Rusiya federasiyasının Hərbi-Dəniz Flotiliyası Xəzərdə "Kalibr” raketlərinin taktiki sınağını keçirib.
Bu barədə baki-xeber.com-a Rusiya mətbuatından bəlli olub. Xəbərə görə, gəmi nişançı qrupunun dəniz hədəflərinə atəşləri uğurlu olub.
Xatırladaq ki, "Kalibr” raketlərindən Suriyada terrorçulara qarşı döyüşdə artıq istifadə olunub.