1 may tarixində Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri və işğalçı ermənilərə qarşı döyüşdə fərqlənən hərbçilərimizə hədiyyələr təqdim etməsi növbəti dəfə ermənilərin "kürkünə birə salıb”.
Ölkə rəhbərliyi tərəfindən qiymətləndirilmənin ordu üçün çox böyük stimul olduğunu dərk edən düşmən tərəfi bu tip qiymətləndirmələrdən sonra Azərbaycan hərbçilərinin torpaqlarını işğal edənlərə qarşı daha əzmlə döyüşəcəyini çox yaxşı dərk etdiyindən, artıq "yaxa-başını cırmaqla” yenidən məzlum obrazı yaradıb dünyanın diqqətini üzərinə çəkməyə cəhd edir. Elə bu gün bu ölkənin mətbuatında yer alan "Azərbaycan rəhbərliyi Ramil Səfərovların sayını artırır...” başlıqlı məqalə də məhz buna hesablanıb. Məqalədə Prezident İlham Əliyevin erməni ordusunun yezid əsilli döyüşçüsü Kərəm Sloyanı qətlə yetirmiş hərbçimizi şəxsən təltif etməsini böyük əndişə ilə təqdim edən erməni tərəfi, (şəkildə həmin döyüşçümüz oxla göstərilir) torpaqlarımızı üzüsulu tərk etməzlərsə, bundan sonra hələ neçə-neçə "sloyanları” itirəcəyini çox yaxşı anlayır və o üzdən Ramil Səfərov olayını gündəmə gətirməklə dünyanın diqqətini çəkməyə çalışır. Amma unudur ki, bunlar tam fərqli məsələlərdir. Ramil Səfərov ona görə qınaq obyekti olmuşdu ki, düşməni döyüş bölgəsində deyil, dinc şəraitdə öldürmüşdü. Təbii, onu qınayanlar bir Türk üçün Bayrağın nə demək olduğunu dərk etməyənlər idi. Prezidentin mükafatlandırdığı hərbçimiz isə Azərbaycan torpağında işğalçını məhv edib və Prezident İlham Əliyevin də vurğuladığı kimi, "erməni ölmək istəmirsə, Azərbaycan torpağından rədd olub getsin!”
Odur ki, erməni tərəfi birdəfəlik anlamalıdır: bəli, Ramil Səfərovlarımız çoxdur və sonuncu erməninin ayaq izləri torpaqlarımızdan çəkilənə kimi onlar hələ çox "hay”ların yuxusunu qaçıracaq...
Samirə SƏFƏROVA