Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənilərin apreldə Azərbaycan torpaqlarında mülki insanlara qarşı törətdiyi cinayətlər dünya mediasına çıxdı

Image


Dünyanın 50-yə yaxın məşhur media nümayəndələri erməni təcavüzü ilə dağıdılmış evləri, məktəbləri öz gözləri ilə gördülər

Xarici və yerli media təmsilçilərinin cəbhə bölgəsinə səfəri başlayıb. APA-nın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə Bərdə rayonuna gedib.
Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, "Reuters", "Bloomberg", "France-Presse", "RİA Novosti", "Anadolu", TRT, İHA, "Cihan", "Rossiya 24" kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.
Jurnalistlər öncə Bərdə Diaqnostika Mərkəzində ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.
Xarici və yerli media təmsilçiləri Ağdam rayonunda erməni silahlı bölmələrinin artilleriya atəşləri nəticəsində həlak olan Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və Hüseynov Əli Müseyib oğlunun yaxınları ilə görüşüblər.
Həlak olanların yaxınları baş verənlərin mülki əhaliyə qarşı törədilən cinayət olduğunu deyiblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, bütün bunlar Ermənistanın hərbi-kriminal rəhbərliyinin törətdiyi cinayət əməlləridir: "Bu cinayətlərə hüquqi qiymət veriləcək".
Media təmsilçiləri aprelin 2-də ermənilərin atəşi nəticəsində dağılan Sarıcalı kənd orta məktəbində də olublar.
Media təmsilçiləri Ağdam rayonunun Mahrızlı kəndində ermənilərin atdığı mərmi nəticəsində yanaraq yararsız hala düşən evdə olublar. Kənd sakini Əliş Hüseynova məxsus birmərtəbəli yaşayış evi tamamilə dağılıb.
Sakinlər jurnalistlərə bildiriblər ki, aprelin 27-dən 28-ə keçən gecə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmilərdən biri bu evə düşüb, ev yanıb.
Hadisədən sarsıntı keçirən ev sahibi xəstəxanaya yerləşdirilib.

Ermənilər Azərbaycanın bir neçə mülki vətəndaşını ağır yaralayıb

Aprelin 27-dən 28-ə keçən gecə ermənilərin Ağdamda kəndləri artilleriya atəşinə tutması nəticəsində yaralanan 6 nəfər mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib. "Trend"in xüsusi müxbirinin Bərdədən verdiyi məlumata görə, bu barədə mərkəzin həkim cərrahı Eldar Əhmədov xarici və yerli media jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralılardan 2-si rayonun Çəmənli, biri Qaradağlı kəndinin sakinidir: "Yaralılar mərmi partlaması nəticəsində qəlpə yaraları, qapalı kəllə - beyin travması və baş beyin silkələnməsi zədəsi alıblar. Xəstələrdən 1-nin vəziyyəti orta-ağır stabil, o birilər kafidir. Xəstələrdə qapalı kəllə beyin travması və baş beyin silkələnməsi və bədənin müxtəlif yerlərində sıydılmış yaralar müşahidə edilir".
1986-cı il təvəllüdlü Çəmənli kənd sakini Zahid Rəhimov kəllə-beyin travması - kontuziya alıb.
1984-cü il təvəllüdlü Çəmənli kənd sakini Anar Abdullayev və 1985-ci il təvəllüdlü Qaradağlı kənd sakini Elgiz Qarayev isə qəlpə yarası alıblar.
Aprelin 28-də erməni silahlı birləşmələrinin Ağdamı ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bunlar Çəmənli kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Adil Muslu oğlu, 1996-cı il təvəllüdlü Qaraşova Şəbnəm Səyyad qızı və 1978-ci il təvəllüdlü Elnur Məmmədovdur. Yaralıların ikisi qəlpə yarası alıb. Hazırda yaralıların vəziyyətləri sabitdir, həyati təhlükə yoxdur.

Ermənilər Ağdamda məktəbləri də atəşə tutur

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, Azərbaycanın dinc əhalisi Ermənistanın təcavüzündən əziyyət çəkir: "Gördüyünüz kimi, mülki insanlar yaralanıb, həlak olanlarımız da var".
R.Məmmədov qeyd edib ki, Ermənistanın son günlər evlərə raket zərbələri endirməsi nəticəsində 91 ev dağılıb: "Onlardan 16 ev tam yararsız vəziyyətə düşüb. Kütləvi surətdə iri və xırda buynuzlu mal-qara tələf olub. İnsanlar ermənilərin bu təcavüzü səbəbindən gündəlik işlə məşğul ola, tarlalarda çalışa bilmirlər. Çünki düşmən tərəfindən atəşə tutulur. Təmas xəttindəki kəndlərdə bir neçə yerdə sığınacaqlar yaradılıb, ictimai binaların zirzəmiləri sığınacaq kimi hazırlanıb. Həmçinin mühafizə qrupları yaradılıb, onlar polislə birgə mühafizəni həyata keçirirlər. Vəziyyətin gərgin olmasına baxmayaraq, insanlarda böyük ruh yüksəkliyi var, istənilən vaxt döyüşə atılmağa hazırdırlar və hər kəs istəyir ki, ermənilərlə döyüşərək torpaqları geri alsın. Bütün dünya bilməlidir ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Çəkilməyəcəklərsə, bu millət son damla qanına qədər döyüşüb düşməni öz yerində oturdacaq".
Dağılmış evlərin təmiri ilə bağlı icra başçısı bildirib ki, həmin ərazilərdə layihələndirmə və qiymətləndirmə işləri aparılır. Qısa müddətdə dağılmış evlərin bərpasına başlanacaq.
İcra başçısının müavini Ağa Zeynalov isə "Trend"ə bildirib ki, Ağdamda cəbhə xəttinə yaxın kəndlərdə orta məktəblər fəaliyyətini dayandırıb: "Hazırda ermənilərin mülki şəxsləri intensiv atəşə tutması nəticəsində əhali bir yerə, o cümlədən məktəbə toplaşa bilmir. Çünki hər an erməni hərbi birləşmələri təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutur".
A.Zeynalov əlavə edib ki, hazırda 2 apreldə dağılmış Sarıcalı kənd orta məktəbi təmir olunur: "Yaxın zamanlarda bərpa işləri başa çatacaq".

Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamda 76 evə ziyan dəyib

Ağdam rayon icra başçısının müavini Ağa Zeynalov isə bildirib ki, son günlər ərzində ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın kəndlərində 76 evə ziyan dəyib.
İcra başçısının müavini qeyd edib ki, həmin evlərin 14-ü tamamilə yararsız hala düşüb.
Qeyd edək ki, son günlər ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini intensiv şəkildə pozurlar. Ermənilər əsasən dinc əhalini hədəfə alıb.

Ağcabədi ərazisinə 100-ə yaxın mərmi atılıb

Erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub.
Rayonun cəbhəyanı kəndlərinə 100-ə yaxın mərmi atılıb. AZƏRTAC-ın məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib.
Ş.Məmmədov qeyd edib ki, təkcə Qaraxanlı kəndinə 50 mərmi düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 19 evə, yardımçı binalara, orta məktəbin binasına ziyan dəyib.

Ermənilər Ağdamın Evoğlu kəndinə də ciddi ziyan vurub

Erməni hərbi birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriyalardan atəşə tutduğu kəndlərdən biri də Ağdamın Evoğlu kəndidir. Ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində kənddəki ev və obyektlər dağılıb, təsərrüfata ciddi ziyan dəyib. Mülki əhaliyə qarşı ağır artilleriya atəşi açan erməni hərbi birləşmələri, həmçinin, kənddə yerləşən fermer təsərrüfatını gülləbaran edib. Nəticədə kənddə onlarla ev və obyektə ciddi ziyan dəyib, fermer təsərrüfatı və fərdi həyətlərdə mal-qara tələf olub.

Ermənilərin atəşi nəticəsində heyvandarlıq təsərrüfatına ciddi ziyan dəyib

Atəşkəs rejimini mütəmadi pozan erməni təxribatçıları, dinc əhali ilə yanaşı, mülki obyektləri də atəşə tutmaqda davam edir. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, aprelin 27-dən 28-nə keçən gecə ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdamın Əfətli kəndində yerləşən "Qara inək fermer təsərrüfatı" MMC-yə ciddi ziyan dəyib, ofis binası dağılıb, sağım sistemi sıradan çıxıb, təsərrüfatın südün saxlanılması hissəsinə və tövlələrə ciddi zərər dəyib, çoxlu sayda mal-qara tələf olub.
Dünən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri Ağdamın Əfətli kəndində güzəştli kreditlərdən istifadə etməklə yaradılan "Qara inək fermer təsərrüfatı"nda olub, təsərrüfata baxış keçiriblər.
"Qara inək fermer təsərrüfatı"nın fəaliyyətinin bərpası üçün sahibkara lazımi köməklik göstərilir.

Yaralı Ağdam sakini: "Ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tutur"

Aprelin 27-dən 28-ə keçən gecə Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun Qaradağlı kəndində ağır yaralanan kənd sakini Elgiz Qarayev deyir ki, ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tutur. O deyib ki, düşmən Azərbaycanın təmas xəttində yerləşən kəndlərini daim hədəfə alıb: "Kəndimiz ermənilər tərəfindən qəfil atəşə tutuldu, erməni tərəfi Azərbaycan tərəfində mülki şəxsləri qrad, top, minaatan və raketlərdən atəşə tutdu. Mülki əhalini və evləri mütəmadi atəşə tuturlar. Erməni tərəfi atəşkəsə heç vaxt riayət etmir. Biz mülki şəxslər ermənilərin hədəfinə çevrilmişik. Buna son qoyulmalıdır".

"Ermənilər nə qədər atəş açsa da, doğma torpaqlarımızı tərk etməyəcəyik"

Ermənilər gözlənilmədən toplardan, qradlardan və raketlərdən mülki əhaliyə atəş açmağa başlayıblar. Bunun nəticəsində Ağdam sakini, 1978-ci il təvəllüdlü Elnur Məmmədov yaralanıb. E.Məmmədov bildirib: "Mərmilərdən biri biz olduğumuz yerin yaxınlığına düşdü və mən qəlpə yarası aldım. Öz evimizdən heç bir yerə gedən deyilik, ermənilər nə qədər atəş açsa da doğma torpaqlarımızı tərk etməyəcəyik".

Azərbaycan Ordusuna gücü çata bilməyən erməni hərbi birləşmələri dinc əhaliyə silah tətbiq edir

Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində həlak olan Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlunun qohumu Əhməd Əhmədov isə deyir ki, Azərbaycan Ordusuna gücü çata bilməyən erməni hərbi birləşmələri dinc əhaliyə silah tətbiq edirlər.
O bildirib ki, həlak olan dinc sakinlərin hər ikisi eyni mərminin partlaması nəticəsində həyatlarını itirib: "Yaxınlıqlarına mərmi düşüb və onlar həlak olublar. Ermənilər mülki əhalini hədəf seçiblər, silahsız əhaliyə silah tətbiq edir. Ermənilərin cürəti çatmır ki, bizim ordu ilə qarşılaşsın. Ona görə də mülki əhalini hədəf seçirlər. Əgər Qarabağla bağlı danışıqlar belə fəsadlarla davam edəcəksə, biz bu danışıqlara yox deyirik. Əgər həqiqiətən danışıqlar gedirsə, bu cür hadisələr olmamalıdır. Biz hər birimiz Ali Baş Komandan əmr verəcəyi təqdirdə döyüşə getməyə hazırıq. Heç vaxt öz torpaqlarımızı tərk etməyəcəyik. Son vaxtlar ermnənilər həddindən artıq azğınlaşıblar".

"Ağdamda erməni atəşindən dağılmış məktəb binasının təmirinə başlanıb"

Aprelin 2-də erməni silahlı birləşmələrinin ağır artilleriyalardan atəş açması nəticəsində dağılmış Ağdam rayonu Sarıcalı kənd orta məktəb binasının təmirinə başlanıb. Bu barədə jurnalistlərə adıçəkilən məktəbin direktoru Aybəniz Məhərrəmova bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda təmir işləri başa çatacaq və məktəb istifadəyə veriləcək.

Hikmət Hacıyev: "Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı cinayət törədib"

"Ermənistan Respublikası humanitar hüququ pozaraq Azərbaycanın mülki əhalisinə qarşı cinayət törədib". Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib: "Ermənistan humanitar hüququ pozaraq son günlər dinc sakinlərə qarşı cinayət əməlləri törədib. Buna görə də Ermənistan Respublikası və onun rəhbərliyi bilavasitə məsuliyyət daşıyır".
Hikmət Hacıyev deyib ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional təhlükəsizliyə təhdiddir. XİN rəsmisi Ermənistanın təxribatçı və təcavüzkar əməllərinin kəskin şəkildə qınandığını deyib: "Xarici İşlər Nazirliyi digər qurumlarla birgə əlaqələndirilmiş şəkildə mülki əhaliyə dəymiş ziyanı və mülki əhali arasında olan itkiləri sənədləşdirir və Ermənistanın Cenevrə Konvensiyası ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb".
H.Hacıyevin sözlərinə görə, Azərbaycan bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional sülh və təhlükəsizliyə böyük təhdiddir: "Ermənistanın dövlət rəhbərliyi açıq və təcavüzkar siyasət yeridir, bir daha danışıqlar prosesindən imtina edib və danışıqlar prosesinə məhəl qoymur".
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətdən gözləntisi ondan ibarətdir ki, Ermənistanın bu təcavüzkar əməllərinə təcili son qoyulması üçün təsirli addımlar atılmalı və Ermənistan sülhə məcbur edilməlidir: "Azərbaycan bir daha bəyan edir ki, biz hərtərəfli, nəticə yönümlü danışıqlar prosesinə hər zaman hazırıq. Azərbaycan Respublikası bu danışıqları BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında apırır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal alındakı ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır".

Vaqif Dərgahlı: "Düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq"

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə deyib ki, hazırda cəbhədə vəziyyət sabitdir. Nazirliyin rəsmisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.
V.Dərgahlı əlavə edib ki, son üç gecə ərzində Ermənistan silahlı bölmələri işğal olunmuş Azərbaycan ərazilərindən təmas xəttində yerləşən yaşayış məntəqələrimizi mütəmadi olaraq atəşə tutublar.
O bildirib ki, ermənilər mülki əhalinin məskunlaşdığı məntəqələri əsasən minaatanlardan, hətta haubitsalardan, eyni vaxtda BM-21 tipli reaktiv yaylım atəşli sistemlərdən atəşə tutublar: "Mülki əhali arasında itki olsun deyə, atəşkəsi gecə saatlarında kobud surətdə pozurlar. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ermənilərin bu cür aqressiv addımlarının qarşısının alınması üçün adekvat tədbirlərin görülməsi məqsədilə təmas xəttinə yaxın bölmələrimizə birmənalı şəkildə tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun. Bizim məqsədimiz düşmənin atəş nöqtələrinə adekvat cavab zərbələri endirməkdən ibarətdir. Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib. Bununla bağlı tədbirlər görülür və düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq".
Xəbər xidməti 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ