Cümə günü, 06 noyabr 2026
     

Qəhrəmanlıq da Allah lütfüdür

Image


(On birinci yazı)

Vüsal Tahirov kodeksi:

Vallah, Mövladı Yerin-Göyün yiyəsi, atam balası.

Ülvi hissimizi Vətən sevgisinə analar çevirir.

Silah ağır olanda barıt güvə tutur, paslanır.

Ahdan kimsə qəlb-könül yarasını sağaltmayıb hələ.

Lal sükutda qəlb də asidir, gözlər də...

Tarix təkrar olunur, bu dəfə hər şey fərqlidir.

Azadlıq torpağa da ruh verir, çox şükür!

Hər əzabın sonu ehtiyac duyduğumuz bir ümiddir.

İlahidən gələn hər şey mütləq mənada vacibdir...

Ruhları Cənnətdə bərq vuran şəhid oğullar ölməzlər.

Onlar isti həyatdan soyuq səngərə atdılar özlərini...

Vətən laylay dedi onlara gözləri yaşlı...

Qəhrəmanlıq da (insana) Allahdan lütf kimi verilir. Bu bacarığı nə orta, nə ali məktəb, nə də cəmiyyət hasil edir... Kimsə indiyədək oxumaqla qəhrəman ola bilməyib... Demək ki, bu ali hiss həqiqətən Qeybdən gəlir...

Bizim Baş Obrazımız, Xüsusi Təyinatlı Qüvvələrin giziri, Azərbaycan Ordusunun qürur duyulası cəsur oğullarından biri Tahirov Vüsal Mehdi oğlu da məhz Allahın lütfü sayəsində qəhrəman ola bilmişdi. Onun hələ məktəbli ikən sərgilədiyi hünər və tərbiyə bu ali hissin başlanğıc təməlləri olub. O vaxt heç kimin ağlına gəlməzdi ki, bir gün bu hünər və tərbiyə sahibi vətənə dayaq olacaq, ən yüksək məqama ucalacaq.

Biz öz dövrümüzdə də, hələ uşaq ikən kinolarda, xüsusən də müharibə epizodlu filmlərdə qəhrəman oğulların ölümünə hədsiz acıyır, hətta bu itkilərdən günlərlə özümüzə gələ bilmirdik. Anlamırdıq ki, biz kinoya, yaxud filmə baxırıq; hadisələr o qədər inandırıcı olurdu ki, elə bilirdik, bu hallar real həyatımızda baş verir...

Əlbəttə, qəhrəmanlar həmişə doğulmurlar. Onlar da nadir insanlar kimi qərinələr keçdikdən sonra “zühur” edirlər...

Yeniyetmə yaşlarımızda Böyük Vətən müharibəsi haqqında bilgilərə sahib olduq. Gördük ki, bu müharibədə də on minlərlə Azərbaycan övladı qəhrəmanlıq edib, hünər və şücaət göstərib, düşmənə aman verməyib, öz ölümləri ilə vətənə qələbə qazandırıblar...

Nəhayət, yarı yaşımızda ölkəmizdə nə qədər qəhrəman oğulun olmasına canlı olaraq şahidlik etdik. Onlar erməni təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində düşmənə dəhşətli sarsıdıcı zərbələr endirdilər, illərlə işğal altında qalmış torpaqlarımızı öz canları və qanları hesabına geri aldılar. Bu qəhrəmanların adlarını saysaq, çox böyük - bir kitablıq siyahı alınar...

Bu kitabda biz o qəhrəmanlardan yalnız birinin - Tahirov Vüsal Mehdi oğlunun hünər və şücaətindən bəhs edirik.

Biz hələ uşaq ikən qəhrəman oğulların ölməsini istəmirdik. Bəlkə də əlimizdə imkan olsa idi, bu kimi acı halların qarşısını alardıq. Fəqət bu, mümkünmü? Elə mümkün olmadı ki, minlərlə qəhrəman oğulun timsalında Tahirov Vüsal Mehdi oğlunu da itirdik. Onun acı taleyinə çox sızıldadıq, hər dəfə də gözlərimizin yaşını siləndə içimizi məhz bu misra diddi: “Şəhid verdin, yandım, Vətən!”...

Vətəni sevmək (də) bir qəhrəmanlıq nümunəsidir

Dediyimiz kimi, qəhrəmanlıq kiminsə icad etdiyi ali münasibət deyil. İnsan çox az hallarda nadir milli xüsusiyyətlər əxz edir, gendən-kökdən gələn zəruri səbəbləri sanki bir məsuliyyət kimi üzərində daşıyır.

Qəhrəmanlıq sonradan ideallaşdırılan hansısa (müəyyən) xüsusiyyət də deyil. Bu ideal zəminə qarşı dırnaqarası fikir ifadə etmək də doğru olmaz...

...O, gərək Allahdan gələ...

Qəhrəmanlıq münasibətlərinə tale, iqbal zərurəti, Allah lütfü kimi önəm verilməlidir. Ona şans kimi baxmaq da olmaz. Çünki bir insanın təkbaşına düşmən üzərinə get­məsi, onlarla canlı qüvvəni zərərsizləşdirməsi və s. şans işi deyil...

Maraqlıdır ki, harada doğulmasından asılı olmayaraq insan, böyüdükcə, vətəni canından artıq sevmək sevdaları ilə dolur. Bu, şərti sevgi deyil. Bu, vətənə bağlılıq hissidir. Bu bağlılığın qırılmaz telləri çoxdur...

Bəzən deyirlər; kim ki, özünü yaşadığı vətəndə tapır, o, xoşbəxtdir. Bu fikir, sadəcə, nəfsi düşünənlərin qənaətidir. Necə ki, hamının, əslində, aid olduğu vətəndə varlı olması mümkünsüzdür. Buradan belə bir nəticə çıxarmaq da olar ki, əgər insan qoynunda məskən saldığı vətəndə kasıb həyat tərzi keçirirsə, o, mütləq vətənə asi olmalı, onu sevməməlidir? Bax, qəhrəmanlar bu prizmadan əvəzolunmaz insanlardır; onlar vətəni hansısa maddi və ya nəfsi səbəblərə görə sevmirlər, onlar vətəni elə Vətən olduğu üçün sevirlər...

Ola bilər, kimsə doğulduğu vətəndə xoşbəxt olmur, bu üzdən onun vətəninə sevgisi tam deyil. Beləsindən, əmin olaq ki, heç vaxt qəhrəman olmaz...

Bu Obrazı heç xəyalımızda da yarada bilmərik...

Hamı, əslində, Məmməd Araz demişkən, “Vətən mənə oğul desə, nə dərdim...” sevdası ilə yaşamalıdır. Belə insanları olan vətəni düşmən təbii ki, heç vaxt məğlub edə bilməz.

Az eşitməmişik ki, bəzi insanlar yaşadıqları yad məmləkətlərdə də aid olduqları vətəni hədsiz sevirlər. Biz o insanları da qəhrəman hesab edirik...

Dəhşətlisi odur ki, istər doğma yurdda, istərsə də yad ölkələrdə insanlar aid olduqları vətəni sevməyələr, bax, o zaman Vətən faciə hissi yaşayır.

Bu hissi bəzən insanlar da aşkar yaşayırlar, çünki Vətən də onları sevmir....

Övlad vətənə “ana”, Vətən ona “övlad” deməzsə, milli hiss bitkin məna tapmaz... O xalq bədbəxtdir ki, onun övladları vətənə, Vətən də onlara yaddır...

Bir çox konsepsiyalarda isə yazılır ki, vətəndən imtina etmək mənəvi cinayət, vətənə yadlaşmaq milli faciədir...

Bütün bunlar bir daha təsdiq edir ki, vətəni sevmək (də) bir qəhrəmanlıq nümunəsidir...

Kitabımızın Baş Obrazı Tahirov Vüsal Mehdi oğlu da əsl qəhrəmandır. O, hələ yeniyetmə ikən özünü qoynunda göz açdığı vətənə borclu hesab edirdi. Bəzən o, bu borcu ağıllı, səbr və təmkinli, savadlı, tərbiyəli və s. olması ilə sübut edirdi. O, düşünürdü ki, bir insan saatlarla, günlərlə çayxanalarda, bekar adamların toplaşdığı yerlərdə boş yerə vaxt itirirsə, ondan Vətən sevdalısı olmaz. Təəssüf ki, bəzən belələri ilə rastlaşırdı da...

Vüsal tez-tez yuxuda, bəzən yatmamışdan saatlarla düşünürdü ki, insan öz işinə, ailəsinə yararlı olmalı, sevgi göstərməli, məişət və ictimai xarakterli toplantılar ona yad olmalıdır. Çünki nəfsi istəyinə qul olanlardan vətənə dayaq olmur...

Arada eşidirik ki, vətəni canlarından artıq sevənlər bu və ya digər şəkildə dünyalarını çox tez dəyişirlər... Nə etməli, ölüm və ya ölmək var deyə, vətənə sevgi göstərilməməlidir?

Diqqətlə baxaq, hanı yüz, yüz iyirmi il sərgərdan yaşayanlar? Onların hansı tarixdə qaldı ki?

Fəqət vətəni sevənlər, (onun) uğrunda şəhid olanlar bu gün də yaşayırlar, gələcəkdə də yaddaşlarda tarixi salnamələr kimi qalacaqlar; onların məzarları da əsl ziyarətgahlara çevriləcək.

Vüsal Mehdi oğlu Tahirov vətəni sevmək anlayışına malik olanda zərrə düşünmədi ki, getdiyi yol səhv yoldur, əksinə, əmin oldu ki, çox doğru seçim edib. Bu fikrə Vətən andı kimi inandı. Sevdiyi Vətən uğrunda addımlarını elə mətin, elə inamla atdı ki, bir gün Uca Allah onu yüksək məqama qaldırdı...

Vüsal Tahirov təkcə Vətən qarşısında üzərinə öhdəçilik götürdü, heç kimə imkan vermədi ki, onu səhv yola yönəltsin. Bizim üçün bu, ideal şərtdir.

Vüsal insanlıq məsuliyyətini heç vaxt üzərindən əskik etmədi. Vətəni əsl insan kimi sevdi, onun uğrunda da elə əsl insan, müsəlləh fədai kimi şəhid oldu...

Vüsal Tahirov Vətən üçün nə etdisə, vicdanının hökmü və inandırıcı vətəndaş məsuliyyəti ilə etdi. Uğrunda canını əsirgəmədiyi vətəndən şəxsi təmənna güdmədi. Vətənin ona verdiyi, sadəcə, şəhid adı oldu, Vətən Vüsala məhz bu ada görə minnətdar oldu... Vüsal Tahirovun həyatı qəhrəmanlıqla yazılan həyatdır. Bu həyatı hər zaman bir Mərdlik Salnaməsi kimi təqdir edəcəyik...

Vüsal Tahirov ruhu torpaqla yoğrulan, adı mərdliklə süslənən Vətən oğludur. O, sadə ömür yaşamadı; yaşadığı hər anı vətənə xidmətə çevirdi...

Onun həyat hekayəsi cəsarətin, sədaqətin və əsl vətənpərvərliyin simvoludur.

Vüsal Tahirov cəbhədə, sadəcə, döyüşmədi, etibarını silaha, sevgisini bayrağa, gücünü xalqa verdi. Müharibənin ən ağır günlərində onun qətiyyəti sarsılmaz oldu, həyatını da elə bu müqəddəs missiya uğrunda itirdi. O, şəhid adını təkcə mərmi yaraları ilə deyil, iradəsi, şücaəti və fədakar ruhu ilə qazandı.

Naxçıvan həmişə qəhrəmanlar məkanı, döyüş ruhunun beşiyi olub... Vüsal Tahirov beş yaşına qədər bu torpaqda formalaşdı və bəllidir ki, bu torpaqla bütünləşdi. Bu qəh­rəman şəhərdən gələn igidlik mirası onun geninə hopdu, hər davranışında, hər sözündə özünü büruzə verdi. O, təkcə coğrafi mənada Naxçıvanın övladı deyil, mənəvi və ruhi bağlılığın da örnəyidir, bütün xalqın oğludur...

Vüsal Tahirov döyüş meydanında göstərdiyi mərdliklə yanaşı, təlimlərdə də əsl insan kimi seçildi. Dostlarına, əsgərlərinə, komandirlərinə göstərdiyi sədaqəti, təmənnasız davranışı və sakit güvəni onun şəxsiyyətini tamamladı.

Vüsal Tahirov təkcə savaş meydanında deyil, həm də dost­luqda örnək bir qəhrəmana çevrildi. İndi hər kəs onun şəhadəti ilə öyünür, onun müqəddəs adına and içir.

Bilirik ki, şəhidlik, sadəcə, bir status deyil – bu, insanın iradəsinin, fədakarlığının və Vətən uğrunda keçdiyi ağır yolların simvoludur. Vüsal Tahirov bu adla torpağa və xalqa olan sevgisini möhürlədi, tarixə insanlıqla və qəh­rəmanlıqla yazılmış bir səhifə əlavə etdi...

Bizim, Vüsal Tahirov haqqında qələmə aldığımız (bu) kitabımız da həmin səhifələrdən biridir.

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ