Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində "Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi" mövzusunda komanda-qərargah təlimi keçirilib.