Mayın 4-də Özbəkistanda insan faciəsilə nəticələnən sürüşmə hadisəsi baş verib.
Baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir ki, Kamçik dolayında – Daşkənd – Oş şosse yolunda sürüşmə nəticəsində 2 avtomobil 13,3 min kub torpaq kütləsinin altında qalıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfəri isə xilas etmək mümkün olub.
Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə Qırğızıstanda yaşanmış, 15 evin yerin təkinə getməsindən sonra bir kəndin əhalisi evakuasiya olunmuşdu.