Cümə günü, 02 oktyabr 2026
     

Koronavirus daha qorxulu təhdid mənbəyinə çevrilir... İndi də Hindistan ştammı...

Image


Aparılan mübarizəyə baxmayaraq, koronavirus pandemiyası hələ də dünya boyu yayılmaqda davam edir. Xüsusən də onun yeni ştammları ciddi təhdid mənbəyi kimi çıxış edir. Sözügedən virusun “Delta” və “Delta+”  adı verilən Hindistan ştammlarının dünya boyu böyük yüksək sürətlə yayılması da bunu təsdiq edir.

Digərləri ilə müqayisədə “Delta” və “Delta+”  ştammları olduqca təhlükəli olmaqla yüksək yoluxuculuq xüsusiyyətinə malikdir. Ümumdünya Tibb Assosiasiyasının araşdırmaları göstərir ki, bu bakteriyalar mutasiya nəticəsində dərhal xəstənin boğazında kök salır. Yeni ştammın bu xüsusiyyəti ucbatından koronavirusa yoluxmuş insan artıq bir neçə saatdan sonra xəstəliyin daşıyıcısına və yoluxdurucusuna çevrilir. Bundan başqa, dünyanın 30-dan çox ölkəsində, əsasən də yarandığı ehtimal olunan Cənubi Amerikada koronavirusun “Lambda” adlandırılan yeni ştammı da sürətlə yayılır.

İlk dəfə iyunun 14-də Peruda qeydə alınan “Lambda” ştammı Cənubi Amerikada “yüksək yayılma səviyyəsinə görə maraq doğuran” variant kimi qəbul olunub. Perunun hakimiyyət orqanlarının məlumatına görə, “Lambda” 2021-ci ilin aprelindən bəri ölkədə qeydə alınan yoluxma hallarının 81 faizini təşkil edib. Çilidə isə son 60 gündə qeydə alınan yoluxma hallarının 32 faizinə bu ştamm səbəb olub. Eyni zamanda digər ölkələr, o cümlədən Argentina və Ekvador da yeni ştammın yüksək yoluxuculuq təsirinə məruz qalıb. O, yoluxuculuğuna görə yalnız ilk dəfə Braziliyada aşkarlanan “Gamma” ştammından geri qalır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, “Lambda” ştammı virusun yoluxma qabiliyyətini və ya onun anticisimlərə qarşı müqavimətini artıra biləcək mutasiyalara malikdir. Lakin qurum yeni ştamm barədə kifayət qədər məlumatın olmadığını və onun daha yaxşı öyrənilməsi üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu bildirib. Virusun “narahatlıq yaradan” variantlarından fərqli olaraq, “maraq doğuran” variantlar tibbi təşkilatlar tərəfindən izlənilsə də, hələlik ictimai sağlamlıq üçün ciddi təhlükə yaradan variantlar kimi tanınmayıb. Rus infeksionist Yevgeni Timakov bu fonda qeyd edir ki, virus ehtimal olunduğundan daha sürətli mutasiyaya uğrayır: “Əvvəllər virus bizim immun sərhədimizi keçə bilmirdi. Bəli, onlar patogen idi, ciddi kovidsonrası sindromlar yaradırdı, ancaq onlara əhalinin 30%-i həssas idi. Bir çox insanlar bu virusa, hətta xəstələrlə sıx təmasda olarkən yoluxmurdu. Bu, virusun xoşuna gəlmədi və o, öz xüsusiyyətlərini dəyişərək bizə adaptasiya olmağa qərar verdi”. Ekspert qeyd edir ki, Uhan koronavirusu ötən ilin payızında dəyişməyə başlayıb: “Əvvəlcə bu, daha təhlükəli və aqressiv Britaniya ştammına döndü və bütün dünyaya yayılmağa başladı. Virus əlverişli şəraitə düşdü. Sonra isə hər bir ölkənin öz mutasiyası başlandı. İsti ölkələrdə - Braziliya, Cənubi Afrika, Hindistanda yaranan mutasiyalar isə o dərəcədə dəyişdi ki, çox təhlükəli oldu. Hazırda ən patogen ştamm Hindistan ştammıdır, onun artıq beş mutasiyası var”. Timakovun sözlərinə görə, ən qorxulusu odur ki, Hindistan ştammı insanın immunitet baryerlərini aşa bilir, immunitetdən maskalanır və xəstəliyin klinik şəklini dəyişir. “Bəs onu necə dayandırmaq olar” sualına Yevgeni Timakov belə cavab verib ki, əsas məsələ bu deyil: “Əsas məsələ əhalinin çox olduğu yerlərdə, xüsusilə özü üçün rahat məkanlarda onsuz da hazırlıqsız olan immun hədlərini aşmağa başlayan daha ciddi ştammın yaranmasından qacınmaqdır. İndi görürük ki, Hindistanda “Delta” ştammından başqa, artıq daha aktiv “Delta+”  ştammı da yaranıb. İndi əsas məsələ ondan qorunmaq deyil, illər uzunu qorxu ilə yaşamamaq üçün ümumiyyətlə bu pandemiyanı necə bitirməkdir.  Bunun üçün insanların orqanizmində aktiv virusneytrallaşdırıcı anticisimlər formalaşdırılmalıdır. COVID-19-un Hindistan ştammına yoluxmamaq üçün orqanizmdə aniticisimlərin sayı normadan beş dəfə çox olmalıdır”. İndiyə qədər “Delta” ştammı dünyanın 100-ə yaxın ölkəsində qeydə alınıb. Son günlərdə Azərbaycana qonşu ölkələrdə də “Delta” ştammı sürətlə yayılır. Qonşularımızdan artıq bu ştamm Rusiya, Gürcüstan və Türkiyədə qeydə alınıb. Rusiyada koronavirus infeksiyasına tutulan xəstələrin 70 faizində, Moskvada isə 90 faizində Hindistan ştammı aşkar edilib. Bu durumda Rusiya epidemioloqları ölkədə koronavirus pandemiyasının üçüncü və təhlükəli dalğasının başlandığını bildirir. Azərbaycana qonşu ölkələrdə Hindistan ştammının yayılması koronavirusa qarşı mübarizədə ölkəmizdə görülən tədbirlərin əvvəlki templə davam etdirilməsini zəruri edir. Nəzərə alınmalıdır ki, ölkəmizdə epidemioloji vəziyyətin yaxşılaşması fonunda artıq bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Bunun nəticəsi olaraq indi açıq havada maskasız gəzmək mümkündür. Metronun fəaliyyəti bərpa olunub, idman zalları açılıb, böyük ticarət mərkəzləri fəaliyyətə başlayıb. Car il iyulun 1-dən, müəyyən şərtlər nəzərə alınmaqla, toy və nişan mərasimlərinin keçirilməsinə də icazə veriləcək. Belə şəraitdə vətəndaşlar dövlət tərəfindən qoyulan qayda və qanunlara daha ciddi şəkildə riayət etməlidir. İnsanlar özlərini qorumalı, sanitar-epidemioloji qaydalara əməl etməlidir. Ən əsası isə,  vətəndaşlar daha fəal şəkildə vaksinasiya prosesində iştirak etməlidir. Timakovun da sözlərinə görə, koronavirus pandemiyasına nəzarəti o zaman ələ almaq mümkün olacaq ki, ilkin vaksinasiya stabil aparılsın: “Bundan sonra virus tamamilə bizə adaptasiya olmağa məcbur olacaq, bizdə isə həmin vaxta qədər yaxşı kollektiv immunitet yaranacaq”.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ