Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Ermənistanda baş verənlərə münasibət bildirib.
Moskvaətrafı pravoslav kilsələrinin mitropolları ilə görüşündə patriarx Kirill Ermənistanda son zamanlar baş verənləri şərh edərkən ermənilərin dönük xislətinə diqqət çəkib. Bildirib ki, Ermənistanda aprel müharibəsində yaşanan uğursuzluqdan sonra artan anti-Rusiya ovqatı da elə bu dönüklüyün nəticəsidir. Vaxtilə Rusiya imperiyasının bu ölkənin yaradılmasında müstəsna roluna diqqət çəkən patriarx Qafqazda katolik erməni dövlətinin yaradılmasını "imperiyanın ən böyük səhvi” adlandırıb.
"Yarandığı zamandan biz erməni dövlətini və erməni xalqını müdafiə edirik, baxmayaraq ki, onlar heç pravoslav deyillər. Biz hər zaman Ermənistanı Rusiyanın bir hissəsi hesab etmişik və onları göz bəbəyimiz kimi qorumuşuq. İndi diqqət edin ki, hər şey necə dəyişir və həyasızcasına unudulur. Sən demə, biz erməniləri öz əsarətimizdə saxlamışıq və bu gün sahib olduqlarını onlara biz verməmişik. Osmanlı imperiyasında onlar küncə sıxışdırılanda katolik dünyası susurdu və baş verənlər onların vecinə də deyildi. Hazırda isə ermənilər məhz o zaman onları eyninə almayan dövlətlərin çaldığına oynayır. Mən ermənilərə sülh arzulayıram, lakin onlar bir həqiqəti unutmamalıdırlar: Rusiya olmadan onların yer üzündə mövcudluğu belə sual altındadır. Bu torpaq onları qoruyarkən həlak olmuş pravoslavların qanı ilə suvarılıb”.
Göründüyü kimi, artıq ruslar da ermənilərin əsl mahiyyətini görməyə başlayıblar. Patriarx Kirill isə hətta bu dönüklükdən dəhşətə gəlib. Nə deyək, elə bir rus zərb-məsəlində deyildiyi kimi, heç olmamaqdansa, gec olmağı da yaxşıdır...
Samirə SƏFƏROVA