Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan Azərbaycan torpaqlarının ölkəsi tərəfindən işğal olunduğunu etiraf edib.
Mətbuata müraciət edən erməni vitse-spiker, heç bir hüqüqü olmadığı halda, ölkəsinin Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarını işğal altinda saxladığını bildirib. "Dünya Qarabağı tanıyan anda biz istəsək də, istəməsək də o torpaqları qaytarmalı olacağıq. O torpaqlar bizə gərək deyil, bu yalnız təhlükəsizliyimizin təmin olunması üçün bufer zonasıdır” o deyib.
Erməni deputatının qismən də olsa ölkəsinin işğal faktını təsdiqləməsi Ermənistanda böyük qalmaqal yaradıb. Hazırda erməni aqressiyasının tərəfdarı olan kəsimin Ermine Naqdalyanın "tükünü didməyə” hazır olduğu xəbər verilir.
Atalar nahaq deməyib ki, "dil dolaşar, düzünü deyər...”