"Ermənistan müdafiə naziri Seyran Ohanyanın Moskvada təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxışı erməni tərəfinin öncədən hazırlanmış təxribatıdır. Məqsəd beynəlxalq tədbir iştirakçılarının diqqətini münaqişə zonasında baş verənlərə cəlb etməkdir”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyevin Ermənistan müdafiə nazirinin Moskvada keçirilən beynəlxalq konfransda təxribat xarakterli çıxışına cavabında deyilir.