"Rosselxoznadzor”, Türkiyə kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinə təminat verərsə, bu ölkədən məhsul idxalı məsələsinin yenidən nəzərdən keçirilə biləcəyini açıqlayıb.
Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, qurum Türkiyə tərəfinə xahişlə müraciət edərək, ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Rusiyanın və Avrasiya İqtisadi Birliyinin müvafiq qanunvericiliyinin tələblərinə uyğunluğuna diqqət yetirilməsinə çağırıb. "Bu, Türkiyə məhsullarının idxalının müvəqqəti məhdudlaşdırılmasından qaçılmasına yardımçı ola bilər”- qurumun açıqlamasında deyilir.
Xəbərdə o da bildirilir ki, yaxın zamanlarda Türkiyənin "Rosselxoznadzor”a bu istiqamətdə həyata keçirilən tədbirlərin ətraflı izahını ehtiva edən sənəd təqdim etməsi barədə razılığa gəlinib.
Xatırladaq ki, ötən ilin dekabrından məlum təyyarə olayı ilə bağlı Rusiya Türkiyədən hər cür məhsul idxalını dayandırmışdı.