Bazar ertəsi günü, 02 noyabr 2026
     

Prezident İlham Əliyev BMT Sivilizasiyalar Alyansının tarixi mənşəyini maraqlı şərh etdi...

Image


"Bakıda Qlobal Forumun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq dəyərlərinin irəliləməsinin əlamətidir"

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinin əlamətidir. "Trend"in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında deyib.
Prezident İlham Əliyev Forum iştirakçılarını salamlayıb, xüsusilə də Alyansın qurucu-atalarına təşəkkürünü bildirib.
Dövlət başçısı deyib: "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirmək bizim üçün böyük fəxrdir. Biz bunu fəaliyyətimizə və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinə etirafın əlaməti qismində nəzərdən keçiririk".
İlham Əliyev qeyd edib: "Mən Alyansın qurucu-atalarına - Türkiyə və İspaniyaya, Prezident Ərdoğana, keçmiş baş nazir Sapateroya 10 ildən artıq müddətdir olan bu fövqəladə vacib təşəbbüsə görə öz təşəkkürümü bildirmək istərdim".
Azərbaycan Prezidenti əlavə edib ki, beynəlxalq birlik tərəfindən dəstəklənən Alyansın yaradılması ideyası siyasətçilər - Prezident Ərdoğan və keçmiş Baş nazir Sapateronun müdrikliyinin göstəricisi olub: "Mən, həmçinin, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirə rəhbərliyinə, sülh, həmrəylik və dostluq dəyərlərinə verdiyi töhfə və irəliləyişə görə öz təşəkkürümü bildirmək istərdim".
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Sivilizasiyalar Alyansının vacib məsələlərini həll etmək üçün 140-dan artıq ölkə nümayəndəsinin Bakıda toplaşmasına görə fəxr edir: "Dini tolerantlıq, multikulturalizm həmişə burada olub. "Multikulturalizm" sözü yox idi, lakin ideyalar həmişə mövcud olub".
Prezident əlavə edib ki, bunun nəticəsində Azərbaycan hazırda bütün dinlərin və etnik qrupların nümayəndələrinin ləyaqət hissi və dinc yaşadıqları çoxmillətli, çoxkonfessiyalı ölkədir: "Bu bizim ən böyük töhfələrimizdən biridir. Və biz müxtəlif mədəniyyətlərin nümunələrinin yaradılmasını əks etdirən tarixi abidələrimizlə fəxr edirik".
İlham Əliyev xatırladıb ki, 743-cü ildə inşa edilmiş dünyada ən qədim məscidlərdən biri Azərbaycanın Şamaxı şəhərindədir.
Dövlət başçısının sözlərinə görə, Qafqazda ən qədim kilsələrdən biri, qədim Qafqaz Albaniyası dövlətinin kilsəsi də Azərbaycanda, digər qədim şəhərin yaxınlığında - Şəkidə yerləşir.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan hökuməti məscidlərin, pravoslav və katolik kilsələrin, sinaqoqların inşası və yenidən qurulmasına investisiya qoyur: "Bu bizim siyasətimizdir və bu bizim həyat tərzimizdir. Uzun əsrlər boyu Azərbaycan ölkədə siyasi və ya sosial vəziyyətdən asılı olmayaraq, bu sərvəti qoruyur".
Prezident əlavə edib ki, Azərbaycan müstəqil ölkə kimi nisbətən gənc dövlətdir, onun cəmi 25 yaşı var, lakin ölkə özünün dərin tarixi və mədəni kökləri ilə qədimdir.
Dövlət başçısı bildirib: "Multikulturalizm bizim üçün dövlət siyasətidir. Biz bu vacib məsələnin nəzərdən keçirildiyi müxtəlif tədbirlər təşkil edirik. Azərbaycanda hər iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin Bakı Beynəlxalq Humanitar Forumu mütəmadi olaraq keçirilir".
Prezident İlham Əliyevin sözlərinə görə, əsas ideya müxtəlif din nümayəndələrini bir araya toplayaraq onlar arasında daha dərin anlaşma yaratmaqdır.
Dövlət başçısı, həmçinin, Azərbaycanda Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyini xatırladaraq, burada dinlərarası dialoqun mühüm məsələlərinin müzakirə olunduğunu qeyd edib: "Düşünürəm ki, bu gün bu, gündəlikdə duran ən vacib mövzulardan biridir".
İlham Əliyev deyib: "Təəssüf ki, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı məkanında bəzi çox həyəcanlı tendensiyalar görürük. Biz etnik və dini zəmində münaqişələr, toqquşmalar görürük".
Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bu çox təhlükəli tendensiyadır: "Düşünürəm ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu məsələlərə baxılacaq ki, bu da həmrəylik, sülh, qarşılıqlı anlayışa və tərəfdaşlığa xidmət edəcək".
İlham Əliyev bildirib: "2008-ci ildə artıq beynəlxalq dialoq üçün geniş platformaya çevrilmiş Bakı prosesinə təşəbbüs göstərdik. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biridir. Beləliklə, 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin görüşünə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini də dəvət etdik".
Prezident bildirib ki, ilk dəfə bu iki təşkilatdan dünyanın 100-dən çox ölkəsinin mədəniyyət nazirləri Bakıya toplaşdılar: "Növbəti 2009-cu ildə biz Bakıda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin görüşünü keçirdik və Avropa Şurasının mədəniyyət nazirlərini dəvət etdik".
İlham Əliyev deyib: "Bu, Bakı prosesi adlandırıldı və biz çox fəxr edirik ki, hazırda bizim qədim şəhərimizin adı müsbət təşəbbüs ilə assosiasiya olunur".
Azərbaycan Prezidenti əlavə edib ki, bu proses genişlənərək getdikcə daha çox tərəfdar qazanır: "O, həmrəylik, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq işinə öz töhfəsini verən qlobal təşəbbüsə çevrilir. Azərbaycanın coğrafi mövqeyi məlumdur və bizim təşəbbüslərimiz mədəniyyətlər, sivilizasiyalar arasında körpü qismində, qarşılıqlı anlayış işinə daha böyük töhfə verə bilən və verməli olan ölkə qismində ölkəmizin mövqelərinin möhkəmlənməsinə istiqamətlənib".
Azərbaycan Prezidenti xatırladıb ki, ötən il Bakı İlk Avropa Oyunlarını keçirmək şərəfinə nail oldu, gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək.
Dövlət başçısı qeyd edib ki, bununla da, bu iki il ərzində eyni şəhərdə həm Avropa idmançıları, həm də İslam dünyasının idmançıları çıxış edəcək: "Bu təkcə idman və medalların qazanılmasından ibarət deyil. Bu, dostluq, qarşılıqlı anlayış, həmrəylik, əməkdaşlıqdır".
İlham Əliyev bildirib: "Bölüşdürülməli heç nə yoxdur. Biz hamımız bir planetdə yaşayırıq, bütün insanlar ləyaqət hissi ilə, dinc, təhlükəsiz yaşamaq, uşaq böyütmək, öz ailələrini qorumaq istəyirlər. Bütün dinlər eyni dəyərlər - humanizm, mərhəmət, həmrəylik, sülh - tərəfdarıdırlar. Dünyanın etməli olduğu səylərimizi birləşdirməkdir".
Azərbaycan Prezidentinin sözlərinə görə, Forum, bu günkü görüş multikulturalizm ideyalarının beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə dəstəkləndiyinin aydın göstəricisidir.
İlham Əliyev deyib: "Artıq dediyim kimi, burada 140-dan çox ölkə təmsil olunub. Multikulturalizmin alternativi yoxdur. Biz hamımız bilirik ki, multikulturalizm haqqında müxtəlif anlayış, müxtəlif baxışlar mövcuddur".
Prezident vurğulayıb ki, uğursuz nümunələr ilə yanaşı, müsbət yanaşmalar da var: "Bizim üçün multikulturalizm dövlət siyasəti və həyat tərzimizdir. Və alternativlərə nəzər salsaq, multikulturalizmin alternativləri hansılardır? Çox təhlükəli alternativlərdir - ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, ayrı-seçkilik, nifrət".
Azərbaycan Prezidenti əlavə edib ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsi çox müsbət tendensiya olacaq və bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya öz töhfəsini verməlidir.
İlham Əliyev bildirib: "Artıq dediyim kimi, Azərbaycan müstəqil ölkə kimi nisbətən gənc dövlətdir. Biz bu il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bu, siyasi, iqtisadi sistemlərin transformasiyası illəri olub, bu, dövlətin yaradılması illəri olub. Düşünürəm ki, biz bütün əsas məqsədlərimizi yerinə yetirdik. Azərbaycan beynəlxalq birliyin hörmətli üzvü oldu. O, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, Qoşulmama Hərəkatının və bir çox digər beynəlxalq strukturların üzvüdür".
Dövlət başçısı xatırladıb ki, Azərbaycan güclü beynəlxalq dəstəyə malikdir və 2011-ci ildə 155 ölkənin dəstəyi ilə ilk dəfə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi: "Bu, ölkəmiz üçün böyük qələbə və Azərbaycana böyük hörmətin əlaməti idi. Qısa müddət ərzində - 25 il - biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasəti olan ölkə, regional inkişafa, regional təhlükəsizliyə, sabitliyə və multikulturalizmə öz töhfəsini verən ölkə qismində təqdim edə bildik".
Dövlət başçısı bildirib ki, müstəqillik illəri Azərbaycanın siyasi sisteminin transformasiyası, demokratik institutların yaradılması illəri olub: "Biz buna müvəffəq olduq. Azərbaycanda bütün azadlıqlar, kütləvi informasiya vasitələrinin azadlığı, azad internet təmin olunub. Əhalinin 70 faizdən çoxu internet istifadəçisidir. Sərbəst toplaşmaq azadlığı, dini etiqad azadlığı, bütün azadlıqlar təmin edilib və bu, sürətli iqtisadi inkişaf üçün yaxşı zəmindir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ