Cümə günü, 06 noyabr 2026
     

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Image


TƏBİB: “Qısa zamanda bütün tibb müəssisələri qeyd edilən dərman vasitələri ilə təmin ediləcək”

İlqar Hüseynli: “Ciddi səbəblərin əsas mahiyyətində dayanan problem planlaşdırmanın düzgün həyata keçirilməməsidir”

Əsasən böyrək və ya ürək transplantasiyası əməliyyatı keçirmiş xəstələrdə orqan transplantasiyasının bədən tərəfindən rədd edilməsinin qarşısını almaq üçün istifadə olunan “Sertikan”- (tərkibində aktiv maddə olaraq everolimus saxlayan immunosupressiv (immuniteti zəiflədən) dərman vasitəsi bir müddətdir ki, xəstəxanalar tərəfindən bu qəbildən olan xəstələrə verilmir. Xırdalan Mərkəzi Xəstəxanasında qeydiyyatda olan və orqan transplantasiyası keçirən xəstələrdən bir neçəsinin baki-xeber.com-a verdikləri məlumata görə, 2 aydır ki, bu dərmanı ala bilmirlər. Xəstəxanadan onlara bildirilir ki, dərman yoxdur, olanda veriləcək. Onlar bildirirlər ki, ciyər və böyrək köçürülmüş xəstələr o dərmanı qəbul etməzsə o orqanlar fəaliyyətini dayandırar. Şəxslər qeyd edirlər ki, insanlar ölüm təhlükəsi ilə üzləşirlər. Bu dərman vasitəsi isə hər aptekdə yoxdur, hansı aptekdə varsa da, onun da qiyməti həddən artıq bahadır. Xəstələr deyirlər ki, bəzən 70, bəzən, 100, bəzən də 150-160 manata satılır. Bunu isə almağa xəstələrin əksəriyyətinin maddi imkanı yoxdur. “Bu dərman əgər depoda varsa sənədləşdirib xəstəxanaya göndərsinlər, xəstələr gözləyir. Biz sağlam adamlar deyilik, gözləyə bilmirik. Xırdalan xəstəxanasında “Sertikan” adlı dərman yoxdur? Niyə yoxdur?İki aydır “yoxdur” eşidirik”-deyə xəstələr bildirir.

Xəstələrə “Sertikan” dərmanı niyə verilmir? Səbəb nədir?

Ürək və böyrək transplantasiyası keçirən xəstələrin şikayətləri ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. “TƏBİB tərəfindən vətəndaşların dərman vasitələri ilə təmin olunması istiqamətində zəruri addımlar atılır.

Qeyd edək ki, orqan transplantasiyası əməliyyatları icra edilmiş vətəndaşların dərman vasitələri ilə təmin olunması prosesi davam etdirilir.

TƏBİB tərəfindən müvafiq tender qaydalarına uyğun şəkildə qalib olmuş şirkətlə müqavilə bağlanılıb. Qısa zamanda bütün tibb müəssisələri qeyd edilən dərman vasitələri ilə təmin ediləcək”-deyə TƏBİB-dən bildirdilər.

“Dərman xəstələrə konkret olaraq nı vaxt çatdırılacaq” sualına isə TƏBİB-dən “Sənədləşmə prosesindən asılıdır. Onu dəqiq deyə bilmirik”-deyə bildirildi.

TƏBİB dərmanın xəstələrə çatdırılması ilə bağlı qeyri-müəyyən cavab verdi, xəstələr isə can təhlükəsi ilə çırpınırlar. Ekspertlər də deyir ki, ölkədə bu dərman satılırsa, demək depoda da var. Onun xəstələrə vaxtında çatdırılmaması suallar doğurur.

Ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, bu dərmanların dövlət klinikalarında olmamasının bəzi ciddi səbəbləri var. “Ciddi səbəblərin əsas mahiyyətində dayanan problem planlaşdırmanın düzgün həyata keçirilməməsidir. Bəzən dövlət klinikaları onlara 2026-cı ildə hansı dərmandan nə qədər lazım olduğu barədə 2025-ci ildə proqnoz bir tərtib edirlər ki, 2026-ci il üçün bizə nə qədər hansı dərmanlardan lazım olacaq. Planlaşdırma düzgün olmayanda birincisi, müəyyən dərman preparatları tez istifadə olunur və onun defisiti yaranır. Çünki TƏBİB də dövlət büdcəsində olduğuna görə tender elan edir. Tenderdə müəyyən şirkətlər iştirak edir. O tenderin nəticəsindən qalib elan olunub. Qalib şirkət elan olunandan sonra həmin dərman preparatlarının ölkəyə gətirilməsi də müəyyən bir zaman alır. Proqnozlaşdırma və planlaşdırma düzgün aparılmayan da bəzi dərman preparatları ümumiyyətlə bir də görürsən ki, tətbiqdən, protokoldan çıxarılır və artıq olaraq qalır klinikada. Kilinkada bu sahə ilə məşğul olan, buna məsul olan şəxsləri məcbur olurlar ki, həmin dərman preparatlarını digər kliniklarda istifadə etsinlər, yəni başqa kliniklara göndərsinlər. Yəni bu bir xeyli problemlər yaradır. İkincisi, planlaşdırma problemindən əlavə, dünyada son illər baş verən bu müharibələr, eyni zamanda məsələn, Hörmüz boğazındaki yükdaşımalar zamanı problemlərin ortaya çıxması, bu kimi kommunikasiya məsələləri dərman preparatlarının da təchizatında ciddi gərginliklər yaradır. Yəni artıq onun fəsadları bizim Azərbaycanda da hiss olunmaqdadır. Çünki ölkə 100-də 98, 95 faiz dərman preparatlarının təchizatı baxımından idxaldan asılı vəziyyətdədir. Konkret olaraq, Azərbaycan həm də orqan transplantasiya ilə bağlı çox böyük təcrübəyə malik olmayan bir ölkədir.

Bizdə orqan transplantasiyası yeni-yeni artıq kütləviləşməyə başlayıb. O da müəyyən fərdi kliniklarda bu baş tutmaqdadır. Yəni transplantasiya olunmuş xəstələrin sayı kütləvi deyil. Buna görə də həmin “Sertikan” dərmanın gətirilməsi də proqnozlaşdırma zamanı bax bu mənada ciddi bir problemlərlə üzləşir. Yəni ölkədə dövlət klinikası TƏBİB xətti ilə neçə sayda “Sertifika”nın gətirilməsi neçə sayda orqan transplantasiyasının olunmasına bağlı bir məsələdir. Özəl şirkət isə öz puluna istədiyi dərmanlarını istədiyi qədər, istədiyi sayda gətirə bilir. Özəl şirkətlərin də bu problemləri var. Bəzən bildiyim qədər elə dərman firmaları var ki, il ərzində kifayət qədər sayda vaxtı keçmiş, yararlılıq müddəti bitmiş dərman preparatlarını atmaq zorunda qalırlar. Niyə? Onlar da bəzən proqnozlaşdırmada səhv edirlər. Kifayət qədər sayda dərmanı gətirirlər. Bəzi hallarda artıq bir də görürsən ki, həkimlərin praktikasında dəyişikliklər yaranır, protokoldan həmin dərman preparatları çıxarılır, istifadə olunmur və kütləvi şəkildə qalır əllərində və məcbur olub onu müddəti bitdikdən sonra atırlar”.

İ.Hüseynlinin sözlərinə görə, bu baxımdan proqnozlaşdırma, planlaşdırma çox ciddi bir məsələdir.

Onun bildirdiyinə görə, ola bilər ki, ölkənin 2025-ci ildə şərti olaraq, 100 qutu “Sertikan”a ehtiyacı ola bilər: “Tutaq ki, dövlət qurumu, TƏBİB də fikirləşər ki, ötən il 100 qutu “Sertikan”la transplantasiya olmuş xəstələrimizi idarə etmişiksə, 2026-cı ildə də 100 qutunun proqnozunu verə, planlaşdırma edə bilər. Amma əksinə bir də görürsən ki, 2026-ci ildə 2025-ci illə müqayisədə orqan transplantasiyası olmuş xəstələrin sayında bir neçə dəfə və yaxud da ki, bir neçə yüz artım var. Bu artımın ortaya çıxdığı məqamda artıq həmin dərman preparatlarına defisit mütləq yaranacaq. Bu mənada bu mənada məhz nəzərə alınmalıdır ki, ilbəil həm xəstəliklərin sayı artır, həm də orqan transplantasiyalarının sayı artmaqdadır. Proqnozlaşdırma və planlaşdırma zamanı həmin dərman preparatlarını növbəti illə müqayisədə düşünürəm ki, bir qədər artıq sayda sifariş etmək, artıq sayda almaq lazımdır. Hətta nəzəri cəhətdən burada istifadə olunmasa, müddəti bitib sərf olunmasa da belə, biz insanların namına, xəstələrin namına bu planlaşdırmanı elə etməliyik ki, növbəti ildə də xəstələrin dərman preparatlarından təchizatında fasilələr yaranmasın. Məsələ bu fasilələrin yaranmasının əsas başında duran səbəb budur”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ