Bu gün yerli vaxtla saat 06.00 radələrində Suriyadan atılan iki raket ard-arda Kilis-Öncüpınar şosse yolu yaxınlığındaki bağ evlerinin olduğu bölgəyə düşüb.
Baki-xeber.com-un Habertürkə istinadən xəbərinə görə, əraziyə vətəndaşların çağırışı ilə polis və təcili yardım gəlib. Raketlər boş əraziyə düşsə də, polis təhlükəsizlik tədbirləri görüb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, hadisə şahidləri polisin birinci raketin ardından ərazidə vəziyyəti dəyərləndirərkən ikinci raketin atıldığını bildirib.