Cümə günü, 06 noyabr 2026
     

Konstitusiya Məhkəməsi Ombudsmanın "aeroport-taksi" qərarına rəy verə bilər(?)..

Image


Xəyal Bəşirov: “Məsələ hüquqi müstəvidə öz həllini tapıb ki, hava limanında fəaliyyət göstərən taksilərlə bağlı məhdudlaşdırıcı sənəd, məhdudlaşdırıcı qərar Konstitusiyamıza ziddir”

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidməti ilə bağlı tətbiq olunan yeni qaydalar həm narazılıq, həm də ciddi suallar doğurur. Yeni qaydalara görə, aeroportdan taksi nəqliyyatı ilə sərnişindaşımaların yalnız “Bakı Taksi Xidməti” MMC vasitəsilə həyata keçiriləcəyi qeyd edilir. Cəmiyyətin narazlıqla qarşıladığı yeni qaydalarla əlaqədar Ombudsman Aparatı monitorinq aparıb və açıqlama yayıb.

Ombudsman Aparatının yaydığı məlumatda qeyd edilir ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidməti göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur: “Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir”.

Ombudsmanın açıqlamasında göstərilib ki, bu, Konstitusiya Məhkəməsinin 2 maddəsi ilə insanlara verilən hüquqlara tamamilə ziddir.

Yəni ortada Konstitusiyanın tələblərinin, iki maddəsinin kobud şəkildə pozulması faktı var. Bax belə bir vəziyyətdə Konstitusiya Məhkəməsinin ölkədə taksilərlə bağlı yaranmış vəziyyətə müdaxilə etmək hüququ, imkanı varmı, zərurət yaranıbmı? Bu, sadə bir vətəndaşın dediyi söz deyil, ölkənin ombudsmanının hesabatında əks olunan məsələdir. Konstitusiya Məhkəməsi bu məsələyə müdaxilə edib rəy verməlidirmi? Hansı halda rəy verə bilər və Konstitusiya Məhkəməsinin buna yeni bir rəy verməsi üçün nə etmək lazımdır?

“Azərbaycan Konstitusiya Məhkəməsinin rəyi…”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələyə Azərbaycan Respublikasının Konstitusiyana və qanunlara əsasən münasibət bildirmək lazımdır. “Hava limanında taksilərlə bağlı məsələ son həftələr geniş müzakirə olunur. Fikrimcə, onun o səviyyəyə qalxması doğru deyil ki, bununla bağlı ombudsman müraciət etsin, Konstitusiya Məhkəməsi rəy versin, qərar versin. Açığı, bu sənədlərlə tanış deyiləm. Azərbaycan qanunvericiliyində bu prosedurlar nəzərdə tutulub. Sadəcə, mən buna öz subyektiv mövqeyimi ona görə bildirdim ki, yəni bu məsələ bu səviyyəyə qalxmalı deyil. Bununla əlaqədar kifayət qədər qurumlar var ki, bu məsələni onlar özləri də həll edə bilərdilər. Yəni o qurumlar bu problemin həllinə nail ola bilərdilər və ölkənin insan hüquqları üzrə müvəkkilini, yaxud Konstitusiya Məhkəməsi kimi ali məhkəmə orqanını məşğul etməməli idilər. Amma indi məsələ bu səviyyəyə qalxıb, böyük ehtimal ki, bununla bağlı addımlar atılıb. Çünki Azərbaycanda bu fəaliyyətlə məşğul olan kifayət sayda qurumlar, aidiyyəti orqanlar var. Həmin o aidyyəti orqanlar bu məsələni böyütmədən daha operativ, öz imkanları çərçivəsində daha geniş araşdırma apararaq həll edə bilərdilər. Amma görünür, bu olmayıb ki, məsələ bu səviyyəyə qalxıb. Bu, orqanların fəaliyyətsizliyinin, yaxud lazımı şəkildə fəaliyyət göstərməməsinin nəticəsidir. O ki qaldı bu məsələ ilə bağlı ombudsmanın və Konstitusiya Məhkəməsinin fəaliyyətinə, Azərbaycan Konstitusiyasına görə, hakimiyyətlər bölgüsü var - qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Qanunverici hakimiyyətini parlament həyata keçirir. Prezidentin rəhbərliyi altında icra hakimiyyəti fəaliyyət göstərir, Nazirlər Kabineti də ora aiddir. Məhkəmə hakimiyyəti isə ədalət mühakiməsini həyata keçirən üç pilləli məhkəmə sistemidir. Birinci instansiya apelliyasiya, ikinci kassasiya instansiyası, üçüncüsü ali məhkəmə. Amma Konstitusiya Məhkəməsi adlarını çəkdiyimiz bu qurumların, bu istiqamətlərin heç birinə aid deyil, müstəqil dövlət qurumudur. Konstitusiya Məhkəməsi nə qanunvericilik, nə icra, nə məhkəmə hakimiyyətinə aid olmadan, tabe olmadan müstəqil fəaliyyət göstərən, Azərbaycan Respublikasının Konstitusiyasının qüvvəsini, Konstitusiyaya riayət edilməsini təmin edən bir ali orqandır. O daha çox qanunvericilik, icra və məhkəmə hakimiyyətində qəbul edilmiş qərarların Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasını, eyni zamanda vəzifəli şəxslərin qəbul etdiyi qərarların, imzaladığı sənədlərin Konstitusiyamıza aid olub-olmamasını, ümumilikdə Azərbaycanın normativ aktlar sistemində mövcud olan bütün sənədlərin Konstitusiyamıza uyğun olub-olmamasını daha çox təmin edir”.

X.Bəşirov qeyd etdi ki, söhbət hava limanında fəaliyyət göstərən 10-15 taksidən yox, onlarla, bəlkə də yüzlərlə insanın taksi fəaliyyətindən gedir. X.Bəşirovun sözlərinə görə, onların uzun illər göstərdikləri fəaliyyətə məhdudiyyətlər tətbiq olunub, təbii ki, insanlar buna öz narazılıqlarını bildirirlər və bu mətbuatda da bu öz əksini tapır. “Taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilənlərin Ombudsmana müraciət etmək haqqı var. Bu, Ombusmanın fəaliyyətində, bu institutun yaradılması məqsədlərində də nəzərdə tutulub. Təbii ki, bir insan da müraciət edə bilər. Amma burda taksi fəaliyyəti ilə məşğul olanların kütləvi müraciətindən söhbət gedirsə, bu daha həssas yanaşma tələb edir. Buna görə də Ombudsmana müraciət olunub. Ombudsman həmin o taksi fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətlərinə məhdudiyyətlər tətbiq edən müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərarın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasını müəyyən etmək üçün araşdırma aparıb. Müəyyən olunub ki, burda insanların Konstitusiyada nəzərdə tutulmuş bərabərlik hüquqları pozulub. Yəni orda digər taksi xidmətilə məşğul olanlar da var, amma hamısına bərabər şərait yaradılmır, bəzilərinə şərait yaradılır, bəzilərinə yox. Ombudsman da, böyük ehtimalla, bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Qanunda bu nəzərdə tutulub. Konstitusiya Məhkəməsi də bununla bağlı rəy verir ki, həmin o məsələ Konstitusiyaya ziddir, ya yox. Konstitusiyamızda nəzərdə tutulan insan hüquqlarının pozulması deməkdir. Bu halda artıq bununla bağlı müvafiq qurumlar addımlar atmalıdır. Qanunvericiliyə görə, Konstitusiyamızın 147-ci maddəsinə əsasən normativ aktlar sistemi var. Normativ aktlar sisteminin ierarxiya üzrə ən yuxarsında duran Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bizim Konstitusiyamız bütün qanunlardan, bütün normativ aktlardan, hətta Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən belə üstündür. Yəni bütün digər aktlar, qanunlar, məcəllələr, sərəncamlar və sair hamısı Konstitusiyaya uyğun olmalıdır. Konstitusiyaya ziddirsə Konstitusiyanın üstünlüyü götürülür və həmin o normativ aktlar ya qəbul edilə bilməz, ya da qüvvədə ola bilməz. Bu baxımdan düşünürəm ki, burda artıq məsələ hüquqi müstəvidə öz həllini tapıb ki, hava limanında fəaliyyət göstərən taksilərlə bağlı məhdudlaşdırıcı sənəd, məhdudlaşdırıcı qərar Konstitusiyamıza ziddir. Bununla bağlı Azərbaycan Konstitusiya Məhkəməsinin rəyi varsa, artıq o qərar Konstitusiyaya uyğunlaşdırılmalı və həmin şəxslərin pozulan hüquqları bərpa edilməlidir. Bəli, əgər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinə hüquqları məhdudlaşdırılmış taksi sürücüləri müraciət ediblərsə, bu qurum da müraciətin araşdırılmasını həyata keçiribsə, bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüququndan istifadə edibsə, Konstitusiya Məhkəməsi də bununla əlaqədar araşdırma aparıb rəy veribsə, təbii ki, bu, qanunvericiliyə uyğundur. Düşünürəm ki, o istiqamətdə gərəyi olan addımlar atılmalıdır”-deyə X.Bəşirov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ