib: “Bugünə qədər Bakı-Tiflis-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın təxminən 431 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr qaz nəql olunub. Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir”. Təşkilatın baş katibi Bağdad Amreyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində olan nümunəvi əməkdaşlıqdan bəhs edərək, “Cənub Qaz Dəhlizi”nin gələcək uğurlu əməkdaşlıqlara imkanlar açdığını qeyd edib.

Ekspertlər bildirir ki, türkdilli ölkələrin energetika sahəsində əməkdaşlığı onların hər biri üçün mühüm üstünlüklər vəd edir. Ilk növbədə bu, həmin ölkələrin dünya enerji bazarında mövqelərinin daha güclü hala gəlməsinə təkan verir. Eyni zamanda, bu ölkələr arasında energetika sahəsində tranzit əlaqələrinin güclənməsinə lazımı şərait yaranır. Indiki halda bu, Mərkəzi Asiyanın türkdilli ölkələrinin enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması deməkdir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “Global Gas Outlook 2050” hesabatında da bildirilir ki, qeyd edilən məqam müstəsna əhəmiyyətə malikdir. Hesabatda qeyd edilir ki, Azərbaycan 2050-ci ilə qədər ildə orta hesabla 40 milyard kubmetr təbii qaz hasil etmək potensialına malikdir. Sənəddə həmçinin deyilir ki, Azərbaycan bu baxımdan Avrasiya regionunda Rusiya və Türkmənistandan sonra 3-cü yerdə qərarlaşıb: "Hasilatın arxasında nəhəng “Şahdəniz” və “Abşeron” yataqlarından çıxarılan təbii qaz dayanır. Onlar Xəzər dənizindəki ofşor zonalarda yerləşir”. Hesabatda Avrasiya regionunun "mavi yanacaq" ixrac etmək imkanları barədə də qeyd olunub: "2019-cu ildə Avrasiyada qaz ixracının həcmi 920 mlrd kubmetr olub ki, bu da qlobal qaz bazarındakı təklifin 23 %-i deməkdir. Adıçəkilən region qaz ixracına görə dünyada Şimali Amerikadan sonra  ikinci yeri tutur. Regionun ümumi qaz ixracının 78 %-ni Rusiya, 9 %-ni Türkmənistan, 6 %-ni isə Qazaxıstan təmin edir. 2050-ci ildə Avrasiya regionunda "mavi yanacaq" hasilatı 1,3 trilyon kubmetrə çatacaq”. Burada əsas diqqət həm də ona yönəlir ki, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxaracağı qazda Azərbaycan mühüm tranzit məkan rolunu oynayacaq. Bu da Azərbaycan üçün mühüm üstünlüklər vəd edir. Daha bir önəmli məqam kimi o da xüsusi diqqət çəkir ki, Avropada Azərbaycan qazı və bu ölkə vasitəsilə digər məndələrdən gələn mavi yanacağa tələb artır.  “BP Energy Outlook 2040” hesabatına görə, bunun səbəblərindən biri həm də maye qaz amlili ilə bağlıdır. İstilik elektrik stansiyalarında istifadə olunan maye qazın bazarı son illər sürətlə inkişaf edir. Təkcə son 6 ildə həmin məhsulun illik istehsalı 244 milyon tondan 378 milyon tonadək, yəni 55 % artıb, 2025-ci ilədək daha 20 % artacağı güman edilir. Azərbaycan da maye qaz bazarında get-gedə daha çox iştirak edir. Belə ki, "SOCAR Trading” şirkəti 2016-cı ildən maye qaz bazarında distribütor qismində geniş fəaliyyət göstərərək, ötən qısa müddət ərzində xeyli təcrübə toplaya bilib. Belə ki, Azərbaycan şirkəti “Pakistan LNG Limited (PLL)” şirkətinin həmin ölkəyə maye qaz tədarükünə dair keçirdiyi tenderdə qalib gələrək, hələ ötən ilin avqust ayından hər iki tərəf üçün sərfəli qiymətlərlə tədarükü həyata keçirir. SOCAR-ın İctimai Əlaqələr və Tədbirlərin Təşkili Departamentinin rəis müavini İbrahim Əhmədov bununla bağlı qeyd edib: “Üçüncü tərəflərdən aldığımız maye qaz üçüncü tərəflərlə alıcılar arasında ticarət dövriyyəmizin tərkib hissəsidir. Bu məhsul Azərbaycanın dünya okeanına birbaşa çıxışı olmadığı üçün ölkəmiz tərəfindən ixrac olunmur. Beləliklə, Pakistana LNG-nin aşağı qiymətə təklifi Azərbaycanın öz təbii qazının satışlarından əldə etdiyi mənfəətinə təsir göstərməyəcək. Eyni zamanda bu, bizim tərəfdaş və dost ölkə ilə səmərəli və isti münasibətlərimizi davam etdirmək istiqamətində növbəti addımdır”.

Bu yaxınlarda “SOCAR Trading” hökumətlər arasındakı saziş çərçivəsində “Pakistan LNG ltd” (PLL) və “Pakistan State Oil” (PSO) şirkətlərinə il ərzində kreditlə benzin və maye qaz tədarükünü də təklif edib. Bu təklifin hər iki tərəf üçün məqbul şərtlərlə irəli sürüldüyü qeyd olunur. Həmçinin Ukrayna maye qaz bazarında da iştirak edən “SOCAR Trading” həmin ölkəyə bu məhsulu idxal edən şirkətlər arasında səkkizinci yerdədir. Enerli məsələləri üzrə ekspert Qulu Nuriyev xatırladır ki, maye qaz ixrac etdiyimiz ölkələr arasında Əfqanıstan da var: “Hərçənd, bu ölkə ilə əlaqələr əsnasında bir qədər qarışıq hadisə də baş verib. Belə ki, ötən ilin yayında guya keyfiyyətsiz olduğu üçün maye qazın Əfqanıstana gətirilməsinə yol verilməməsi barədə KİV-də xəbər verilmişdi. Lakin SOCAR-ın sözçüsü bir qədər sonra Azərbaycan neft məhsullarının Əfqanıstana alverçilər, hətta bəzən qaçaqmalçılar tərəfindən idxal olunduğunu açıqladı. Belə ki, ölkəmizdə maye qaz istehsalının əsas hissəsi Heydər Əliyev adına Neft Emalı Zavodunun payına düşməklə keyfiyyət standartlarına tam uyğun gəlir. İ.Əhmədovun sözlərinə görə, bir müddət əvvəl Əfqanıstan rəsmiləri də SOCAR rəhbərliyilə görüşlərində neft məhsullarını birbaşa şirkətdən satın almaqda maraqlı olduqlarını bildiriblər”.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ