Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Azərbaycanla enerji əməkdaşlığına can atan Avropa ölkələrinin sayı artır...

Image


Aparılan son hesablamalar göstərir ki, Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların həcmi fevralın ilk həftəsində 50 faiz həddindən aşağı düşüb. Regionun yeraltı qaz anbarlarının dolma səviyyəsi orta hesabla 49,83 faiz, o cümlədən Almaniyada 42,44 faiz, Fransada 39,65 faiz olub. Bütövlükdə Avropa İttifaqındakı cari ehtiyatlar son 5 ilin orta miqdarına nisbətən 2,77 faiz aşağıdır. Həmçinin Avropa qaz nəqli şəbəkəsinə bu ay maye qaz vurulması ötən ilin müvafiq dövrünə nisbətən 49 faiz azdır.

Bütün bunlar cari ildə Avropanın enerji bazarlarında təbii qaza tələbin əhəmiyyətli dərəcədə artacağını deməyə əsas verir. Bu isə Avropaya qaz ixrac edən ölkələrdən biri kimi Azərbaycan üçün əlavə imkanların yaranması deməkdir. Xüsusən də TAP-ın istifadəyə verilməsi Azərbaycanın bu bazarda mövqelərinin güclənməsinə imkan yaradır. Bu fonda qeyd edək ki, TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün, Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Ekspertlər qeyd edir ki, “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti kimi Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır. Bu səbəbdəndir ki, TAP vasitəsilə qaz almaq istəyən Avropa ölkələrinin sayı artır. Məsələn, Şimali Makedoniya artıq prosesdə maraqlı tərəf kimi çıxış edir. Bu ölkə cari ilin sonuna qədər 68 kilometrlik Neqotino-Gevgeliya təbii qaz kəmərinin inşası üçün tender elan edəcək. Şimali Makedoniyanın nəqliyyat naziri Blaqoy Boşvarskinin sözlərinə görə, Makedoniya hökuməti 2021-ci ilin ortalarına qədər boru kəməri üçün tikinti icazəsini alacağını gözləyir. Boşvarski əlavə edib ki, Neqotinodan Bitolaya qədər uzanan qaz kəməri və Skopyedən Qostivara qədər boru kəmərinin inşası 2021-ci ildə başa çatacaq.

Xatırladaq ki, Neqotino- Gevgeliya qaz kəməri Yunanıstanla sərhəddə yerləşən Gevgeliya şəhərindən Şhtip-Neqotino boru kəmərinə birləşdiriləcək. Bu qarşılıqlı əlaqə Şimali Makedoniyanın Yunanıstan ərazisindən keçərək TAP-a qoşulmasına imkan verəcək. Bundan başqa, elə bu günlərdə Avropa enerji dünyasında görünməmiş bir hadisə qeydə alınıb. Belə ki, köhnə qitənin bütün ölkələrini birləşdirən boru kəməri şəbəkəsi inşa edildikdən sonra ilk dəfə olaraq İtaliya qonşu ölkələrdən birinə qaz ixrac edib. İlk dəfə ötən ay Fransaya 24 milyon kubmetr, bu ayın əvvəlində 12 milyon kubmetr təbii qaz nəql edilib. Bu dövrdə İsveçrəyə 4 milyon kubmetrə qədər həcmdə təbii qaz nəql edilib. Məlumata görə, İtaliyanın Fransa və İsveçrəyə ixrac etdiyi təbii qaz TAP ilə İtaliyaya tədarük edilən qaz həcmləridir. Bu da o deməkdir ki, Azərbaycan qazından bəhrələnən Avropa ölkələrinin sayı artır. TAP-ın icraçı direktoru Luka Sşieppati də hesab edir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi artır: "Avropa İttifaqı rəhbərliyi “Cənub Qaz Dəhlizi”nin (SGC) tamamlanması və TAP-ın fəaliyyətə başlaması ilə Azərbaycanın, əsas tranzit məkan olan Türkiyənin Avropanın qaz təchizatının təhlükəsizliyi üçün vazgeçilməz olacağını bilməlidir. Enerji infrastrukturunu birləşdirən Türkiyə, eyni zamanda, “Istanbul Benchmark” çərçivəsində yeni qaz ticarəti bazarına çevrilir. 2021-ci ildə Türkiyədə təbii qaz bazarının qurulması və fəaliyyətə başlaması gözlənilir”. TAP-ın icraçı direktoru hesab edir ki, qaz təchizatı təhlükəsizliyi baxımından TAP-ın aktivləşdirilməsi və Türkiyənin Sakarya Qaz Sahəsindəki son qaz kəşfləri Avropa bazarlarına marşrutları və qaz mənbələrini daha da şaxələndirmək üçün əlavə imkanlar yaradır: “Türkiyə təbii qaz idxalı, nəqli, saxlanması və ixracı üçün imkanlarını genişləndirərək, öz regionunda təbii qaz tələbini cəlb edən mübahisəsiz və vazgeçilmez bir mərkəzə çevrilib. Bu ölkə güclü və davamlı enerji təchizatı və enerji qiymətləri təhlükəsizliyini inkişaf etdirmək üçün qlobal enerji bazarındakı qarşılıqlı asılılığın istifadə edilməsinin potensial mənfi nəticələrini aradan qaldırmaq məqsədi daşıyan “Turkey for Energy” strategiyasını həyata keçirir. Bu strategiya 2021-ci ilin əvvəlində Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasını ehtiva edir. Bu fonda Azərbaycandan alınan qazın da əhəmiyyəti artır”.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycanın xaricə qaz satışı 13,5 milyard kubmetr təşkil edib. Bu da 2019-cu illə müqayisədə xaricə qaz satışından ümumilikdə 1,8 milyard kubmetr, yəni 15,6 % çox olub. Cari ildə bu rəqəmin daha yüksək hədlə ifadə olunması gözlənilir.

Tahir TAĞIYEV

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ