Cümə günü, 02 oktyabr 2026
     

İqlim dəyişiklikləri dünyanın daha ciddi “baş ağrısına” çevrilir... Çin "bir addım öndə"...

Image


Son illərdə dünyada təbii fəlakətlərin artım tendensiyası, çoxalan sel və daşqınlar, dünyanı, eləcə də Azərbaycanı təlaşa salan anomal istilərlə bağlı müxtəlif fikirlər səslənməkdədir. Hesab edilir ki, əslində baş verənlər qlobal iqlim dəyişikliklərinin təzahürüdür. Bu fonda Çin alimləri müəyyən edib ki, son onilliklər ərzində Yerdə müşahidə olunan iqlim dəyişiklikləri onun oxunun əyilmə bucağını belə dəyişib.  Alimlər fırlanma sürətinə əsasən belə bir fikir irəli sürüblər.

Qeyd edək ki, Yerin çəkisi və səthindəki dəyişikliklər onun fırlanma sürətinə təsir göstərir. Alimlər müəyyən edib ki, son 40 ildə qütblərin hərəkət sürəti 17 dəfə artıb. Bu vəziyyət havanın temperaturunda da özünü qabarıq göstərir. Elə Azərbaycanda son günlərdə müşahidə edilən isti hava şəraiti də bunun təzahürü hesab edilir. Amma belə havadan təkcə Azərbaycan əziyyət çəkmir. Misli görünməmiş istilər Amerikanın bütün şimal-şərq ştatlarını bürüyüb. İş o yerə çatıb ki, mağazalarda bütün portativ kondisionerlər və ventilyatorlar satılıb, xəstəxanalar açıq havada vaksinləməni dayandırıb, şəhərlərdə sərinləmə mərkəzləri açılıb. Bildirilir ki, bir sıra şəhərlərdə isti rekord dərəcəyə çatacaq, bununla yanaşı, bəzi rayonlarda temperatur normanı keçəcək. Bu, mülayim havaya öyrəşən, ofislərin və yaşayış binalarının əksəriyyətində kondisionerlərin olmadığı region üçün təhlükəlidir. Vaşinqton Universitetinin professoru, qlobal istiləşmə və onun əhalinin sağlamlığına təsirini öyrənən Kristi Ebi qeyd edib ki, yaxın gələcəkdə belə hallar gündəlik olacaq. Rusiyada da istiləşmə daha çox sel və daşqıınlarla müşayiət olunur və belə halların sayının daha çox artması gözlənilir. Avropa da istiləşmədən ən çox əziyyət çəkənlər sırasındadır. Afrikada, Asiyanın bir çox ölkələrində də temperatur normadan artıqdır. Son on ildə Antarktidada havanın temperaturunun yüksəlməsi ilə bəzi şelf buzlaqlarında güclü ərimə baş verir və proqnoz modelləri göstərir ki, bu tendensiya davam edəcək. Alimlərin fikrincə, bu, qar sulu göllərin sayının və buzlaqların geniş miqyasda dağılması risqinin artmasına gətirib çıxaracaq. Tədqiqatçıların fikrincə, şelf buzlaqlarının əriməsi dəniz səviyyəsinin artmasına gətirib çıxaracaq. Statistika göstərir ki, geofizik fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri 1980-ci illərdən o qədər də dəyişməyib. Amma eyni zamanda, subasma və qasırğaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Təbii fəlakətlərin nəticəsində hər il təxminən 350 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir. Proqnozlara əsasən, belə fəlakətlərdən zərər çəkən insanların sayı getdikcə artacaq. Onu da bildirək ki, dünya üzrə orta illik temperatur ümumilikdə 14,4-14,5 dərəcə hesab edilir. Hazırda isə bu temperatur 1 dərəcə ətrafında artıb. Ancaq Arktika, Qrenlandiya, Amerikanın cənubunda temperaturların orta illik normadan 2-3 dərəcə artması müşahidə edilir. Azərbaycanda isə bu rəqəm 1,4 dərəcə ətrafındadır. Son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi məhz iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərinin həm sayı, həm də davamiyyəti artır. Ümumiyyətlə, dünyanın tərkib hissəsi kimi Azərbaycanda da iqlim dəyişmələri müşahidə edilir. Qeyd edək ki, müxtəlif illərdə Azərbaycanda anomal istilər müşahidə edilib. Lakin son dövrlərdə belə halların sayı daha da artıb. Ölkəmizdə yüksək dağlıq ərazilərdə də temperaturun artması müşahidə edilir. Tədqiqatlar göstərir ki, yüksək dağlıq ərazilərdə temperatur 1,1-1,3 dərəcəyə qədər artıb. Xəzər dənizinin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir.

Onu da qeyd edək ki, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin təhlükəli hadisələrin artması ilə də səciyyələnir. Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. ABŞ-ın Proqressiv Siyasət İnstitutunun strateji məsləhətçisi Pol Blesdo bildirir ki, artıq havaya zərərli qazların atılmasına qarşı ciddi addımlar atılmasa, dünya boyu istiləşmə davam edəcək. İqlim mütəxəssisi olan Blesdo bildirib ki, dünya ölkələri zəhərli qazların atmosferə tullanması sahəsində ciddi irəliləyiş əldə edib. Lakin cəmi bir ölkə bütün bu nailiyyətlərin üzərindən xətt çəkə bilər ki, həmin ölkə də Çindir. Blesdonun sözlərinə görə, 2019-cu ildə Çində qeyd olunan tullantıların həcmi bütün inkişaf etmiş ölkələrin məcmu göstəricisini üstələyib və bu tendeniya hələ də davam edir. Hazırda qlobal zəhərli qaz tullantıları həcminin 27%-i məhz Çinin payına düşür.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ