Tacikistanda "sussayağı” sonluqla bitən soyadlar rəsmən ləğv olunur. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, bu barədə "Ozodi” radiosuna ölkənin VVAQ şöbələrinin rəisi Caloliddin Rahimov bildirib.
Onun sözlərinə görə, bu barədə ölkə rəhbəri İmomalı Rahmon müvafiq sənəd imzalayıb. Beləliklə, bundan sonra "-ov”, "-yev” soyad sonluqları tacik soyad sonluqları "-zod”, "-zoda” və s.-ya dəyişdiriləcək. Nikah məmurunun sözlərinə görə, bəziləri övladlarının soyadının "russayağı” qalmasını arzulayırvə bu zaman belələrinə "tacikləşdirilmənin” zəruriliyi izah olunur.