"Nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayıb, işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik biz istəsək də, istəməsək də davam edəcək".
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Repsublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kəpəz TV-yə (Region TV) açıqlamasında bildirib.