Bazar ertəsi günü, 02 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azər oğlu İbrahim
Tarix: 29.04.2016 / 00:55
Bölmə: Gündəm
İnsanlar hələ qədim çağlardan ətrafında gördüyü varlığa maraq göstərib, yaşamına təsir edən hadisələrin yaranma səbəbini anlamağa çalışıb, xeyir və ya ziyan verən hadisələrə təsir etmə yollarını axtarıblar. Dünyanın hansı guşəsində olursa olsun, onu və yanındakıları qoynunda yaşadan təbiətin müəyyən bir qüvvə tərəfindən idarə olunduğunu dərk edən insan şüuraltı qorunma instiktilə firavan yaşamağa yardım edən və dərd-bəladan qurtara bilən ibadətgahlar yaradıb.
Çünki qədim insanlar hər şeyin bir sahibi, idarə edəni, bir sözlə - hər bir varlığın yiyəsi olduğuna inanırdılar. Onlar daşın, suyun, meşənin, ildırımın, quşun yiyəsi ilə təmas qura bilən kahinlərə, xüsusilə dastanlarımızda "ağzı dualı" deyilən mediumlara da hörmətlə yanaşıblar. Qədim insanlar yiyələrin də bir yaradıcısı ola biləcəyi qənaətinə varıb, bütün varlığı və onların yiyələrini yaradanı Tanrı adlandırıblar. Beləcə, tanrıçılıq inamına ibadət edənlərdə Tək Tanrıçılıq inancı ortaya çıxıb.
Tək Tanrıya ibadət etməyi təbliğ edən səmavi din zaman keçdikcə daha geniş sahəyə yayılaraq bir çox xalqın inancına çevrilib. Səmavi din dedikdə ayrı-ayrı zamanlarda səmadan mələklər vasitəsilə peyğəmbərlərə çatdırılan Tanrı deyimlərinə ibadət edilən din nəzərdə tutulur. Tək Tanrı dininə ibadət edən insanlar sonralar parçalanıb uydurduqları hansı dinə girsələr də, yeni inancları içində qədim tanrıçılıq dininin əsas xüsusiyyətlərini yaşatmağa davam ediblər.
Bu gün Tək Tanrıçılığı özündə ehtiva edən mədəniyyətlərin vahid bir məcraya yönəldilməsinə çox böyük mənəvi ehtiyac vardır. Bu, insanlığın psixologiyasında yeni bir mərhələnin - qardaşlığın başlanğıcı olar. Bu formalaşma yer üzünün, insanlığın ayaqda qalmasına yardım edər. Hesab edirik ki, bu gün dünyada baş verən təbii fəlakətlərin və qırğınların baş verməsi insanlığın Tək Tanrıçılıq dini-mənəvi dəyərlərə qulluq etməməsindəndir...
Tarixi şüur tarixi dövrlərin, zamanların, daha doğrusu, keçmişlə indinin, indi ilə gələcəyin əlaqəsini ehtiva edir. Tarixi şüurda elə müxtəlif formalar əhatə edilir ki, insan bu formalarda keçmişini və gələcəyini dərk edir. Ona görə də insanlıq qeyri-adi düşüncələrə sahib elm adamlarının düşüncə və təkliflərini layiqincə dəyərləndirməli, keçmişinə laqeyd olmamalıdır. Çünki "keçmişinə güllə atsan, gələcək səni topa tutar."
İslam mənbələrində Hz.İbrahimin atası Azərin aranlı (haranlı) olduğu göstərilir. O zamanlar aranda quraqlıq olduğuna görə, o, ailəsi ilə birlikdə Babil hökmdarı Nəmrudun yaşadığı şəhərə köçür.
Bir gün Babil hökmdarı Nəmrud tez-tez müşavirə etdiyi münəccimlərini qəbul etdikdə onları bikef görür və:
- Sizə nə olub, niyə bikefsiniz? - deyə soruşur.
- Sultanım, bizi bağışlayın, ulduzlardan əldə etdiyimiz məlumat o qədər də xoş deyil. Bu il doğulacaq uşaqlar arasından biri sizin dininizi tərk edəcək və bütləri sındıracaq.
- Siz nə dediyinizi bilirsinizmi?
- Hələ deyəcəyimiz bununla da bitmir, amma söyləməyə dilimiz gəlmir.
- Demək, o uşağın görəcəyi pis işlər bununla da bitmir eləmi? Söyləyin görək.
- Üzülərək deyirik ki, iş sizin ölümünüzə uzanır.
Nəmrud titrək səslə:
- Siz bundan əminsinizmi? Yanlış xəbər vermiş olmayasınız, yoxsa...
Bu ifadə təhdid yüklüydü, "Yanlış bir xəbərlə qarşıma çıxmışsınızsa, vay halınıza" deməkdi. Görüş burada bitir.
Sabahısı gün küçələrdə səslənən elanlar üzlərdə qorxu izləri buraxdı: "Bugündən etibarən doğulacaq oğlan uşaqları sultanımızın əmrilə öldürüləcək. Qarşı çıxan və ya uşaqlarını gizləyənlər edam ediləcək". Bu elandan sonra küçələrdə gəzən nəzarətçilər gecə-gündüz dolaşmağa başladılar. Doğum sancısı çəkən qadınların fəryadlarını eşitdikdə evlərə girir, ilk nəfəsini almaqda olan oğlan uşaqlarını elə oradaca öldürürdülər.
Bu acı səhnələr məzlum anaların ciyərlərini dağladı. Gücləri sadəcə göz yaşlarına yetdi. Əlləri-qolları bağlı insanlar övlad acısıyla kədərləndilər, bəd dualar etdilər.
Babil şəhərinin tanınan bütçüsü Azərin xanımı da hamilə idi. O da uşaq gözləyirdi. Ancaq doğulacaq uşağın erkək ola bilməsi qorxusu onları da vahiməyə saldı. Amma bu qadının hamilə olduğu görünüşdə heç bilinmirdi. Hətta özləri də hiss etmirdilər. Və bir gecə qadın doğacağını hiss etdikdə evini tərk etdi. Küçələrdə gəzən uşaq cəlladları onun hamilə olduğunu fərq etmədilər. Qadın evlərindən çox uzaqda olmayan bir mağaraya girdi və orada uşağını doğdu. Gəldiyinə peşman deyildi. Çünki doğulan uşaq oğlan uşağı idi. Aylar boyu sürən hamiləlik zamanında hiss etmədiyi sıxıntıları, uşağı doğarkən də hiss etmədi. Tək başına, kimsənin yardımına ehtiyac duymadan doğduğu körpəsini bükdü, əmizdirdi, mağaranın bir küncünə qoydu. Gücü çatdıqca mağaranın girişini bağlamağa çalışdı. İçini gəmirən min cür qorxu içində oradan ayrıldı.
Azər xanımının dönməsini həyəcanla gözləmiş və dərhal vəziyyəti sormuş, qadın da "ölü doğduğunu" demiş və məsələni müvəqqəti olaraq qapatmışdı.
O gündən sonra Azərin xanımının gündə bir dəfə də olsa evdən çıxması, mağaranın olduğu yerə gedib-gəlməsi kimsənin nəzərini cəlb etmədi. Yəqin ki, Uca Yaradan, hələ məmə əmməkdə olan sevimli elçisini qorumaq üçün insanların zehnini belə düşüncələrə dalmağa buraxmırdı. Adı anası tərəfindən İbrahim qoyulan bu uşaq bambaşqa bir yaradılışda idi. O, bir gündə bir aylıq məsafə almış kimiydi. Bir həftəsi tamam olanda sanki o da yeddi aylıq bir uşaq olmuşdu. Tez-tez barmağını ağzına alır və əmirdi, bu əmmək onu doyururdu. Doğrusu, bu uşaq bambaşqaydı, üzü sanki nurla suvanmışdı.
Artıq ananın nəfəsi genişlənmiş, könlünə rahatlıq gəlmiş, uşağının mənəvi qüvvələr tərəfindən qorunduğunu anlamışdı. Bu uşaq daş və torpaqdan ibarət olan mağarada ağlayıb-sızlamadan anasını gözləyir, bəzən barmağını ağzına alır, Uca Yaradanın bir ikramı olaraq qarnını doyururdu.
Çox sürətlə böyümüşdü. O ildə doğulan bir uşaq olduğunu anlamaq mümkün deyildi. Artıq onu mağaradan çıxarmaq olardı. Ana bir gün Azəri qarşısına oturtdu, olub-keçən hər şeyi bir-bir anlatdı. Uşağın təzə doğulan olduğunun hiss olunmadığını da söylədi. Azər çaşıb-qalmışdı. Bir oğlu olduğuna sevinirdi, amma başına bir bəla gələcəyi qorxusu ürəyini titrədirdi. Nəhayət, Azər gəldi, oğlu İbrahimi mağaradan çıxardı. Mağara həyatından başqa heç bir şeyi bilməyən İbrahim gördüyü əşyanı və heyvanları soruşur, adlarını öyrənirdi. Azər onun suallarına cavab verir, bu qoyundur, bu dəvədir, bu toyuqdur... deyirdi. Evə yaxınlaşdıqda, Azər bu uşaqdan heç gözləmədiyi bu sözlərdən diksindi: "Bunların mütləq bir yaradanı vardır" - deyirdi İbrahim.
Bax belə başladı Hz.İbrahimin ev həyatı. Bundan sonra o, büt düzəldən bir atanın övladı olaraq ortaya çıxacaq, o evin havasını alacaq, lakin o evin, o atanın tərbiyəsi ona təsir etməyəcəkdi...
Yəhudilərlə xristianlar öz aralarında mübahisə edirdilər. Yəhudilər Hz.İbrahimin yəhudi, xristianlar isə xristian olduğunu iddia edirdilər. Hər iki tərəf də iddialarını sübut etmək üçün dəlillər gətirməyə çalışırdı. Halbuki, Uca Yaradan Müqəddəs Kitabımız Qurani-Kərimin Ali İmran surəsinin 65 və 67-ci ayələrində bu mövzuya açıqlıq gətirir":Ey Kitab əhli! Nə üçün İbrahim barəsində çəkişirsiniz? Tövrat da, İncil də ondan sonra endirildi. Bunudamı anlamırsınız?" "İbrahim nə yəhudi, nə də xristian idi. O, hənif bir müsəlman idi, müşriklərdən deyildi." Yəni yuxarıdakı ayələrdə də bildirildiyi kimi, Hz.İbrahim nə yəhudi, nə də xristian ola bilərdi, çünki Tövrat da, İncil də ondan sonra nazil olub, hər iki din Hz.İbrahimdən sonra ortaya çıxıb.
Hz.İbrahim Tək Tanrıya ibadət edən bir hənif idi. Tanrı evi Kəbəni ucaldan, həcc ziyarətini ortaya qoyan bir müsəlman idi. Bu səbəbdən İslam mənbələri onu "Tanrının dostu" (Xəlilullah) şərəfinə yüksəldiblər. Bütün insanlar, hansı dinə mənsub olmalarına baxmayaraq, Hz.İbrahimin Hebrondakı məzarını birlikdə ziyarət edirlər. Yəni Tək Tanrıçılığı qəbul edirlər. Bu da bir həqiqətdir ki, bütün peyğəmbərlər Uca Yaradanın bir olduğunu təbliğ ediblər. Heç şübhəsiz, bir Yaradanın bir dini olar. Halbuki, bu gün dünyada sitayiş edilən dinləri saymaqla bitməz!?.
Hz.İbrahimin Azərbaycanla əlaqəsi haqqında müəyyən fikir irəli sürmək üçün əvvəl Oğuznamələrdə, türklərin mifologiyasında, qədim dil sənədləri və soy səcərəsində, o cümlədən Hz.İbrahimin atası Azərin adında və İbrahimoğullarında həmin əlaqəyə işıq tutan faktlardan bir qismini nəzərdən keçirək.
Oğuznamə müxtəlif variantlarda qələmə alınsa da, bəzi ümumi məqamları fərqlənmir və bu məqamlarda Oğuz xanla Hz.İbrahim arasında paralellik görünür. Belə ki, oğuz türklərinin patriarxı Oğuz xan obrazında Hz.İbrahimin cizgiləri var. Atası tərəfdən türklərlə bağlı olan Hz.İbrahim oğlanlarını türk ellərinə göndərdiyi kimi, Oğuz xan da həmin elləri bölüb oğlanlarına verir. Hz.İbrahim öz ölkəsindən çıxıb, yeni dini yaymaq üçün Şama köçür. Oğuz xan da Şamda olur, lakin o ora fateh kimi gəlir.
Hz.İbrahimin erkən yaşlarına aid bəzi əlamətlər Oğuz xanda təkrar olunur. Belə ki, hər ikisi illərlə deyil, günlərlə böyüyüb yetkinlik yaşına çatır və hər ikisi öz cəmiyyətinin dini inancını rədd edib Tək Tanrı inamına tapınır. Bu hadisədən ilk xəbər tutan onların anası olur. Hər ikisi bir dinin yolunda öz ataları ilə mübarizə edir: Oğuz Qaraxanı öldürür, Hz.İbrahim də nə qədər çalışırsa, atasını Tək Tanrı inancına döndərə bilmir, Azər bütpərəst olaraq ölür. Bu kontekstdə Hz.İbrahimlə Oğuz xan arasındakı oxşar cəhətlər, hər iki patriarxın öz cəmiyyəti arasında Tək Tanrı inancına ilk tapınan hənif olmaları, hər ikisinin də Şam şəhərinə təxminən m.ə.XVIII əsrdə (Oğuz zamanında) getməsi kimi məsələlər biri digərini təkrar edir.
Gəlin əsas mövzuya keçək, yəni Müqəddəs Kitabımız Qurani-Kərimin Ənam surəsinin 74-cü ayəsində ifadə edilən Azər adına. Öz-özümüzə sual verib cavablandıraq: Siz necə bilirsiniz bu ad kimə, hansı millətə aiddir? Bu ki aksiomadır, bu ad ancaq və ancaq Azəri türkünə aiddir. Yaxşı, bəs aran bölgəsi kimə, hansı millətə aid bir bölgədir? Bu da aydındır, yəni aran bölgəsi Azərbaycan bölgəsidir, yəni Azəri türkünə aiddir, doğrudur, Türkiyənin cənub bölgəsinin az bir sahəsi də aran adlanır. Ancaq dünyanın harasına getsəniz və Azər isminin kimə, hansı millətə aid olduğunu sorsanız, Azər isminin ancaq və ancaq bizim millətə aid olduğunu eşidərsiniz, deyilmi? Qəbul edirsinizmi? Siz gəlin indi məni dinləyin və ciddi-ciddi fikirləşin. Siz ki Uca Yaradanın buyruqlarına tam əməl edirsiniz və Müqəddəs dinimizə aid həqiqətləri dünya ictimaiyyətinə açıqlayırsınız, Uca Yaradanın Kəlamını təbliğ edirsiniz. Baxın, Uca Yaradan Ənam surəsinin 74-cü ayəsində: "Bir zaman Hz.İbrahim öz atası Azərə belə demişdi: "Doğrudanmı sən bütləri tanrılar qəbul edirsən? Mən səni və sənin camaatını apaçıq azmış görürəm". Yəni Hz.İbrahimin atasının adı Azər olub, bu ad isə ancaq və ancaq bizə, yəni Azəri türkünə aiddir! Bu sizə nə deyir?
Bəli, bəli Uca Yaradanın elçisi Hz.İbrahim əleyhissalam Azəri türkü olub! Yəni bizim millətin nümayəndəsi imiş. Mən bunu əminliklə iddia edir, Tanrı elçisini ehtiramla, göz yaşlarımla yad edirəm! Doğrudur, bəzi "elm adamları" və bəzi "ilahiyyatçılar" müxtəlif fikirlər irəli sürürlər!? Amma İbrahim əleyhissalamın atasının adını Azər kimi verən Uca Yaradanın Kəlamı Müqəddəs Qurani-Kərimə kim qarşı çıxa bilər?
Sevimli Peyğəmbərimiz Hz.Məhəmməd əleyhissalamın babası, peyğəmbərlərin atası, Uca Yaradanın dostu Hz.İbrahimə bitməz-tükənməz salamlar olsun!
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik"
- Tramp amerikalılara səsləndi
02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər
- İranlı deputat açıqladı…
02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi
- Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…
01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…
01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
- FOTO
01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…
01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...
01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...
01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- FOTO
01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz"
– Mətbuat Şurasının sədri
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər
- Körfəz ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ