Cümə günü, 06 noyabr 2026
     

Fərdi evlər və mənzil qapılarında qoyulmuş kameralar söküləcək?

Image


İlqar Hüseynli: “Vətəndaşın mənzilinin giriş qapısına kamera quraşdırmaqdansa görüntülü domofon yerləşdirsə daha uyğun olar”

Vətəndaşların xeyli bir hissəsi mənzilinin, yaşadığı evin girişinə kamera qoyur. Bu da qeyri-ixtiyari olaraq başqa vətəndaşlara problem yaradır. Yəni vətəndaş mənzilinin giriş qapısına kameranı o şəkildə qoyur ki, o kamera qonşuların mənzilini də görür. Bu da qonşular arasında ciddi problem yaradır. Hətta bu məsələ qonşular arasında məhkəmə çəkişməsinə səbəb olur.

Mətbuatın yazdığına görə, Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb.

Belə ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub.

Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmadığı ilə bağlı olub.

Ali Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.

Qərarda deyilir ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.

Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.

Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab edib.

Qərarda daha bir mühüm məqama da aydınlıq gətirilib. Məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.

Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.

Əslində, Ali Məhkəmənin verdiyi qərar çox müsbət bir qərardır. Yəni vətəndaşın icazəsi, xəbəri olmadan onun evini, həyətini niyə başqaları görməlidirlər ki? Bəzən görürsən ki, blokda kimsə öz qapısının ağzına kamera qoyur və o kamera qonşunu da görürür.

Ali Məhkəmənin bu qərarından sonra mənzillərin və fərdi yaşayış evlərinin giriş qapısına qoyulan kameraların axırı nə olacaq?

Ekspertlərin sözlərinə görə, elə vətəndaşlar var ki, küçə qapısının ağzına kamera qoyur, qonşuya gəlib-gedəni, girib-çıxanı da izləyir.

Ekspertlər deyirlər ki, binalarda qapılara və küçələrdə həyət evlərinin qarşısına qoyulmuş kameralar yalnız həmin vətəndaşın evini izləməlidir və bu başqalarına problem yaratmamalıdır. Ekspertlər hesab edir ki, əslində bu kameralar ya sökülməli, ya da görüntü bucağı məhdudlaşdırılmalıdır, yalnız vətəndaşın öz qapısının ağzını müşahidə etməlidir.

Ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, əslində bu çox maraqlı bir presidentdir. “Doğrusu, Azərbaycanın məhkəmə tarixində belə bir məhkəmə çəkişməsini ilk kimi qəbul etmək olar. Təbii ki, insanlar məsələnin dərinliyinə getmədən, fərqinə varmadan sanki dəb xatirinə bu işlə məşğul olur. Evlərinin giriş hissəsində kameralar quraşdırırlar. Amma bilirsiniz ki, görüntülü damofonlar da var. Əgər şəxs onun evinə gələn kimin olduğunu müəyyənləşdirmək istəyirsə, o zaman öz mənzilinə görüntülü damofon quraşdıra bilər. Yəni vətəndaşın mənzilinin giriş qapısına kamera quraşdırmaqdansa görüntülü domofon yerləşdirsə daha uyğun olar. Yəni kimsə onun qapısının zəng düyməsini basdıqda o evin içindən asanlıqla damofon vasitəsilə gələnləri müşahidə edə bilər. Amma o ki, qaldı hansısa vətəndaşın qonşuların razılığı olmadan kamera quraşdırıb bütün dəhlizi görürsə, bu problem yaradır. Tutaq ki, bir mərtəbədə beş nəfər yaşayırsa və bu beş nəfər qonşunun da biri dəhlizə ümumi bir kamera qoyub, hamının evinə gələni-gedəni görə bilirsə, bu narazılıq yaradır. Çünki bilirsiniz ki, həm də o məlumatlar fiksasiya olunur, yəni yaddaşa yazılır. Bu mənada yaddaşı olan texniki qurğular vasitəsilə həmin kamera müşahidələri razılıq əsasında olmalıdır. Əks halda o şəxsi həyata müdaxilə kimi qəbul olunmalıdır. Qonşuların evinə gələn-gedən qonaqları, digər şəxsləri müşahidə kamerasında görüntüləmək düşüncəmcə, bu şəxsi həyata müdaxilədir. Bu baxımdan təhlükəsizlik kameralarının yerini harada, nə zaman, hansı situasiyalarda tətbiq olunmasını insanlar bilməlidir.

Məsələn, çoxmərtəbəli yaşayış binalarının ümumi həyətində bloklara girişləri müşahidə etmək, həyətdə dayanan nəqliyyat vasitələrinə qarşı tutaq ki, gecə basqıları kimin tərəfindənsə edilərsə və yaxud da ki, zədələr vurularsa, bir nəqliyyat vasitəsi digərini əzərsə, bu zaman o nəzarətçilərin, komendantların müşahidə kameraları vasitəsilə asanlıqla tapmağısına, cinayəti törədən şəxslərin aşkarlanmasına köməklik edir. Yəni bu baxımdan ümumi istifadə olunan həyətlərdə, dövlət qurumlarının həyətlərində, eyni zamanda özəl sektorun, özəl biznes mərkəzlərinin girişində belə bir müşahidə kameralarının qurulması nənki, arzuolunandır, hətta bu vacibdir və labüddür. Yəni bu baxımdan insanlarımız bəzən bu trendi nəzərə alırlar. Elə baxıb görürlər ki, hər yerdə hamı bir kamera qoyur, götürüb öz yaşadıqları bloka da bir kamera qoyurlar. Yəni müşahidə kameralarının, görüntü kameralarının harada, nə zaman, hansı şərtlər altında yerləşdirilməsi təbii düşünürəm ki, qanunla tənzimlənməlidir. Hətta bəzi binalarda liftlərin içinə belə müşahidə kameraları qoyurlar ki, o liftdə tutalım, kimlərsə digərinə qarşı bir xuliqanlıq hərəkəti edərsə, yaxud lifti sıradan çıxartmağa çalışarsa, lifti zədələyirsə, içərisini yazırsa o zaman həmin şəxsləri də kamera görüntüsünə almaq mümkün olsun. Bəzi özəl binaların sakini və komendantları bunu edirlər. Bəlkə də bu da normaldır. Amma ümumi götürəndə bir daha vurğulayram ki, bir blokda yaşayan beş şəxsin, beş ailənin birinin bir müşahidə kamerası qurub hamını izləməsi məncə doğru deyil. Ali Məhkəmə düzgün qərar qəbul edib. Hesab edirəm ki, bu gələcəkdə insanlar üçün bir president, bir nümunə ola bilər.

Orada görüntü bucağı ilə bağlı qərar var. Təbii ki, mən də bunu təqdir edirəm. Yəni məhkəmə haqlı olaraq qeyd edib ki, kameranın görüntü bucağı ilə quraşdırılmalıdır ki, onu quraşdıran şəxs yalnız öz qapısının, öz evinin giriş hissəsini görsün, bu yalnız o hissəsini əhatə etsin.

Buna da təminat yoxdur. Bu gün o cür quraşdıracaq, sabah bir də görəcəksən ki, kameranı bir başqa istiqamətə fırlatdı və qonşular nə biləcək ki, bu yalnız öz qapısını görür. Yəni qonşular gərək onda hər gün o kameraya nəzarət etsin ki, doğrudan da bunun baxış bucağı, müşahidə bucağı yalnız o şəxsin qapısına istiqamətlənib, yoxsa ümumi bloka. Ümumi götürəndə təbii ki, bu da doğru qərardır ki, yəni baxış bucağı, görüntü bucağı yalnız müşahidə kamerası quraşdıran şəxsin öz mənzilinin qapısını, onun giriş-çıxışını əhatə etməlidir”-deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ