Şənbə günü İraq silahlı qüvvələrinin operativ qərargahı paytaxtın bütün girişlərini bağlayıb.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, buna qədər arzu edənlərin şəhərdən çıxmasına şərait yaradılıb. Bağdadda fövqəladə rejimin tətbiqi isə bir gün öncə baş verənlərlə əlaqədardır. Belə ki, cümə günü İraqın şiə lideri Müqtəda Əs-Sədrin tərəfdarları Nümayəndələr Şurasının (parlament) binasına hücum edib. Buna qədər isə onlar aksiya keçirərək ölkədəki korrupsiyaya etiraz edib və yeni hökumətin yaradılması üçün deputatların səs verməsini tələb ediblər. Nəticədə parlamentin iclasının növbəti dəfə təxirə salınması isə emosiyaları bir qədər də coşdurub.