Cümə günü, 06 noyabr 2026
     

Göyçə gölü ətrafında Alban məbədləri

Image


Azərbaycanda təqribən 450-dək müxtəlif mənşəli göl var. Onlardan biri də Göycə gölüdür. Bu göl Qərbi Azərbaycan (indi ki, Ermənistan respublikası) ərazisində yerləşir. Qafqazın şirinsulu göllərinin incisi sayılan Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə yerləşir və sahəsi təqribən 1242 km-ə çatır.

Onu cənubdan Ağlağan, Çənlibel dağları və Səlim gədiyi, Şimaldan isə Murğuz və Şahdağ silsiləsi əhatə edir. Sadalanan bu dağların ətəklərində tarixi Göycə mahalı yerləşir, göl isə sanki bu mahalın nəhəng aynası.

Göyçə adının etimologiyası ilə bağlı müxtəlif versiyalar var. Rus və erməni mənbələrində gölün adı “Sinaya voda”, “Sevan”, “Qeqam”, “Qeqarkuni” kimi qeyd edilir. Göründüyü kimi, ermənilər bir çox tarixi toponimlərimiz və abidələrimiz kimi Göyçə adını da dəyişib “Sevan”–yəni Qaragöl qoyublar. Maraqlıdır, Göycə gölü niyə Sevan adlansın? O ki, mavi səmanın rəngini əks edir. Hətta 1928-ci ildə Göycədə olmuş Rusiyanın tanınmış yazıçısı Maksim Qorki bu barədə belə yazırdı...“Bu göl sanki dağlar qoynuna düşmüş səmanın bir parçasıdır...Bəli, inanılmaz dərəcədə gözəl! Deyəsən dağlar dərəni canlı məhəbbət və incəliyi ilə qucaqlayıb qoruyub. Hava qeyri-adi dərəcədə təmiz və şəffafdır və yumşaq parıldayan mavi tonda boyanmış kimi görünür”.

Bir sıra tədqiqatçılara görə, göl adını öz rəngindən almışdır. Azərbaycanda buna bənzər Göyçay adlı toponimlər də mövcuddur. “Kitabi-Dədə-Qorqud” dastanında da gölün adı Göyçə, “Gökcə”, “Gökçe” kimi qeyd edilib.

XIV-XVII əsr farsdilli qaynaqlarda da Göyçə gölü “Gögcə təngiz” – yəni Göycə dənizi kimi qeyd edilmişdir. İsgəndər bəy Münşi öz əsərində Göycə dənizinin təbiəti haqqında yazır: “... Təbiətin paklıq və xürrəmilik vaxtı olan bahar günlərində əlhəzrət zilləlah şah (Şah Abbas – R.Q.) havasının lətafəti, suyunun

bolluğu, gül-çiçəyinin çoxluğu, çay və bulaqlarının göz oxşaması ilə göz oxşayan və cənnət gülzarına bənzəyən Göycə dəniz yaylağında işrətlə məşğul olub ov edirdi”.

Göyçə adının göyçək xanımın şərəfinə söyləndiyi barədə də rəvayətlər var. Ancaq biz, göl adını öz rəngindən aldığı versiyanın üstündə dayanırıq. Elə minilliklər boyu burada formalaşmış tarixi Göyçə mahalı da öz adını Göycə gölündən almışdır. Adından göründüyü kimi, bu mahal qədim türk tayfalarının yurdu olub. Tarix göstərir ki, Türk mənşəli, Kimmer, İskit, Sak tayfaları bu ərazilərdə min illər boyu yaşayıb. Bu barədə “Kitabi-Dədə Qorqud” dastanında da bəzi məlumatlara rast gəlinir. Dastanda konkret olaraq Göyçə mahalı Oğuz türklərinin vətəni kimi təsvir olunur və həmçinin burada Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər qeyd olunur. Azərbaycan tarixi üzrə qaynaqlarda qeyd olunur ki Göycə gölü və mahalı zaman-zaman Türk mənşəli Saci, Salari və Rəvvadilərin, Səlcuq imperiyasının, Eldənizlər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu sülalələrinin idarə etdiyi dövlətin tərkibində olub. Səfəvilər dövründə Çuxursəd bəylərbəyiliyinin inzibati ərazisi vahidi olub. Lakin Səfəvi-Osmanlı müharibəsi sonra İstanbul sülh müqaviləsinə əsasən Osmanlı imperiyasının tabeliyinə keçib.

XVIII əsrin birinci qərinəsində Göycə gölü və mahalı əvvəlcə İrəvan, Naxçıvan və Maku əyalətlərini əhatə edən Çuxursəd bəylərbəyiliyinin, sonra isə Əfşarlar imperiyasının və ümumilikdə Azərbaycan inzibati vahidinin tərkibində olub. 1747-ci ildə Nadir Şahın ölümündən sonra İrəvan xanlığının tərkibinə daxil olan Göyçə mahalı həm ərazisinə və həm də əhalisinin sayına görə xanlığın şimal hissəsində yerlə¬şən ən böyük mahal iri. Bunu 1828-ci ildə bağlanmış Türkmənçay müqavilə¬sindən sonra Azərbaycanın İrəvan xanlığı ərazisində “Erməni vilayəti” yaradılandan sonra tərtib edilmiş siyahıdan da aydın görmək olar. Həmin siyahıda Göyçə mahalına məxsus 59 kəndin adı qeyd olunub (Başkənd, Dəlikdaş, Kəsəmən, Ağqıraq, Kosa Məmməd, Ardanış, Yuxarı Adyaman, Bığlı Hüseyn, Ağbulaq, Zeynalağalı, Toxluca, Aşağı Adyaman, Gölkəndi, Rəhmankənd, Ağqala, Qızılçıq (Əbülkənd), Qızılbulaq, Gözəldərə, Qışlaq, Kəvər, Qul-Əli, Basarkeçər, Paşakənd, Dəliqardaş, Alçalı, Əbdül Ağalı, Təzəkənd və s.). Bunu əsas götürən çar Rusiyası XIX əsrin ortalarında əhalisinin mütləq əksəriyyəti azərbaycanlı olan Göyçə gölünün ətraf ərazilərində Nor-Bayazit (Yeni Bəyazid) adlı qəza yaratdı və inzibati cəhətdən qəzanı Dərəçiçək, Göyçə, Gözəldərə və Məzrə adlı dörd nahiyəyə böldü. Bu da Azərbaycan ərazilərini planlı şəkildə ermənilərə vermək üçün növbəti addımı idi. Çünki Qəza yaratmaqla Rusiya, Göyçə gölünü və onun sahilyanı ərazilərinin şimal-şərq hissəsini cənub-qərbindən faktiki olaraq ayırdı.

Azərbaycan Xalq Cumhuriyyəti tarixi torpaqların geri qaytarılması üçün çalışsa da, müsbət bir nəticə əldə edə bilmədi və əksinə Göyçə mahalının qərb hissəsi, İrəvan və Eçmiədzin qəzaları da Ermənistana verildi. Gölün şərq hissəsi isə “Göyçə dairəsi” statusu ilə Cumhuriyyətin tərkibində qaldı. Nəticə etibarı ilə, Göyçə gölü bu günə kimi Azərbaycanla Ermənistan arasında sərhəd rolunu oynayır.

Tarixi mənbələrə görə, Göyçə gölü ətrafında yerləşən və eləcə də yuxarıda adları çəkilən 59 kəndlərin hər birində qədim türk tayfalarına məxsus çoxsaylı tarix maddi-mədəniyyət və o cümlədən Alban memarlığına məxsus abidələr var idi. Onların əksəriyyəti azərbaycanlılar bu ərazilərdən deportasiya ediləndən sonra orada məskunlaşan ermənilər tərəfindən qarət edildi və dağıdıldı. Belə maraqlı Alban monastır kompleksinin biri də Göycə gölündəki yarımadada yerləşir. Ancaq tarixən çəkilmiş foto sənədlərdən də görmək olur ki, monastır yerləşən ərazi əvvəllər ada şəklində olmuşdur. (Şəkil-2). Fotolardan da aydın görünür ki, həm adanın özü və həm də Göycə gölünün ətrafı sıx meşəlik olub İndi isə gölün ətrafı çılpaq qayalıq ərazilərdi (Şəkil-4).

Görünür sonralar burada məskunlaşan ermənilər inşaat üçün memarlıq abidələrini sökdükləri kimi, buradakı meşə materialından da bolluca istifadə ediblər. Elə bu səbəbdən də göldə buxarlanma çoxalmış və suyun səviyyəsi enərək ada yarımadaya çevrilmişdi. İndi monastır yarımadadadır.

Öncə qeyd edək ki, Göycə gölü indiki Ermənistan ərazisində qaldığı üçün Azərbaycanlı memar və arxeoloqlar bu ərazilərdə qazıntı işləri və memarlıq tədqiqatları apara bilməyib. Bundan məharətlə istifadə edən erməni “tədqiqatçıları” buradakı abidələri sökərək materialından inşaat işlərində istifadə edib, albanlara məxsus xaç daşlarının yerini dəyişdirib və yaxud üzərində dəyişikliklər edərək xarici muzeylərə satıb, kütləvi məzarlıqları isə dağıdaraq talan ediblər. Sözügedən Göycə monastır kompleksi də eyni dağıntılara və “yenidənqurma” işlərinə məruz qalmışdır .

Xatırladaq ki, Alban dövründə monastırların inşasına çox əhəmiyyət verilmişdi. Onlara knyazlar tərəfindən böyük torpaq sahələri və sərvətlər vəqf edilirdi. Beləliklə monastırlarda böyük vəsaitlərin toplanması sayəsində yeni çoxsaylı tikililərin inşası üçün zəmin yaranırdı. Çünki monastırlar ölkənin din, mədəniyyət, incəsənət və maarif mərkəzi olmaqla yanaşı ölkənin siyasi işlərində də mühüm rol oynayırdı. Bütün bunlara əsasən deyə bilərik ki Göycə monastır kompleksinin inşası da Alban knyazları tərəfindən maliyyələşib. Mənbələrə görə Göycə monastır kompleksinə daxil olan ilk kilsə VIII əsrin sonlarında bütpərəst məbədinin yerində inşa edilib. Xatırladaq ki, Qarabağdakı bəzi monastır və kilsələr, hətta məscidlər belə (Bakının İçəri şəhərindəki cümə məscidi) öncəki atəşpərəst, bütpərəst və s. dini inanclar yerində inşa edilmişdi. Çünki belə yerlər müqəddəs sayılırdı. Göründüyü kimi albanlar da Göycə monastırında bu ənənəyə sadiq qalmışlar. Sonralar monastırın ətrafında tədricən yeni kilsələr və köməkçi binalar inşa edilmiş və hətta yadellilərdən müdafiə olunmaq üçün daxili və xarici qala divarları da hörülmüşdü. Bu cəhətinə görə Göycə monastırı Gədəbəydəki Mahraza (XVII əsr), Qarabağdakı Gəncəsər (XIII əsr-Ağdərə), Xudavəng (XIII əsr-Kəlbəcər), Müqəddəs Yelisey (XIII əsr-Ağdərə), Ağoğlan (V-VI əsr-Laçın) və s. monastırları xatırladır. Bundan əlavə, burada üçüncü bir kilsənin bünövrəsi zəmanəmizə qədər gəlib çatmışdır. Acınacaqlı haldır ki, bu kilsəsinin divarlarında olan xaç daşları və ətrafdakı Alban qəbir daşlarını, monastır hücrələrinə toplayıb onlar üzərində yenidənqurma işləri apararaq gələn turistlərə erməni abidələri kimi təqdim edirlər (Şəkil-5,6,7,8).

Monastır kompleksi Alban memarlıq üslubuna məxsus şəkildə yaxşı cilalanmış hamar tuf və xam bazalt daşları ilə inşa edilmişdi. Bu daşlar tünd rəngdə olduğuna görə monastır kompleksi də uzaqdan qara görünür. Elə bu səbəbdən də ermənilər bu qədim kompleksi “Qara monastır”, (erməni dilində “sev”- qara, “vank”-monastırdeməkdi), adlandırıb.

Şəkil-13. Göücə yarımadasında Alban monastr kompleksi

1.Birnğnefli xaçvari kilsə 2.Dini məktəbin qalıqları

3.Kilsə eyvanının qalıqları 4.Xaçvari birnefli kilsə

5. Üçnefli kilsə

Baş plandan göründüyü kimi monastır kompleksində üç kilsə var (Şəkil-13). Kilsələrin ikisi xaçvari plana malik olub və bir neflidi. Digər və nisbətən iri ölçülərə malik olan kilsənin isə planı düzbucaqlı olub və üç neflidi. Kilsələrin zəng qülləsi ibadət zalının mərkəzindən qaldırılmış sütunlar üzərindəki çoxbucaqlı barabanın üstündə oturdulub və dam örtüyü ptamida şəkillidir. Kilsənin ümumi dam örtü isə xaçvaridi. Zəng qülləsinin damda yerləşdirilməsini üçnefli kilsəyə də şamil etmək olar. Bu xüsusiyyətlərinə görə kilsələr, Şəkinin Zəyzid, Zaqatalanın Qəbizdərə və Qarabağdakı bir çox məbədləri xatırladır.

5 nömrəli kilsədə eyvan binanın cənub tərəfində yerləşir. Bu istiqamətdə ibadət zalına qapı da açılır. 4 nömrəli kilsədə isə eyvan qərb tərəfdədir. Qaleraya tipli eyvanın damını 6 sütun saxlayırmış. Eyvanın şimal tərəfində planı kvadrat şəkilində olan sövmə də olmuşdur. Həm sövmənin və həm də eyvanın yalnız bünövrələri zəmanəmizə qədər gəlib çatmışdır. Xatırladaq ki, kilsələrdə altarın şərq tərəfdə olması bir qaydadı. Bu qayda Göycə monastır kompleksində də saxlanmışdı. Monastır kompleksində salamat qalan iki kilsə trikonxdur, yəni üç apsidalıdı. Bu cəhətinə görə iki kilsə bir birinə bənzəsə də birinci kilsədən fərqli olaraq ikinci kilsənin cənub tərəfə açılan qapısı və önündə kiçik eyvanı da var. Görünür bu eyvan və qapı xüsusi adamlar üçün nəzərdə tutulub. Vaxtı ilə buradan asılmış və üzəri oyma naxışlarla bəzədilmiş taxta qapı hazırda Ermənistan Dövlət Tarix Muzeyində saxlanılır (Şəkil-14). Ümumilikdə Göycə monastrı Arran memarlığının üslub özəlliklərini özündə qoruyub saxlaya bilmişdır.

Maraqlıdır ki, erməni və rus dilli internet saitlərində, monastır kompleksinə məxsus bir çox maddi mədəniyyət abidələrinin

Sankt-Peterburqun Ermitaj muzeyində saxlanıldığı, erməni müəllifləri tərəfindən etiraf edilir. (https://overlandarmenia.com/ru/monastir-sevanavank) Hətta 1931-ci ildə Göycə gölü ətrafındakı kilsələrin sökülərək onların daşları ilə Göycə (Sevan) şəhərində inşa edilən sanatoriya üçün istifadə olunduğu xüsusi qeyd edilir (Şəkil-15). Ermənilərin bu ifadələri monastır kompleksində yerləşən kilsənin divar hörgüsünün fərqində öz təsdiqini tapır (Şəkil-16).

Əlavə edək ki, həmin saitlərdə o da qeyd edilir ki, 1950-ci illərin ortalarında Göycə monastırındakı binalar tamamilə yenidən qurulmuş, tarixi qiymətli elementləri muzeylərə göndərilmiş və onların yerini bacarıqlı əllərlə hazırlanmış yeni nüsxələr tutmuşdur. Düşünürəm ki burada artıq şərhə ehtiyac qalmır. Çünki ermənilərin özləri Alban abidələrini necə söküb talan etdiklərini açıq-aydın açıb göstərirlər.

Bu yerdə Ümummilli Lider Heydər Əliyevin sözlərini xatırlamaq yerinə düşər: ... “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən–min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir”.

Rizvan QARABAĞLI
AMEA Memarlıq və İncəsənət insititunun
aparıcı elmi işçisi,
memarlıq üzrə fəlsəfə doktoru,
Azərbaycan universitetinin dosenti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ