Cümə günü, 06 noyabr 2026
     

Mərhum tarixçi alim Qeyrət Quliyevin 21 il əvvəl qaldırdığı problemlər

Image


Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və demokratiyanın inkişafı uğrunda mətin mübrizlərdən biri mərhum tarixi alim Qeyrət Quliyevin vəfatından 21 il keçir. Haqsızlığa qarşı daim mübarizə aparmış tarixçi alimin 2000-ci ildə nəşr edilmiş “Nə iqtidar, nə müxalifət (Bizim iddialar və müddəalar)” adlı kitabı onun mövqeyini üzə çıxarmağa imkan verir. Kitabda müəllif həm hakimiyyətə, həm də o dövrün müxalifətinə tənqidi yanaşaraq Azərbaycanın siyasi inkişafı ilə bağlı öz baxışlarını və konsepsiyasını təqdim edir.

Kitabın əsas mövzuları bunlardır:

  • Azərbaycanın müstəqillik dövrünün siyasi problemləri;
  • dövlət quruculuğu və milli ideya;
  • demokratiya və hüquqi dövlət məsələləri;
  • hakimiyyət–müxalifət münasibətlərinin təhlili;
  • milli maraqların müdafiəsi;
  • Azərbaycanın ictimai-siyasi inkişafı ilə bağlı müəllifin təklifləri.

Millətin, dövlətətin mənafeyi naminə daim milli birliyi təbliğ edən vətənpərvər alim 2005-ci il parlament seçkiləri ərəfəsi ürək tutmasından dünyasını dəyişib. Onun vəfatı ilə bağlı qəzetlərdə “31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Qeyrət Bağır oğlu Quliyev oktyabrın 31-də həlak olub” başlıqlı yazılar dərc olunub. Yazılarda qeyd olunur ki, “Q.Quliyev 1961-ci ildə anadan olub, Milli Azadlıq Hərəkatının fəallarından biri, bir neçə il əvvəl isə Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Şurasının üzvü olub, ayrı-ayrı qəzetlərin yazarı kimi tanınıb, “Gənc Siyasətçilər Hərəkatı” adlı təşkilatın rəhbəri idi. O, 6 noyabr 2005-ci ildə keçiriləcək parlament seçkisində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini fərdi qaydada irəli sürmüşdü.” (31 Oktyabr 2005 https://az.trend.az/azerbaijan/incident/813869.htm)

Bu yaxınlarda şəxsi arxivi araşdırarkən dərc olunmamış bir məqalə diqqətimi cəlb etdi. 2006-cı ildə yazıldığı, lakin obyektib, subyektiv səbəblərdən dərc olunmamış məqalə “Demokratiya uğrunda mərd mübariz Qeyrət Quluyevin vəfatından bir il keçdi” adlanır. Üstündən 20 il keçməsinə baxmayaraq yazı aktuallığını itirmədiyinə görə bir qədər redaktə etməklə nəşr edirmək qərarına gəldik. Nəzərə almaq lazımdır ki, məqalədə qeyd olunan problemlər 2005-ci ilə aid olsa da hazırda da aktuallığını itirməyib. Məqalə aşağıdakı fikirlərdən ibarətdir:

“2005-ci ildə “Elmi işçilərin hüquqlarının müdafiəsi, onlara ictimai və mənəvi dəstəyin təşkili” adlı layihənin yekunları ilə bağlı keçirdiyimiz tədbirdə Təhsil Nazirliyinin və Milli Məclisin “Elm və təhsil” komissiyasının üzvləri də iştirak etmişdi. Tədbirin sonunda ölkə başçısına müraciət də qəbul olunmuşdu. Çox təəssüf ki, layihə ilə bağlı keçirdiyimiz tədbirlərdə ziyalıların səsləndirdiyi dəyərli fikirlər 20-dən artıq qəzetdə işıqlandırılmasına, Bi-Bi-Si, “Azadlıq” radiolarında səsləndirilməsinə baxmayaraq auidiyyatı qurumlardan buna heç bir reaksiya verilməmişdi. 2005-ci ildə keçirilmiş tədbirdə səslənən problemləri bir ildən sonra nəzərdən keçirdikdə onların nəinki həll olunduğının, əksinə daha da dərinləşdiyinin şahidi olursan.

Həmin tədbirdə başqaları üçün pulla dissertasiya yazanların adlarının sadalanmasından tutmuş, rəhbər vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək çoxlu sayda elmi vəzifələri mənimsəməsəmələrinə qədər neqativ faktlar səslənmişdi.

Seminarda iştirak edən Moskva Dövlət Universitetinin məzunu, tarix elmləri namizədi Qeyrət Quliyev 5 ilə yaxın doktorluq işinin müzakirəyə buraxılmadığını və bu sahədə neqativ hallara qarşı axıracan mübarizə edəcəyini bildirmişdi. (P.S.-Yeri gəlmişkən qeyd edək ki, mərhum tarixçi alimin yaşadığı problemləri biz də yaşamışıq. 2001-ci ildə 2016-cı ilə qədər monoqrafiyam dərslik kimi istifadə olunduğu halda qeyri-qanuni olaraq dissertasiyanın müzakirəsinə imkan verilməmişdir.M.Z.)

Yekun tədbirdə Q.Quliyev konkret olaraq elm və təhsil sahəsində aşağıdakı problemlərin olduğunu bildirmişdir:

- 1999 – 2000 – ci illərdə 444 tanınmış alim Respublikanı tərk edərək mühacirətə gedib, və 87 alim intihar edib:

- Doktorluq dissertasiyanı müdafiə etmək üçün 17 mərhələni keçmək lazımdır və mərhələnin 3-ü iki dəfə eyni ünvanda təkrarlanır;

- Müdafiə prosesi elmi işin keyfiyyətindən deyil, ayrı-ayrı şəxslərin subyektiv fikirlərindən asılıdır;

- Səlahiyyətli şəxslərə yaşıl işıq yandırıldığı halda əsil elm adamlarına elm və təhsil ocaqlarında işləməsinə süni maneə yaradılır, onların dissertasiya müdafiə etməsi isə demək olar ki, mümkünsüz işə çevrilib;

- Vəzifəli şəxslər öz hakimiyyət səlahiyyətlərindən istifadə etməklə elmi dərəcələr alır və paralel elmi vəzifələr tuturlar;

- Tanıdığım 27 yüksək dövlət vəzifəsi tutan şəxs, paralel olaraq həm də kafedra müdiridir;

- 512 iri və orta vəzifəli məmur ali məktəblərdə “dərs deyirlər”. Lakin faktlar göstərir ki, onların əksəriyyəti dərslərə getmirlər;

- Bir neçə elmi şuranın üzvü olan bəzi nazirlərin hansısa sənədlərə imza atmaları üçün dissertantlar aylarla gözləməli olurlar;

- Milli Elmlər Akademiyanın “Fəlsəfə və Hüquq” İnstitutunda 212 vəzifəli şəxs dissertantdır. Onlardan minumum imtahan götürmək istədikdə buna etiraz ediblər. Sonradan xətirlərinə dəyməmək üçüm imtahanı “müsahibə” adlandırmışlar. Bundan sonra da 42 nəfər imtahana gəlməmiş, gələnlərin əksəriyyəti imtahandan kəsilmişdir;

- Jurnalistlər 14 məhşur vəzifəli şəxsdən “müdafiə” etdiyi dissertasiyanın adını soruşub, onlar dissertasiyalarının adlarını deyə bilməyiblər;

- Arxivlərin açılmasının səviyyəsinə görə Bakı Daşkənddən 6 il, Moskvadan 11 il geri qalır və s.

Q.Quliyev elmlə məşğul olmağa hər hansı qadağa qoyulmasını məqbul saymasa da, problemlərin həlli üçün səlahiyyət sahibi olan məmurların bir əldə bir neçə qarpız tutmasına qanunla qadağa qoyulmasını təklif etmişdi.

O, elm sahəsində mövcud olan problemləri sadaladıqdan sonra bildirmişdir ki, mən öz hüquqlarımın müdafiəsi uğrunda mübarizə apara bilirəm, amma əksəriyyətin buna imkanı yoxdur.

Lakin çox təəssüf ki, 2005-ci ilin payızında, layihənin yekun tədbirindəki çıxışından 5 ay sonra bu fədakar alim ürək tutmasında vəfat etdi və bununla da Azərbaycan elmi bir istedadlı alimini də itirdi. Elm, təhsil sahəsində və cəmiyyətdə olan digər haqsızlıqlara qarşı qətiyyətlə mübarizə aparan, sözün əsil mənasında ziyalı, demokrat olan Qeyrət Quliyevin qaldırdığı problemlər çox təəssüf ki, hələ də həllini gözləyir.”

Məqalədəki fikirlər və o cümlədən son cümlə 2006-ci ilə aid olsa da bu gün də aktuallığını itirməyib və hazırda sadalanan problemlərin bir çoxunun həlli istiqamətində ciddi addımların atılmasına ciddi ehtiyac var.

MƏHƏRRƏM ZÜLFÜQARLI
t.ü.e.d, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ