Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Dolların “qara günləri” başladı

Image


Son günlərdə Azərbaycan maliyyə bazarlarında müşahidə edilən əsas məsələlərdən biri avronun getdikcə bahalaşmasıdır. Dollar sabit qaldığı halda avro ilə bağlı vəziyyət tamam fərqlidir. Vahid Avropa valyutası son günlərdə sürətlə bahalaşmaqdadır. Belə görünür ki, avronun bahalaşması bundan sonra da davam edəcək.

Rus ekspert Natalya Dembinskaya bunun səbəblərini ABŞ administrasiyasının siyasəti ilə izah edir. Onun sözlərinə görə, Vaşinqtonun başı sanksiyalara elə qarışıb ki, öz valyutasının hakim mövqeyini itirməsini də risqə atmaqdan çəkinmir: “Bu məsələyə Konqresdə də diqqət yetirilib. Dünya dollardan asılılığını fəal şəkildə azaldır. Alternativ valyuta vahidlərinə keçid Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək. ABŞ bütün dünyanı sanksiyalara bürüyüb. Hazırda digər ölkələrə qarşı təxminən səkkiz min iqtisadi məhdudiyyət qüvvədədir ki, bu siyahı da durmadan artır. Vaşinqton kimə istəsə, öz şərtlərini diqtə edə bilər, çünki dollar dünya iqtisadiyyatının əsas valyutasıdır. Dünyada gedən pul əməliyyatlarının 70%-dən çoxu ABŞ valyutası ilə həyata keçirilir. Dollar sərbəst şəkildə alınıb-satılır, konvertasiya olunur. Hökumət bunu heç bir şəkildə tənzimləmir və ABŞ iqtisadiyyatı əvvəlki kimi dünyanın ən iri, sabit və şəffaf iqtisadiyyatı hesab olunur. Bu, Ağ Evə imkan verir ki, fiziki şəxslərin və Amerika şirkətlərinin Vaşinqtona sərf etməyən tərəfdaşlarla birbaşa ticarət əlaqələri qurmalarına mane olsun və bazarın digər iştirakçılarını xarici sanksiyalarla təhdid etsin”. Lakin ekspert vurğulayır ki, durum əbədi olaraq bu cür davam edə bilməz. Elə ABŞ Konqresinin Tədqiqat Xidmətinin bu yaxınlarda dərc edilmiş icmalına görə, dollardan asılılığın azaldılması üçün dünyanın əlində bütün lazımi vasitələr var. Sənəddə sanksiyaların ABŞ üçün iqtisadi xərclərə çevrildiyi qeyd olunur, çünki Amerika fiziki və hüquqi şəxslərinin iştirak edə biləcəyi ticarət əməliyyatlarını məhdudlaşdırır. Bundan başqa, ayrıseçkiliyə məruz qalan dövlətlərin tezliklə cavab reaksiyası verəcəyi də istisna olunmur. Buna nümunə kimi Rusiyanın kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağa göstərilir. İcmal müəllifləri onu da vurğulayırlar ki, Amerika valyutası on illərdir beynəlxalq iqtisadi əməliyyatlarda geniş istifadə olunur. Və bu, ABŞ-a əl verir. Üstəlik, Ağ Ev xarici siyasət hədəflərinə nail olmaq üçün, xüsusilə də Rusiya, İran və Venesuelanın maliyyə bazarlarına çıxışını çətinləşdirmək baxımından getdikcə dollara daha çox güvənməyə başlayıb.

Konqresinin Tədqiqat Xidmətinin icmalında qeyd olunur ki, bu ölkələrin alternativ valyutaya keçməsi son nəticədə Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək və dolların statusunu sarsıdacaq. Əslində, bu proses artıq başlayıb. Son illər yuan sistematik olaraq dolları, belə demək olarsa, silkələyir. Xatırladaq ki, 2016-cı ildən bəri Çin yuanı BVF-nin ehtiyat valyutasıdır. Pekin genişmiqyaslı "Bir kəmər – bir yol" inteqrasiya proqramı çərçivəsində Şanxay Fond Birjasında neftin yuanla ticarətinə başlayıb. Artıq kripto-yuan da ortaya çıxıb. İqtisadçıların əksəriyyəti bu fikirdədir ki, dövlət kripto-valyutası dollarla rəqabət etməyə tamamilə qadirdir, çünki bu, əməliyyatları köhnəlmiş SWIFT və CHIPS ödəmə sistemlərindən (amerikalılar beynəlxalq əməliyyatları bu vasitələrlə idarə edir) daha sürətlə həyata keçirməyə imkan verir. Kripto-yuan "Bir kəmər – bir yol" layihəsi üçün də əlverişli olacaq. Qarşılıqlı hesablaşmalar rəqəmsal valyutanı Vaşinqtonun sanksiyalarından qoruyacaq.

Rusiyaya gəlincə, Natalya Dembinskaya qeyd edir ki, bu dövlətin BRICS ölkələri ilə (Brazilya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) dollar əməliyyatları 2019-cu ildə 73% -dən 49% faizə düşüb: “Hər şeydən əvvəl avro sayəsində. Onlar qarşılıqlı ticarətdə avronun payını artırır. Rublun payı da artıb: 8%-dən 14% faizə qədər. Hindistanla (Moskvanın BRICS daxilində Çindən sonra ikinci ticarət ortağı) isə rubl üzrə sövdələşmələr 50%-i keçib. Çinlə milli valyuta ilə hesablaşmalar – 25% təşkil edir ki, bu da yeddi il ərzində 10 dəfə artıb. Moskva və Pekin ikitərəfli ticarətdə dollardan tamamilə imtina edib. Hələ 2014-cü ildə tərəflər 150 milyard yuanlıq (24,5 milyard dollar) üçillik mübadilə razılaşması imzalayıb. Beləliklə, 2015-ci ildə bütün sövdələşmələr dollarla aparılırdısa, 2019-da onların sayı yarıbayarı azalıb.

Avrozonada da oxşar vəziyyət müşahidə olunur: 2019-cu ildə avro ilk dəfə dolları üstələdi (38% faizə qarşı 42%). Bu, qlobal tendensiyadır və ABŞ-ın xarici sanksiyalarına müqavimət göstərən Avropa Birliyinin xidmətidir”. Ekspert qeyd edir ki, 2019-cu ildə Fransa, Almaniya və İngiltərə "Avropa iqtisadi oyunçuları ilə İran arasında rəsmi ticarət əməliyyatlarının sadələşdirilməsinə" yönəlmiş xüsusi mexanizm olan INSTEX-i yaratmaqla da dollara ciddi zərbə vurublar: “Daha sonra Belçika, Danimarka, Hollandiya, Norveç, Finlandiya və İsveç də bu sistemə qoşuldu. Əslində, bu mexanizm Avropa ölkələrinə ABŞ-ın maliyyə sistemini nəzərə almadan Tehranla ticarət etməyə imkan verir. Avropa Komissiyası dollardan asılılığı azaltmaq üçün ilkin plan da hazırlayıb. Beləliklə, dünyada ikinci ən məşhur valyuta olan avro dolları sıxışdırmağa davam edir. Dünya Bankının proqnozlarına görə, bu proses nəticəsində Amerika valyutası dünya maliyyə sistemindəki xüsusi statusunu itirəcək. Onun yerini isə avro, dollara əsaslanan sistem tutacaq”. Hesab edilir ki, bu vəziyyətdə Azərbaycan da avro ilə bağlı artıq yeni maliyyə siyasətinə başlamalı olacaq.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ