Federal Təhlükəsizlik Xidməti mai bayramı günlərində Moskva vilayətində seriyalı terror aktları planlaşdıran silahlı qrupu yaxalayıb.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, onların hamısı Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır. FTB-nin xəbərinə görə, onlarda xeyli miqdarda silahlar, partlayıcılar və terror törətmək üçün lazım olan digər vasitələr müsadirə olunub.
Saxlananların kimliyi hələlik açıqlanmır.