Mardinin Nusaybin rayonunda PKK terrorçularının hücumu nticəsində 3 əsgər həlak olub, 14-ü yaralanıb.
Baki-xeber.com bu barədə "Vatan” qəzetinə istinadən xəbər verir. Xəbərdə yaralıların dərhal xəstəxanaya çatdırıldığı və müalicəyə cəlb olunduqları bildirilir. Türkiyə Baş Qərargahı olayla bağlı verdiyi açıqlamada Türk Silahlı Qüvvələrinə və Uca Türk Millətinə başsağlığı verir, yaralılara şəfa diləyir.
Baş Qərargahın açıqlamasında şəhidlərimizin qanının yerdə qalmayacağı bir daha vurğulanır.