Düşmən dinc sakinləri atəşə tutmaqda davam etsə, onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq. Trend-in məlumatına görə, Müdafiə Nazirliyi Azərbaycan silahlı bölmələrinin işğal atındakı yaşayış məntəqələrini atəşə tutması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin guya ermənilərin dinc sakinlərini atəşə tutması barədə düşmən mətbuatında yayılan informasiyalar kökündən yalandır.