"Ən-Nüsra cəbhəsi” terrorçu təşkilatı ötən gün Hələbin yaşayış məntaqalarini minaatanlar və raket atəşinə tutub.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, nəticədə sutka ərzində 12 nəfər həlak olub, daha 2 nəfər isə snayperlə öldürülüb.
"Ən-Nüsra Cəbhəsi” atəşkəs rejimini yenə pozaraqHələbin Miridian rayonunu raket atəşinə məruz qoyub. Nəticədə, iki nəfər ər-arvad olmaqla, ümumilikdə 12 nəfər həlak olub, 40 nəfər isə yaralanıb" – agentliyə yerli hərbi mənbələrdən bildirilib. Mənbənin səzlərinə görə, Suriya ordusu cavab atəşi açaraq terrorçuların "Cəhənnəm” adı verdikləri əldədüzəlmə raket və minaatanını məhv edib.
Xatırladaq ki, bazar ertəsi terrorçular Hələbə 300-ə yaxın əldədüzəlmə raket və minaatan gətirib və bu zaman 10 nəfəri öldürüb.