İtaliyanın ticarət gəmisi Liviya sahillərində qəzaya düşən miqrantlardan 26 nəfərini xilas edə bilib.
Baki-xeber.com-un kommersanta istinadən xəbərinə görə, cümə günü sahil təhlükəsizlik xidməti peyk telefonundan qəza çağırışı alıb, lakin xəbəri araşdırmaq mümkün olmayıb. Daha sonra siqnalın izlənməsilə onun Liviya sahillərindən 7 mil məsafədən verildiyi təsbit edilib. Dərhal yaxınlıqdakı gəmi həmin istiqamətdə kurs götürərək 26 miqrantı xilas edə bilib.
Daha öncə Liviya rəhbərliyi bildirmişdi ki, Qərbin köməyi olmadan miqrant problemini çözmək iqtidarında deyil. Qeyd olunurdu ki, Aİ maliyyə dəstəyi verərsə, öz ərazisindən miqrantların Avropaya çıxışına şərait yarada bilər.