Cümə günü, 06 noyabr 2026
     

Salam, xınalı tabut...

Image


(On ikinci yazı)

Sağlam düşüncəli insanları olan ölkə basılmaz ordusu olan ölkə qədər güclüdür. Çünki həyatın cövhəri, elə atalar demişkən, əşrəfi də insandır...

Əsl insan üçün tələbkarlıq bir ülfət ilğımıdır.

Necə ki, ədəbi fövqün ən üstün qatlarında ilham pəriləri olur, eləcə də Vətən sevdaları ilə ömür sürən oğullar dünyalarını dəyişdikdən sonra bəlli ki, ən uca qatlara yüksəlir, Cənnət mələkləri olurlar...

Tahirov Vüsal Mehdi oğlu da Cənnətin işıqlı fövqündə qərar tutub. Ətrafındakı işıqlar onu daha gur ilğımlarla əhatələyib. O, tədrici inkişaf və zəruri proseslə bu gün hamının sevimlisi olmaq haqqı qazanıb. Əgər belə olmasaydı, onun qəhrəmanlığı bizi bu qədər heyran etməzdi...

Vüsalın hələ körpəlikdən canında bir mübarizlik ruhu var idi. Böyüdükcə daha çox vətənpərvərlik hisləri ilə doldu, özünü bir Vətən sandı...

Hər insan yaşadığı, təqdir etdiyi, müxtəlif çırpıntılara məruz qoyduğu ömür qədər təriflənir. Bu qəlibdə hərə bir surət yaradır. XTQ giziri, qəhrəman kəşfiyyatçı Vüsal Tahirov da hazırda hamımızın diqqətində məhz bu görkəmdə, bu obrazda, bu surətdə məna tapır. Vətən sevgisi bu Obrazın həyatını, taleyini və işıqlı əməlini aydın dəlillərlə göstərir və bu sevgi bizdə Vüsal kimi olduqca mükəmməl bir insan haqqında qəti fikir yaradır...

Vüsalın Vətən uğrunda göstərdiyi qəhrəmanlıqları nəzərdən keçirmək kifayət edər ki, onun coşqun həyat qaynarlığına, ürəyində qabara çevrilən torpaq acılarına şahidlik edək. O, Vətən naminə zəhməti müqabilində nəsillər üçün yollar açıb, bu gün və gələcək illərdə də o yoldan çox nəsillər keçəcək...

Bu anlamda çalışmışıq ki, üzərində ciddi-cəhdlə işlədiyimiz bu kitabda Vüsal Tahirovun doğru-dürüst, gerçək əzəmətli Obrazını yaradaq, heç bir (ifrat) təfərrüata varmayaq...

Əsas odur ki, Vüsal Tahirov hər kəsin qəlbində dərin izlər buraxıb, xoş xatirələr onu daim yaddaşlarda tutacaq.

Və nəticə etibarilə, onun Vətən sevgisi bugünkü və gələcək nəsillərə bir görk, bir nümunədir.

Arada düşünürük ki, aşağıdakı şeiri Vüsalın şəhadəti­nə ithaf kimi təqdir edə bilərik:

***

Salam, xınalı tabut -

Xoş gördük, çöhrəsi

işıqla dolu salxım söyüd!

İcazə ver, bu gecə

Alayarımçıq duyğuların

ən üst qatına qalxım, söyüd.

Ay gecədən küsüb, gecə də məndən,

Bir dilsiz-ağızsız adam kimiyəm,

Elə bil üstümdən tramvay keçib.

Sənə könül verdiyim vaxtdan

neçə həftə, neçə ay keçib.

Bilirsən, mən bir səssiz qataram.

Əzabı bir xurcun zinət kimi

kürəyimə çatıb yanından ötərəm.

Söylə, hanı tabutuna

xına yaxdığın o cəsur oğlan?

Yoxsa şəhid oldu?

Gülümsə acı baxışlarıma,

Yanğısı vücud üşüdən surətimə.

Səndən yan ötdüm o vaxt,

Elə bildim, gözü tox adamın

Sevgisi də tox olur...

Eh, belə nanəciblik çox olur.

İndi mən səndən betər şəkildəyəm.

Səndən gözəllik sallanır,

Məndən iztirab kölgəsi.

Salam, salxım söyüd,

Sənə təsəlli olmaz qoca vaxtımın

Gecikən etirafları.

İcazə ver, tabutuna xına yaxdığın oğlanın

məzarı önündə ağı deyim,

sonra səndən o yanda acı çəkən

uca məqama qalxım, söyüd...

Vüsal, Tahirovlar ailəsinə Ay kimi doğdu, Vətən səmasına günəş kimi nur ələdi...

Xocavənd və Şuşa uğrunda göstərdiyi peşəkarlığa, mərdliyə, şücaətə görə, həm də xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyi üçün Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edildi. Bu təltiflər də Vüsalın Vətən sevdalı günəşi oldu. Yeniyetmə və gənc çağlarında dediyi kimi, Vətən ona oğul dedi, o, da mamır olub vətənin qayasında bitdi...

Vətən uğrunda gülə-gülə, sevə-sevə şəhid oldu Vüsal. Onun Vətən sevdası da elə bu idi. O, (yuxarıda dediyimiz kimi) hələ məktəbli ikən Vətən oğlu olmaq barədə düşünür, ruhən Vətən daşında mamır olmaq sə­adəti yaşayırdı.

Vüsalın Vətən hissi sanki onunla birgə doğulmuşdu. Bəlkə də şəhid olarkən könül verdiyi arzu və istəklər içindən əbədiyyət nəğməsi kimi püskürdü...

Təəssüf ki, Vüsal Zəfər qoxusunu dada bilmədi. Hansı ki, o, hər döyüşdən-döyüşə atılanda bu qoxunu yaralarına məlhəm bilirdi... Elə içindəki qisas hissini də bu qoxu ilə dağıdırdı...

Tarixən şəhid adı xalqımız üçün şərəfli, uca ad, əlçatmaz məqam olub; çünki oraya yüksələnlər Allahın lütfü ilə mükafatlanırlar...

Bir müharibədə minlərlə insan döyüşür, fəqət onların hamısına şəhidlik qismət olmur. Deməli, yalnız Allahın müqabil bildiyi şəxslər bu yüksək məsuliyyəti üzərlərinə götürür, bu şərəfli ada ucalırlar.

Kitabımızın Baş Obrazı, Vətən müharibəsi şəhidi Tahirov Vüsal Mehdi oğlu da o zirvədə qürurla, şərəflə qərar tutur. O, arzusuna çatdı. Şərəfi, şanı, əzmi və fədakarlığı ilə şəhidlik adlı zirvənin ən uca məqamlarına yetdi, ora­da əbədi məskən saldı. İndi o, hər gün qərar tutduğu ucalıqdan Vətən adlı ziyarətgahı seyr edir, onun şərəfinə, namına sadiqlik göstərir…

Vətən də Vüsal Tahirovu - öz şərəfli oğlunu uca tutur, hər gün onu bağrına basır, düşmənə layiqli cavab verdiyi üçün ona minnətdarlıq edir.

Əlbəttə, uğrunda Vüsal kimi oğulların şücaət göstərdiyi Vətən daim xoşbəxtdir, daim şərəflidir.

Biz dəfələrlə demişik; övlad şəhid olanda daha çox valideynlər onunla birlikdə cismən ölürlər. Vüsalın ata-anası da onunla birlikdə cismən şəhid olublar. Nə qədər arzuları, xoş niyyətləri var idisə, hamısı göz yaşlarına bülənd olduğu üçün nəmdir. İndi heç bir təsəlli, heç bir təltif, ya mükafat, ya da hansısa bir yazı, elə üzərində sevgi ilə işlədiyimiz bu kitab da Vüsalın valideynlərinə sakitlik – rahatlıq verə bilməz. Onlar üçün açılan hər bir sabah, düşən hər bir axşam Vüsalın şəhid olduğu gün kimi təcəlla edir...

Vüsalın, eləcə də bütün şəhid oğulların xatirəsini təqdir etmək üçün bir təsəllimiz var: “Onlar xalqımızın yaddaşında dərin yer tuturlar...”.

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ