Cümə günü, 06 noyabr 2026
     

Avropada istidən evində ölənlər Bakıda mənzil tikintisinin böyük qüsurunu yada saldı...

Image


İlqar Hüseynli: “Bakıdakı o evlərdə, binalarda bu konstruksiyalar nəzərə alınmayıb, ona görə də istilik riskləri var və təhlükə halları istisna deyil”

Avropada tüğyan edən istilər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyacan təbili çalmasına səbəb olub. ÜST Avropada baş verən həddindən artıq isti hava dalğalarının dağıdıcı təsirləri ilə bağlı rəqəmləri açıqlayıb. Təşkilat iyunun 21-dən bəri Avropada isti hava dalğaları səbəbindən 1300-dən çox insanın öldüyünü bəyan edib.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında milyonlarla insanın rekord dərəcədə yüksək temperaturla üz-üzə qaldığını bildirib: "Hazırda 150 milyon insan həddindən artıq isti şəraitdə yaşayır, yüzlərlə insan həyatını itirib, təhsildə fasilələr yaranıb və elektrik şəbəkələri çökür".

İstilik stressinin çox vaxt hiss edilmədən ölümlərə səbəb olduğunu deyən Qebreyesus, buna görə də bunu "səssiz qatil" kimi təsvir edildiyini bildirib. Avropadakı evlərin, iş yerlərinin və məktəblərin bu qədər yüksək temperaturlara davamlı tikilmədiyinə diqqət çəkən təşkilat rəhbəri, iqlim dəyişikliyinin təsirlərinin hər il daha ağır hiss edildiyini qeyd edib.

Avropada baş verən ölümcül istilər Bakıda mənzil tikintisi sahəsində mövcud qüsurların yarada biləcəyi fəsadları bizə xatırladır.

ÜST hesab edir ki, Avropada istidən ölümlərin çoxu evlərdə baş verib. “Bu təhlükə Azərbaycan üçün də müəyyən qədər ola bilərmi?” sualını ortaya qoyur.

Yəni Avropa da evlər hədsiz dərəcədə isti temprstura uyğun tikilməyib. Belə görsənir ki, tikinti zamanı süni materallardan istifadə olunub və nəticədə də anloji hallar baş verib.

Bəs Azərbaycanda hədsiz dərəcədə, yəni 40-50 dərəcəyə yaxın temperaturun təsirini azaltmaq məqsədilə evlərin, mənzillərin tikinti vəziyyəti nə yerdədir? Bakıda bu ciddi problem öncədən nəzərə alınıbmı ki, belə dəhşətli istilər ola bilər və insanlar evlərində istidən ölə bilərlər? Bakıda mənzil tikintisində Avropadakı kimi hədsiz dərəcədə istiyə dözümlülük amili nə dərəcədə diqqətə alınıb? Söhbət kondisionerlərin işləmədiyi haldan gedir.

Qeyd edək ki, bəzi ekspertlərin fikrincə, son dövrlər Bakıda inşa edilən binaların əksəriyyətini n tikintisində süni materiallardan istifadə olunub və bu da radiasiya yaradır. Şüşə, alkopon, dəmir-beton kimi süni tikinti materiallarının təhlükə yaratdığı istisna edilmir. Onlar işıq şüası buraxırlar, radiasiya ötürürlər, elə binalarda yaşamaq təhlükəlidir. Ekspertlərin sözlərinə görə, şəhər mühitində elə material seçmək lazımdır ki, insanlar üçün təhlükə törətməsin, bu kimi məsələlərdə insan faktoru nəzərə alınsın.

Sosial sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, bu yalnız dünya üçün deyil, Azərbaycan üçün də aktual məsələdir. İ.Hüseynli hesab edir ki, əslində, bu hərtərəfli baxış və müzakirə tələb edən bir məsələdir və bu mövzu ilə bağlı bu prosesləri bilən mütəxəssislər, ekoloqlar da fikir bildirməlidir, bu, çox yaxşı olar. “Həm də tikinti mütəxəssisləri bu prosesi artıq burada bir nümunə kimi görməlidirlər. Dünyada heç zaman belə bir fakt, belə bir hal olmamış ki, insanlar öz evlərində istilikdən dünyasını dəyişmiş olsunlar. Avropa çox da dəhşətli istilərlə müşaiyət olunmayan klimata malik olan bir coğrafi regiondur. Məsələn, Türkiyənin də elə regionları var ki, orada heç vaxt soyutma sistemlərindən, konkret olaraq kondisionerlərdən istifadə olunmur. Baxmayaraq ki, kondisioner istehsalçısıdır, amma Ankarada, İqdırda, Diyarbəkir kimi şəhərlərdə mənzillərdə heç kondisioner quraşdırılmayıb. Məsələn, Azərbaycanın iqliminə gəldikdə, Şuşada, Kəlbəcərdə heç vaxt kondisionerlərə ehtiyac olmayıb. Çünki əsas güc evləri istiməyə verilib. Çünki qış həddən artıq soyuq olduğuna görə daha çox mənzillərin isti saxlanılmasına ehtiyac duyulub. O cümlədən də Avropa iqlimində də eyni şey müşahidə olunur. Yəni məsələ burasındadır ki, bu iqlim dəyişiklikləri Avropa ölkələrinin müxtəlif yerlərində bu cür fəsadları ortaya çıxartmış olur. Bu da bir dərs və nümunə kimi artıq qeyd olunmalıdır.

Almaniyada kütləvi ölümlərin həm də səbəbinin bir faktoru ondan ibarətdir ki, Almaniyada evlərə kondisionerlərin quraşdırılması uzun və bürokratik maneələrdən keçir. Yəni vətəndaş istədiyi vaxt kondisioneri alıb evində quraşdıra bilməz, bunun üçün müəyyən icazələr alınmalı, müəyyən tələb və normativlərə əməl olunmalıdır. Onların hamısını aradan qaldırıb o normativlərə uyğunlaşdırana qədər insanlar artıq istilərdən dünyasını dəyişmiş olublar.

Azərbaycana gəlincə, Azərbaycanda son illər tikilən evlərdə daş yunu deyilən bir tikinti materiallarından istifadə olunur. Artıq sərt tələb kimi qoyulub ki, evlər xaricdən həmin daş yunu ilə üzlənməlidir. Ondan sonra fəsad vurulmalıdır. Daş yunu konkret belə deyək ki, ölçülü pletələrdir. Onlar quraşdırılır, konstruksiya olunur binanın çölündə. Onun funksiyası ondan ibarətdir ki, həmin o daş yunu divarla fasad arasında xüsusi bir örtülü təbəqə yaradır. Həmin örtülü təbəqə qışda soyuğun və yayda həddən artıq istinin qarşısını almaq məqsədi daşır. Bu Azərbaycanda son illər mövcuddur. Baxmayaraq ki, bizim mənzillərimizin əksəriyyətində artıq kütləvi olaraq kondisionerlər quraşdırılıb. Başqa ölkələrdən fərqli olaraq Bakıda, Aran rayonlarında, müxtəlif coğrafi regionlarımızda bu kondisionerlər quraşdırılıb. Çünki biz daimi isti region hesab olunmuşuq. Ona görə insanlar ən azı bir otaqlarını kondisionerlə təmin edə biliblər. Yəni bu mənada bizdə problemin həlli ilə bağlı mənzillərin, binaların tikintisi zamanı uyğun addımlar atılmalıdır”.

İ.Hüseynli hesab edir ki, bu gün “Xruşovka”, “Leninqrad” layihələri ilə tikilən evlər var ki, onlar son beş ilə qədər üzlənmayan evlərdir. “Yəni Bakıda binaların daş yunu ilə üzlənməsi prosesi gedir. Amma köhnə binalar var ki, problem onlarda ola bilər. Söhbət ondan gedir ki, o evlər daş yunu ilə üzlənməyib. Bakıdakı o evlərdə, binalarda bu konstruksiyalar nəzərə alınmayıb, ona görə də istilik riskləri var və təhlükə halları istisna deyil. Azərbaycanda durum təxminən belədir. Amma sizə bir şey də deyim. Bu təkcə Azərbaycanda deyil. Məsələn, Türkiyədə artıq köhnə binaların da üzlənməsi həyata keçirilir. Onlar buna montalanama deyirlər. Montalanama, yəni fasadın üzərindən bütün binalar xüsusi materiallarla üzlənir və yenidən fəsad vurulur. Bu artıq bələdiyyənin mənzillər qarşısında qoyduğu tələbdir. Orada binalar insanların özlərinin özəl mülkiyyəti olduğuna görə insanlar özləri bəlli bir vəsait yığıb, toplayırlar, ödəyirlər və bələdiyyə öz ustalarını göndərib həmin binaları, həmin bu isitmə-soyutma sisteminin üzlənməsi ilə təmin edirlər. Düşünürəm ki, bu dünyanın bütün ölkələrində belə olmalıdır. Yəni demək olmaz ki, regionda hər zaman soyuqdur, mən ona görə də heç bu xərclərin çəkilməsinə ehtiyac yoxdur. Amma Almaniyada baş verən son, bax bu fors-major vəziyyət, iqlim dəyişikliyinin yaratdığı fəsadlar bir daha sübut etdi ki, bəli, mənzil tikilərkən bu mexanizmlərin, bu konstruksiyaların olmasına ciddi ehtiyac var”-deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ