Ötən gecə erməni tərəfi yenə də atəşkəsi pozaraq mövqelərimizi iri çaplı silahlardan atəşə tutub. Nəticədə, şəraitə uyğun olaraq, Azərbaycan Ordusu qarşı tərəfin atəş nöqtələrinə cavab zərbəsi endirməklə onları susdurub.
Erməni mətbuatının yazdığına görə, atışma nəticəsində iki hərbçi həlak olub. Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutyunyandır.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, bundan sonra da mövqelərimiz atəşə tutularsa layiqli cavabını alacaq və yaranmış şəraitdə məsuliyyət Ermənistanın üzərinə düşür.