Azərbaycanda əsas qida məhsullarının kifayət qədər ehtiyatı yaradılıb. Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyi Azərbaycanda əsas ərzaq məhsulları kateqoriyasına uyğun olan bir sıra məhsulların əlavə ehtiyatlarının yaradılması ilə bağlı kifayət qədər geniş iş aparıb.