Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti bəhrəsini verir...

Image


“Brent” markalı xam neftin qiyməti ilin sonuna kimi 70 dollara çata bilər. Belə bir proqnozla ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” çıxış edib.

Qeyd edək ki, neft qiymətləri son 2 ilin ən böyük artım tempini nümayiş etdirir. Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 61 dollardan, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58 dollardan baha satılır. Azərbaycan neftinin də qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar artaraq 62,3 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir. Beləliklə, neft sənayesi böhran ilindən sonra bərpa olunur. Hadisələrin bundan sonra necə inkişaf edəcəyi barədə Rusiyanın “RİA Novosti” portalının hazırladığı təhlildə qeyd edilir: “Pandemiya neft sənayesinə ağır zərbə vurdu. Sənaye müəssisələri işini dayandırdı, nəqliyyat və hava daşımaları azaldı. Əsas neft məhsulu olan yanacağa tələbat kəskin şəkildə aşağı düşdü. Buna görə də OPEC+ ölkələri neft hasilatını azaltmaq qərarına gəldi. Əvəzində ötən il aprelin axırından iyunun ortalarına kimi neftin bir barrelinin qiyməti 20 dollardan 40 dollara qalxdı. OPEC+ ölkələri ilə yanaşı, İran da Amerika sanksiyaları ucbatından hasilatı sutkalıq 2,8 milyon barreldən 0,3 milyona qədər azaltdı. Dekabrda artıq neftin bir barreli 52 dollara satılırdı. Sonra koronavirusun yeni ştammı və karantin tədbirləri ilə bağlı xəbərlər qiyməti yenidən aşağı saldı. İndi təkrar bərpa dövrü başlayıb. Fevral ayı boyunca qiymət sabit şəkildə artır. "Brent" plankanı 61 dollara qədər qaldırıb. Sonuncu dəfə bu rəqəm ötən ilin yanvar ayının 7-də qeydə alınmışdı. Bununla belə, OPEC tələb və təklifi nəzərə alaraq hər ay kvotalara yenidən baxır. Ali Maliyyə İdarəetməsi Məktəbinin Analitik tədqiqatlar bölməsinin rəhbəri Mixail Koqan bu xüsusda qeyd edir: "Bu yanaşma bazar iştirakçılarına sakitləşdirici təsir göstərir. Onlar peyvəndin təsirsiz qalması şəraitində kartelin dəstəyinə ümid bəsləyirlər". OPEC+ ölkələri yanvar ayından etibarən hasilatın gündəlik iki milyon barrel artırılması təklifini rədd etdilər. Ancaq Rusiya və Qazaxıstana istehsalı bir qədər artırmağa icazə verildi. Qalanları könüllü olaraq fevral-mart aylarında gündəlik 1,425 milyon barrel nefti bazardan çıxaracaq. Üstəlik, bu yanacağın bir milyonu Səudiyyə Ərəbistanının payına düşür. Bu vədlərin fonunda isə neft bahalaşmağa davam edir.

Bununla belə, əvvəlki kimi neft ehtiyatları kifayət qədərdir, bütün dünya üzrə bir milyard barreldən çoxdur. Üstəlik, Liviya da tədarükü artırır. İranın da bazara neft çıxaracağı istisna olunmur. Koqan qeyd edir: "Liviya nefti artan tələbi "udmağa" qadirdir. İran nefti isə OPEC+ ölkələrinin neft siyasətində düzəlişlər etməsinə səbəb ola bilər. Ancaq bu, Vaşinqtonla Tehran mövcud fikir ayrılığını aradan qaldırarsa baş verə bilər". Onun fikrincə, yaxın aylar ərzində neftin qiyməti 52-64 dollar arasında olacaq. İqtisadiyyatı daha sürətlə bərpa olunan Asiya ölkələri neft bazarına daha çox dəstək verəcək. Beynəlxalq Enerji Agentliyi 2021-ci ildə Çində tələbin gündə 745 min, Hindistanda 380 min barrel artacağını proqnozlaşdırır. Üstəlik, Çin və Hindistan neftayırma zavodlarına gözləniləndən daha çox yanacaq lazım gələ bilər. Bu ölkələr heç də "yaşıl enerji"yə keçməyə tələsmir. "Fond Kapitalı" investisiya şirkətinin analitiki Daniil Bolotskixin bu xüsusda qeyd edir: "Nə qədər ki, təyyarə və gəmilər alternativ enerji mənbələri ilə işləmir, neftin başqa yanacaq növü ilə əvəzlənməsindən söhbət gedə bilməz. Buna görə də ABŞ Enerji Nazirliyinin 2050-ci ilə qədər xammal qiymətlərinin 173 dollara yüksəlməsi ilə bağlı proqnozu xeyli real görünür. Bu, 2008-ci ildəki ən yüksək göstəricidən belə çoxdur (147). Düzdür, ən yaxşı ssenari bir barrel üçün 95 dollar, ən pis ssenari isə 48 dolları nəzərdə tutur. "Yaşıl enerjinin" yayılması ilə, istənilən halda, karbohidrogenlərə olan tələbat tədricən azalacaq".  Bununla yanaşı, qiymət 173 dollara qalxsa belə, neft hasil edən ölkələr üçün iqtisadiyyatın şaxələndirilməsi məsələsi hələ də aktuallığını qoruyub saxlayır”.

Xatırladaq ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hazırda aktiv siyasət yürüdən ölkələrdən biri də məhz Azərbaycandır. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektoru üzrə artımlar ümumi iqtisadi artımları üstələyir. Qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər bu il sürətli iqtisadi artıma nail olunması üçün bir baza formalaşdırır. Artan neft qiymətləri də prosesi daha sürətli hala gətirir. Hazırda qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar fonunda yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu fonda Azərbaycanda sənayeləşmə, o cümlədən qeyri-neft sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir. Sənaye digər sahələrlə müqayisədə daha böyük əlavə dəyər yaratmaqla bərabər, daha çox iş yeri sahələrindən biri kimi məşğulluğun təmin edilməsinə də öz töhfəsini verir. 

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ