- Azərbaycan xalqı böyük əksəriyyətlə hesab edir ki, hökumət onları qoruyaraq, öz işinin öhdəsindən gəlib.
- Eyni zamanda Azərbaycan xalqı böyük əksəriyyətlə hərbi üsulların səmərəliliyinə inanır.
"Azərbaycan hökumətinin Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində Ermənistan tərəfinin təxribatlarına verdiyi hərbi cavabın səmərəliliyini necə qiymətləndirirsiniz?"
- Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlarda gedən hərbi əməliyyatlar demək olar ki, bütün ölkənin vətənpərvərlik ruhunu yüksəldib.
- Vacib məqam odur ki, respondentlərin təxminən 100%-i ölkəni Ermənistan işğalından qorumaq üçün bütün, o cümlədən hərbi vasitələrdən istifadəni dəstəkləyiblər.
"Ölkəni Ermənistanın işğalından qorumaq məqsədilə bütün vasitələrdən, o cümlədən hərbi yoldan istifadə edilməsini dəstəkləyirsinizmi?"
- Eyni zamanda respondentlərin əksəriyyəti Prezidentin və hökumətin apardığı xarici siyasəti səmərəli hesab edir.
- Sonda, Dağlıq Qarabağ məsələsi insanların fikirlərinə açıq-aşkar hökmranlıq etdiyi, eləcə də insanların hökumətin işğal edilmiş ərazilərdə gördüyü işlərin arxasında birləşməsinə səbəb olduğu bir vaxtda, Azərbaycan xalqı iqtisadi islahatlar və sabit cəmiyyət qurmaq kimi bir sıra digər məsələlərlə bağlı hökumətə yüksək qiymət verir. Korrupsiya ilə mübarizəyə gəldikdə isə azərbaycanlıların əksəriyyəti bildirir ki, hökumət əla və ya yaxşı iş görmüşdür, lakin hələ də irəliləyiş əldə oluna bilər.
"Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?"