Bazar ertəsi günü, 02 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Yusif Məmmədəliyev mənim haqqımda dedi ki, bu oğlanın böyük gələcəyi var"
Tarix: 29.04.2016 / 00:49
Bölmə: Gündəm
BDU rektoru böyük alimi fəxri fərmanla təltif edib
Professor Əsədulla Qurbanov 80 yaşa çatdı...
Müsahibimiz 80 yaşını tamamlayan, könlü ilkinliyində olan, keçmişini şirin-şirin dilə gətirməkdən doymayan, olduqca maraqlı həmsöhbət, professor Əsədulla Qurbanovdur. Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının professoru, "91-lər"in fəal üzvü, Azərbaycan Respublikası "İdeal Sülhün Təbliği Fondu"nun vitse-prezidenti, beynəlxalq sülh səfiri Ə.Qurbanovun 80 yaşı aprelin 28-də tamam oldu.
Qeyd edək ki, Ə.Qurbanov "Azərbaycan kəndlisinin şüurunda sekulyarlaşmanın xarakterik xüsusiyyətləri" (Şəki-Zaqatala zonasının materialları əsasında) mövzusunda namizədlik, "Milli və millətlərarası münasibətlər kontekstində sekulyarlaşmanın xarakterik xüsusiyyətləri" (Azərbaycan Respublikasının materialları əsasında) mövzusunda doktorluq işi müdafiə edib. Din, o cümlədən islam dini, habelə müqəddəs Quran haqqında elmilik, obyektivlik və dünyəvilik baxımından tezislərin, 5 monoqrafiyanın və müxtəlif kitabların müəllifidir. "Bakı-Xəbər"in yaxın dostu, görkəmli elm xadimi Ə.Qurbanovla redaksiyamızda görüşdük.
- Əsədulla müəllim, 80 yaşınızın işığında sizi xoş gördük. Balakən rayonunun Katex kəndindən başlanan yollar sizi arzularınıza qovuşdura bildimi?
- Həmişə həqiqəti deməyi çox sevirəm, ancaq düz danışmağım bəzən mənə problem yaradıb.
- Sözsüz ki, həqiqətin yolu həmişə daşlı-kəsəkli olub...
- Baharda Balakənin Katex kəndində dünyaya gəlmişəm. Mənim üçün kəndim dünyanın paytaxtıdır. Bizim oba, diyar, kənd Baş Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir. Kəndimizin əsl adı Gədikdir. Sonradan assimilyasiyaya uğrayaraq Katex olub.
- Gədik halal türk mənşəli sözdür.
- Bəli. Biz oğuz türkləriyik. "Ərzurumun gədiyinə varanda" misrasını xatırlayırsız yəqin ki... Bədii əsərlərim-şeirlərim, nəsr əsərlərim Əsədulla Gədikli imzası ilə çap olunub. Gəncliyimdə daha çox şeirlər yazmışam, dram əsərlərim də var. Bizim kənd vüqarlı dik başını, enli kürəklərini Qafqaz sıra dağlarının cənub ətəyində sıldırım qayalara söykəyib. Bizim insanların da vüqarı bu qayalar kimi qürurludur. Ümumiyyətlə, bədii ifadələrlə danışmağı sevirəm: əlimi o dağların cənub ətəyində salxım söyüdlərin altındakı Beşbulağa, ayaqlarımı da iki qardaş ölkənin- Gürcüstan və Azərbaycanın arasından keçən Qanıx və Alazan çaylarına, sol əlimi də Gədik dağ çayına uzatmışam. Bax beləcə mən o gözəl diyarda dünyaya gəlmişəm.
- Necə bir ailədə doğulub boya-başa çatmısınız?
- Valideynlərim sıravi kolxozçu olub. Təəssüflər olsun ki, atamın üzünü görməmişəm. Mən iki aylıq körpə olarkən o, vəfat edib. İki böyük qardaşımı isə müharibəyə yola salmışıq qayıtmayıblar, onları da İkinci Dünya Müharibəsi əlimdən alıb, anamı isə gəncliyimdə itirmişəm. Çox çətinliklərlə qarşılaşmışam. Ernst Telman adına 1 nömrəli orta məktəbdə oxumuşam, burada müxtəlif xalqların nümayəndələri oxuyurdu. Dərslər Azərbaycan dilində keçilirdi. Bizim məktəbin ilk direktoru Abdulla Nəbizadə olub. O, 1914-cü ildə kənddə ilk dəfə öz evində məktəb açmaq təşəbbüsü irəli sürüb və məktəbi açıb. 2014-cü ildə Gədik kənd orta məktəbinin 100 yaşı tamam oldu, lakin təəssüf ki, yubiley keçirilmədi. Bizim məktəbdə azərbaycanlılarla yanaşı, başqa xalqların da nümayındələri oxuyub. Onların arasından bir sıra görkəmli sərkərdələr, elm xadimləri, professorlar, digər sahələrin mütəxəssisləri çıxıb, onların bir qismi başqa xalqların nümayəndəsidir. İndi bu insanlar dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir. Gədik kəndi multikultural bir məkandır. Onu da vurğulayım ki, Dağıstanın prezidenti Ramazan Abdullətifov bizim məktəbin yetirməsidir. Kəndimiz tarixi bir kənddir, çox istəyirəm ki, onun adı həmişə çəkilsin. Gədiyin 12 min əhalisi olub.
Burada oğuz türkləri çoxluq təşkil edir. Kəndimizdə avar və ləzgilərin çox olmasının səbəbi onunla bağlıdır ki, o vaxt Şeyx Şamil Gürcüstana gedəndə onun ətrafındakılar Dağıstandan bura gəlib və buradakı ab-havanı görüb geri qayıtmayıblar, Gədikdə özlərinə yurd-yuva qurublar. Böyük fransız yazıçısı Aleksandr Düma xan qızı Xurşudbanu Natəvanla görüşdükdən sonra Tiflisə gedir, yolüstü bizim kənddə faytonu saxlayır. Camaat onun başına toplanır, o, ətrafa göz gəzdirib görür ki, burada başında buxara papaq, əynində qəlfeyi şalvar, ayağında xrom çəkmə olan bir kişi var. Düma tərcüməçiyə deyir ki, get o kişidən soruş papağını, şalvarını, çəkməsini neçəyə verir, pulunu verim alım. Həmin adam Ramazan Xəlilov adlı kişi olub. O, tərcüməçiyə deyib ki, qonağa şalvarımı da, çəkməmi də hədiyyə verərəm, ancaq papağımı heç vaxt vermərəm, papaq bizdə kişinin namusudur. Lermontov da bizim kənddə olub. Gədik olduqca tarixi bir kənddir, bura əsl multikulturalizm məkanıdır.
- Multikultural mədəniyyətin kiçik modeli olan Gədikdə insanlar bu mehribanlığa necə nail olub?
- Gədikdə bol su, münbit torpaq, yaşıl ormanlar, gözəl təbiət var, burada insanın yaşaması üçün nə lazımdırsa, hamısı mövcuddur. Bu səbəbdən də ora gələn getmək istəməyib, əbədi olaraq qalıblar. Oğuz türkləri həm təmiz olublar, həm də qonaqpərvər, mehriban. Sayca ikinci çox millət avarlardır. Burada ləzgilər, udinlər, ingiloylar (bunlar islamı qəbul edən gürcülərdir-Ə.Q) və başqa xalqlar yaşayır. Gədik əsl multikultural diyardır. Biz başqa xalqlarla qaynayıb qarışmışıq, qız alıb, qız veririk bir-birimizə. Çox mehriban olmuşuq. Heç vaxt etniklərlə bizim aramızda mübahisə olmayıb, qardaş kimi yaşamışıq. İndi də onlardan bəziləri mənə deyir ki, ağsaqqal, biz Azərbaycanı, bu Vətəni, bu kəndi heç də sizdən az istəmirik. Bilirsinizmi, Gədiyin nə qədər övladı Qarabağda şəhid olub, onlar canlarını Vətən uğrunda qurban veriblər.
- 80 yaş indiki durumla müqayisədə böyük yaşdır. Maşallah, gümrahsınız, işdən-gücdən əliniz soyumayıb, yazıb yaratmaqda davam edirsiniz. Yəqin ki, gümrahlığınızın səbəbini yenə də bağlı olduğunuz kəndlə bağlayırsınız.
- O mikro mühitdə ki, mən yaşamışam, orada insanlar bir-birilə çox mehriban, çox səmimidır. Fərqi yoxdur, avar, lak, ləzgi, saxur, ingiloy, udin olsun - hamı mehribandır. Bu sağlam mühit dünən də belə idi, bu gün də belədir, şübhə etmirəm ki, gələcəkdə də belə olacaq.
- Kasıb bir kolxozçu övladı bu gün nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda tanınan bir alim, professordur. Bakıya necə gəldiniz?
- Orta məktəbdə oxuyarkən maddi vəziyyətimiz könülaçan olmadığı üçün kolxozda da işləyirdim. Özüm də yaxşı işçi olmuşam. İki arabam vardı, birinə kəl qoşurdum, o birinə isə öküz. Kəl arabası ilə ağır işlərə gedirdim, öküz arabası ilə isə yüngül işlərə gedirdim. Orta məktəbdə pis oxumamışam, özüm də komsomol katibi olmuşam. Bakıya gələn gün də arabaları hazırladım, çəkdim ağıla, baltamı, dəhrəmi, xurcunumu da qoydum içinə. Dedim ki, yəqin briqadir məni işə çağıracaq. Bir heybəm, xurcunum da vardı, onun içinə kitab yığırdım. Yola düşəndə kitab dolu xurcunumu çiynimə alıb qonşunun çəpərindən adlayıb Yevlax yoluna çıxdım, yol maşını ilə Yevlaxa gəldim. Bakıya gəlmək üçün qatara bilet almamışdım, vaqon bələdçisinə dedim ki, məni qaldır yuxarıya, orada gedim heç olmasa, dedi ki, birdən qəza olar, "narahat olma yatacağam" dedim. Bu minvalla Bakıya gəldim. Burada heç kəsim yox idi, sənədlərimi o vaxtkı APİ-nin filologiya fakültəsinə verdim. Hadisə indiyə qədər də yadımdadır. 1954-cü il idi. Yazılı imtahanda mövzu Cəfər Cabbarlının yaradıcılığında sosializm realizminin inikası" idi. Yazdım. Yanımda yaşlı bir kişi oturmuşdu, xahiş etdi ki, səndən köçürüm, etiraz etmədim, köçürdü. Köçürmənin nəticəsini düşünmədim heç. Ancaq şifahi imtahana gedəndə mənə dedilər ki, bu adamdan köçürdüyünüzə görə iki alırsınız, o isə beş almışdı. Çıxılmaz vəziyyətə düşdüm. İmtahanlar qurtarmışdı, kəndə qayıtmağa üzüm yox idi, bilmirdim nə edim. 2 saylı texniki peşə məktəbinə qəbul olundum, orada oxuyanlara paltar, yemək, qalacaq yer, hər şey verirdilər. Konpressor-nasos üzrə oranı bitirdim, diplom aldım, məni indiki Neftayırma zavoduna işə göndərdilər. Orada işə başladım, amma oxumaq istəyirdim, birtəhər özümü toparlayıb sənədlərimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə verdim, imtahanın hamısından beş almışdım, bircə axırıncı imtahandan 2 almışdım. O vaxt rektor akademik Yusif Məmmədəliyev idi və qəbul olundum. Universitetdə Ramiz adlı oğlan işləyirdi, ondan xahiş etdim ki, məni rektorun yanına aparsın, apardı da. Yusif müəllim məni dinlədi və tapşırıq verdi ki, istisna hal kimi məndən imtahan götürsünlər. Yusif Məmmədəliyev dedi ki, bu oğlanın böyük gələcəyi var.
- Mərhum akademikimiz yanılmayıb...
- Tələbə vaxtı çox fəal idim. Bir sıra ictimai işlərdə çalışırdım, universitet qəzetində fəaliyyət göstərirdim. Universitetdə "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı qəzeti çap olunurdu. Mən də orada işləyirdim. 1957-ci ildə bir hadisə baş verdi və mən onu indinin özündə də xatırlayıram.
Redaktor mənə tapşırdı ki, tarix fakültəsində yaxşı oxuyan tələbələrdən müsahibə götür. Tarix fakültəsinin dekanından razılıq aldım. Mənə dedilər ki, 5-ci kurs tələbələri var, qiyabiçilərdir, 106-cı otaqda dərsdədirlər, orada akademik Aslan Aslanov dərs keçirdi. Zəng bayıra vurulanda məqsədimi Aslan müəllimə dedim. Dedi ki, uzağa getməyək, Heydər Əliyevdən müsahibə götür. Mən onda onu tanımırdım, Aslan müəllim dedi ki, Heydər Əliyev əla tələbədir. Söhbət əsnasında ondan soruşdum ki, siz fəlsəfi fənlərdən hansını daha çox sevirsiniz? Dedi estetikanı. Səbəbini soruşduqda cavab verdi ki, Aslan müəllim estetikanın incəliklərini bizə elə öyrədib ki, həm müəllimimə, həm də o fənnə vurğunam.
- Beynəlxalq sülh səfirisiniz. Ümumiyyətlə, mütləq sülhə nail olmaq mümkündürmü?
- Bütün müharibələrin sonu sülhlə nəticələnib. Ancaq bizim nankor qonşumuz arxalıdır. Onlara dəstək verən, havadarlıq edənlər olmasaydı, inandırım sizi, aprelin əvvəlində baş verən 4 günlük müharibə zamanı biz artıq İrəvanda olardıq. Sülhün alternativi yoxdur. Əgər şimal qonşumuz bizə macal versə, hər şey başqa cür olar. Sağlıq olsun, güman edirəm ki, xalqımızın iradəsi, möhtərəm Prezidentimizin atdığı addımlar bizə uğurlar gətirəcək. Halal olsun müdafiə nazirimiz Zakir Həsənova. Bədnam qonşumuz sülh istəmir, amma bütün bəşəriyyətin arzusu, istəyi sülhdür. Möhtərəm Prezidentimizin, xalqımızın iradəsi ilə biz torpaqlarımızı geri qaytara biləcəyik, qələbə bizim olacaq. İslam dininin də əsas qayəsi sülhdür, barışdır.
- Çox kitablar yazmısınız...
- Bəli, kitablarım çoxdur. Mən bu gün varam, sabah yoxam, araşdırdığım mövzular, dinimizlə bağlı məlumatlar, islami maarifləndirmə işi xalqımıza, dövlətimizə lazımdır. Mənim məqsədim, qayəm xalqa, dövlətə, vətənə xidmət etməkdir. Bu mənim prinsipimdir və sadaladıqlarıma hər zaman sadiqəm. Budur idealım, nə qədər canımda can var, onları başqa bir məfhumla əvəz edə bilmərəm.
- Ailəniz haqqında da danışmağınızı istəyirik...
- Mən ilk növbədə millətimə, dövlətimə, eyni zamanda da həyat yoldaşıma borcluyam. O olmasaydı, mən bu əsərləri yaza bilməzdim. O mənə 4 övlad, 8 nəvə verib. Yoldaşım müəllimə olub, indi təqaüddədir. Övladlarımla bir yerdəyəm.
- 80 illik yubileyiniz qeyd ediləcək yəqin ki?
- Hörmətli rektorumuz Abel Məhərrəmov aprelin 6-da elmi şurada məni səhnəyə dəvət etdi və fəxri fərman verdi, təbrik etdi. Dedi ki, darıxmayın, sizin yubileyinizi respublika səviyyəsində qeyd edəcəyik. Mən hazırda Bakı Dövlət Universitetində işləyirəm, islamşünaslıq elmi-tədqiqat mərkəzində fəaliyyət göstərirəm, məni ora ulu öndər qoyub.
O vaxt mən ona bir məktub göndərmişdim, həmin məktubu oxuyandan sonra bu mərkəzin yaradılması ilə bağlı tapşırıq verdi və hazırda o mərkəz fəaliyyət göstərir.
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik"
- Tramp amerikalılara səsləndi
02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər
- İranlı deputat açıqladı…
02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi
- Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…
01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…
01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
- FOTO
01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…
01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...
01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...
01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- FOTO
01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz"
– Mətbuat Şurasının sədri
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər
- Körfəz ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ