Bazar ertəsi günü, 02 noyabr 2026
     

Qarabağ məsələsilə bağlı Azərbaycanın haqlı mövqeyi Qlobal Bakı Forumunda…

Image


"Bu gün Ermənistanın Azərbaycana ehtiyacı böyükdür. Ən azı, bu regionda Ermənistan Azərbaycanla dost olmadan uzun müddət rifah içərisində yaşaya bilməz". Trend-in məlumatına görə, bunu Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində təşkil olunan "Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar" 2-ci plenar iclsında çıxışı zamanı bildirib.

Sabiq nazir bildirib ki, Ermənistan əhalisi keçmişdə olduğu kimi, Azərbaycana dost olmalıdır: "Hər kəs yaxşı bilir ki, Ermənistan əhalisi müharibə istəmir, müharibəni istəyən millətçi erməni şovinistləri və onları himayə edən xarici dairələrdir. Ona görə də Ermənistan əhalisi maksimum çalışmalıdır ki, Azərbaycanla kompromisə gəlsin".

Onun fikrincə, təkcə Ermənistana qalsaydı, onlar çoxdan Azərbaycanla mehriban yaşayardı: "Ancaq Dağlıq Qarabağ münaqişəsi Ermənistanın maraqları çərçivəsində deyil. Ermənistan rəhbərliyi Moskvadan və Parisdən aldığı göstərişlərlə hərəkət edir. Ona görə də münaqişə indiyədək həll olunmamış qalır".

E.Bağış qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti sıfırdır: "Hesab edirəm ki, münaqişənin tezliklə həll üçün ABŞ, Fransa və Rusiya rəhbərlikləri səyləri artırmalıdır".

Sabiq nazir deyib ki, son illər Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuz qazanır: "Bu gün Azərbaycan təkbaşına özünü saxlayan müstəqil dövlətə çevrilib. Ancaq bunu Ermənistan haqqında söyləmək mümkün deyil. Çünki Ermənistan hələ də başqa dövlətlərdən asılıdır".

İclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verən İspaniyanın keçmiş xarici işlər naziri Migel Anxel Moratinos da münaqişənin həll edilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, artıq Dağlıq Qarabağ münaiqşəsinin həll edilməsinin zamanı çatıb: "Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün legitim hüququ var".


Fuad Muradov: "Azərbaycan gənclərin cəmiyyətin bütün sferalarında fəaliyyətlərinin təmin olunması üçün hər şəraiti yaradıb”

"Bütün cəmiyyətlərdə gənclərə verilən qiymət deyərdim ki, gənc nəslin özünə əminlik yaradır. Azərbaycan dövləti gənclərin cəmiyyətin bütün sferalarında fəaliyyətlərinin təmin olunması üçün hər şəraiti yaradıb". Bunu Azərbaycan Respublikası Parlamentinin Gənclər və idman komitəsinin sədri Fuad Muradov BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində "Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu" mövzusunda keçirilən paneldə səsləndirib.

F.Muradov qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq uzun illərdir sivilzasiyalararası dialoq sahəsində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Həmçinin Azərbaycanın multukulturalizm modelinin təbliği istiqamətində də Fondun dünyaya verdiyi töfhələr böyükdür. Məhz elə bu mühüm Qlobal Forumun Azərbaycanda keçirilməsi buna əyani sübutdur.

Deputat bildirib ki, statistik göstəricilərə görə, Azərbaycan əhalisinin 28 faizini gənclər təşkil edir: "Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin etmək məqsədilə dövlət gənclər siyasəti hazırlanıb və müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapır ki, burada da gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı, həmçinin gənc ailələrə dövlət yadımı nəzərdə tutulub. Ölkəmizdə 1997-ci ildən etibarən "Gənclər günü" qeyd edilir. Bu da biz gənclərin həyatında mühüm, əlamətdar hadisədir. Bir sözlə, onu ifadə etmək istərdim ki, Azərbaycan hökuməti daima gənclərin yanındadır, onların problemlərinin həlli üçün çalışır, cəmiyyətə inteqrasiyası üçün əlindən gələni edir. Prezident İlham Əliyevin bu yöndə sərəncamları, fərmanları hər bir gənc tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir".

Fuad Muradov həmçinin onu da diqqətə çatdırıb ki, erməni qəsbkarları 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü pozub və sülhün bərqarar olmasına mane olur: "Biz çalışırıq ki, öz haqq səsimizi dünya ölkələrində eşitdirək və torpaqlarımızın azad olunması üçün dünya birliyinin dəstəyini qazanaq. Belə olan təqdirdə beynəlxalq layihələrdə iştirakımızı daha da gücləndirmiş olarıq".


Əli Həsənov: "Ermənistan mediası hadisələri ölkə rejiminin fəaliyyətinə uyğun işıqlandırır”

"20 ildən artıqdır ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirmir. Yəni əgər bir ölkə dünya müdiriyyətinin qəbul etdiyi qətnamələri yerinə yetirmirsə, həmin ölkənin jurnalistikasının qarantiyası varmı ki, vahid standartdan çıxış edərək obyektiv münasibət bildirəcək? Onlar hadisələri Ermənistan rejminin fəaliyyətinə uyğun işıqlandırır".

Bunu isə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr" mövzusunda sessiyada çıxışı zaman deyib.

Ə.Həsənov bildirib ki, nə qədər ki, dünyada jurnalistikanın vahid davranış kodeksi müəyyən olunmayıb, jurnalistika subyektiv maraq dayıcısı olmaqda davam edəcək.

Ə.Həsənov qeyd edib ki, biz bu gün müstəqil jurnalistikadan danışsaq da, transmilli və digər media orqanları sahibkarlıq, sosial, mili maraqların daşıyıcısıdır: "Postsovet məkanıındakı münaqişələrdə bu, özünü göstərir. Bu gün Suriyada baş verənlərə baxın. Qərb mediasında təqlimat belədir ki, Bəşər Əsəd xalqına qarşı qətliam aparır, ona qarşı mübarizə aparılır. Yaxud Ukraynada baş verənlərlə bağlı Ukrayna və müxtəlif ölkələrin jurnalistikası müxtəlif cür yanaşır. Nə qədər ki, vahid jurnalistika kodeksi qəbul edilməyib, beynəlxalq səviyyədə qəbul edilməyib, bu vəziyyət belə də qalacaq".

Ə.Həsənov bildirib ki, Azərbaycan tolerant cəmiyyətdir və bunu da təbliğ edirik: "Ancaq dünən Ermənistan mediası Azərbaycanda qəbul edilən Bakı Bəyannaməsini qəbul etməməyə çağırdı. Ona görə də elə etmək lazımdır ki, BBC, CNN və Azərbaycandakı media orqanında çalışan jurnalistlər vahid prinsipdən, kodeksdən məsələlərə yanaşsınlar. Düşünürəm ki, bu tədbirdən sonra Azərbaycan jurrnalistikası Forumda təbliğ edilən ideyalardan istifadə edəcək. Azərbaycan bəşəri ideyaların, plüralist medianın yayılmasının tərəfdarıdır".

Ə.Həsənov bildirib ki, zorakılığı törədənlərin qanunlardan qaçmaq imkanı olmamalıdır.

PA rəsmisi bildirib ki, bəzən inkşaf etmiş ölkələrdə, tutaq ki, ABŞ-da zorakılığı törədən gənc məşhur olmaq üçün bunu törədir: "Məsələn, bu yaxınlarda ABŞ-da bir gənc məktəbdə 20 nəfəri öldürdü, məqsədinin də məşhur olmaq olduğunu bildirdi. Biz dövlət rəsmiləri olaraq çalışırıq ki, belə pis nümunələr cəmiyyətdə yayılmasın".


BMT-nin ali nümayəndəsi: "Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib”

Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib. Bunu isə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində panel müzakirələrində deyib.

O, Azərbaycanın inklüziv dünyanın yaradılması üçün etnik müxtəlifliyi seçməsini alqışladığını bildirib: "Beynəlxalq ictimaiyyət Azərbaycanın təcrübəsini öyrənməlidir".

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Katibi Əbdüləziz bin Osman əl-Tüveyrci isə deyib ki, dialoq sülhə nail olmağın ən təhlükəsiz yoludur: "Fəxr edirəm ki, Bakı prosesinin hissəsiyəm. Dini, mədəni, dil fərqi bizi ayırmalı deyil, əksinə birləşdirməlidir".


Əbülfəs Qarayev: "Bakı prosesi” artıq diplomatik termin kimi dünya səviyyəsində qəbul olunub”

Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə 7-ci Qlobal Forum çərçivəsində "Bakı prosesi: Qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavab” adlı panel müzakirəsi zamanı bildirib ki, "Bakı prosesi” diplomatik termin olaraq artıq dünya səviyyəsində qəbul olunub.

"Bakı prosesi müvəqqəti baxış deyil. Azərbaycanda hər 8-ci vətəndaş məcburi köçkün statusu alıb. Böyük çağırış və problemlərə məruz qalıb. Lakin artıq bu, keçib və tarixə çevrilib. Biz bunu bölüşməyə hazırıq. Azərbaycan mədəniyyətinin yeni vizyonunu artıq dünyaya nümayiş etdirmişik. Biz Azərbaycan məsuliyyəti ilə fəxr edirik. Düşünürük ki, bu hisslər dünya ilə paylaşılmalıdır və bu, mədəniyyətlərarası dialoqun bir hissəsidir. Əlimizdən gələni etməliyik ki, mədəniyyət təşviq olunsun”.

BMT Sivilizasiya Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl Naser isə bildirib ki, 2008-ci ildən başlayan "Bakı prosesi” konstruktuv məhsuldarlıq, tolerantlıq, qarşılıqlı anlaşmanın təşviqi baxımından böyük prosesidir: "BMT Sivilizasiya Alyansı bu cür təşəbbüsləri dəstəkləyir. Azərbaycan multikulturalizmi dövlət siyasətinə çevirib. Biz multikulturalizmi öz cəmiyyətlərimizdə tətbiq etməliyik”.

İSESCO-nun baş katibi Əbdüləziz əl Tüveycri isə deyib ki, insanları bir araya gətirməklə, problemlər çözülə bilər: "Bundan sonra qarşılıqlı anlaşma əsasında münasibətlərimizi qura bilərək. Biz bir bəşəriyyətin övladlarıyıq. İrq və din bizə baryer yaratmamalıdır, əksinə aramızda körpü rolunu oynamalıdır. Mən İSESCO-nun bu prosesə dəstəyini bir daha ifadə etmək istəyirəm”.

Panelin digər iştirakçısı "Global Compas” təsisçisi və baş icraçı direktoru Kristof Bas isə hər zaman insanlarla danışmağa, ünsiyyətə meylli olmağın vacibliyini vurğulayıb: "İnsanlar buna bir qədər çəkinərək yanaşırlar. Biz insanlar arasında olan anlaşmanı təbliğ etmək istəyiriksə, lider və rəhbərlik tərəfdən ismarış olmalıdır. Burada vətəndaş cəmiyyəti və iş adamlarının da aktivliyi olmalıdır”.

Öz növbəsində UNESCO-nun Mədəniyyətlərarası dialoq departamentinin direktoru Belinda Peris "Bakı prosesi” ilə bağlı bəzi təkliflər verib: "Bu forumda dünyada nə baş verdiyi barədə danışırdıq. Zorakılıqlar baş verir, terror hadisələr törədilir. Bunlar qorxu yaradır və biz bu fenomenlərə qarşı mübarizə aparmalıyıq. Eyni zamanda keyfiyyətli təhsil, iqtisadi problemlər, şəxsi ləyaqətə hörmət məsələlərini həll etməliyik. Bütün bunlar bir-biri ilə bağlıdır. "Bakı prosesi” qlobal və uğurlu platformadır, uğurla fəaliyyət göstərir və yeni imkanlar təqdim edir”.


Fransalı siyasətçi: "Bakı sivilizasiyalararası forumların keçirilməsi üçün yaxşı bir məkana çevrilib”

Bakı sivilizasiyalararası və mədəniyyətlərarası forumların keçirilməsi üçün yaxşı bir məkana çevrilib. Bunu isə Forumun Fransadan olan iştirakçısı Jan Pyer Lekoq deyib. O bildirib ki, Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada birgəyaşayışın təşviq olunmasına mühüm töhfə verir.

Fransalı siyasətçi bildirib ki, Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir: "Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlərin nümayəndələri, o cümlədən müsəlmanlar, xristianlar, yəhudilər birgə işləyir və sülh şəraitində yaşayırlar. Bu baxımdan Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunədir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ