Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü tamam olur. Trend-in məlumatına görə, bu münasibətlə Səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyublar.