Bazar ertəsi günü, 09 noyabr 2026
     

Şərurun bir kəndində camaatın başlatdığı yeni "yas qaydası" bütün ölkədə reaksiya doğurdu...

Image


Azərbaycanda yas mərasimlərində ehsan verilməsi adətinin  aradan qaldırılması məsələsi uzun illərdir ki, müzakirə edilir. Bu mərasimlərdə israfçılıq hallarının baş alıb getməsi  bu məsələni aktuallaşdırıb. Öz əzizin yasında ehsan verməyənlər tək-tük olsa da, bu bir kəndin, bir mahalının timsalında baş vermədiyi üçün başqa yerlərdə təsir gücü də hiss olunmurdu. 

Naxçıvanın bir kəndində artıq ehsan məclisi ləğv olunub. Belə ki, Naxçıvanın Mahmudkənd icması kənddə yas mərasimlərində ehsan verilməsini qadağan edib.

Bu barədə kəndin sosial media hesabında paylaşım edilib.

Mahmudkənd ağsaqqallarının, ziyalılarının bu təşəbbüsü Azərbaycanın hər yerində çox müsbət qarşılanıb. Sosial şəbəkələrdə kənd sakinlərinin bu addımını müsbət qarşılayıblar və bunun bütün Azərbaycana yayılmalı olduğunu bildiriblər. 

Mahmudkənd icmasının yaydığı elanı millət vəkili Fazil Mustafa da şərh yazaraq rəsmi Feysbuk səhifəsində paylaşıb və bu təşəbbüsü müsbət qarşılayıb: "Burada bir elan qarşıma çıxdı, çox ağıllı və faydalı bir təklif verilib. Şərur rayonu Mahmudkənd ağsaqqalları qərar qəbul ediblər ki, bundan sonra yasda yemək ehsanı verilməsin. Ürəyimcədir, vacibdir, alqışlayıram, dəstəkləyirəm. Sadəliyi sevən, yekəxana olmayan, özündən yeni bir İslam dini kəşf etməyən, ölüsünə ancaq yeməklə savab qazandırmaq istəməyən hər bir ağıllı insan üçün bir örnək davranışdır.  Bununla belə, hər kəsin israfçılıq etmək, özünə lazımsız sıxıntı yaratmaq, öz ağlını mollanın ağlına təslim etmək, xeyli xərc çəkib verdiyi bir neçə növ yemək ehsanı ilə lovğalanmaq hüququ saxlanılır".

  • "Onlar müasirliyi, gedişatı, tələbləri, sosial vəziyyəti, dinimizi dərk edən insanlardırlar" 

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanımış ilahiyyatçı Tural İrfan da "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Mahmudkənd əhalisi çox böyük nümunə təqdim edib. O, vurğuladı ki, bu, ənənə Azərbaycanın başqa bölgələrinə  də yayılarsa və buna hər kəs əməl edərsə müsbət nəticə əldə edə, yas məclislərini israfçılıqdan xilas edə bilərik. "Təmtəraqlı yas məclisləri və israfla müşaiyət olunan ehsan süfrələrinin doğru olmadığı haqda illərlə yazırıq, deyirik, maarifləndirmə aparırıq.

Bu cür məclislər yas sahibinin maddi çətinliyə tuş gəlməsinə, digər sosial problemlərə aparıb çıxarır.

Bahalı və böyük qəbir daşları, təmtəraqlı ehsan süfrələri həm dini cəhətdən, həm də ənənələrimiz baxımından məqbul deyil.

Bu gün oxudum ki, Şərur rayonunun Mahmudkənd kəndində ağsaqqallar qərar qəbul edib ki, yas süfrələri yığcamlaşdırılsın. Mahmudkənd  ağsaqqallarının qərarını alqışlayıram. O ağsaqqallar demək əsl ağsaqqaldırlar. Onlar müasirliyi, gedişatı, tələbləri, sosial vəziyyəti, dinimizi dərk edən insanlardırlar. Ümid edək ki digər bölgələrdə də bu təkrar olunsun. Ölü yerində çatlayana kimi aşdan, dolmadan yeyib salavat oxumağa nəfəs yeri saxlamadan halvadan tıxamaq heç də ölüyə, ölü sahibinə hörmət demək deyil. Yas yeri, hüzn məclisi qonaqlıqdan, toydan fərqlənməlidir.

Yas məclisində gedib yemək gözləmək abırsızqlıdır. Əksinə, qonaqlar yas sahibinə yemək aparmalı, onu və başı yasa qarışan ailəsini təmin etməlidir.

Hüzn ("hüzr və ya hüzür yox!) məclisində kənar söhbətlər etmək, yemək yaxşı həzm olunsun deyə siqaret çəkmək, bir qab yeyəndən sonra təzədən sifariş vermək heç doğru deyil" -deyə T.İrfan bildirdi. 

T. İrfanın sözlərinə görə, 

bacaran, imkanı olan, arzu edən yas zamanı istifadə olunan ərzaq və digər şeyləri alıb yas sahibi üçün aparsın. "Tutaq ki, çoxsaylı adamlar yas yerinə hazır yemək, qalsa xarab olacaq məhsullar, ərzaq apararsa, bu da təziyyə sahibinin ailəsinin təminatından artıq olarsa bu zaman toplaşan adamlara ehsan kimi təqdim olunar. Çünki bəzən uzaq yoldan gələn, ac, miskin və məzlum adamlar da məclisə gəlir.

Məclis sahibin də özünü çətinə salıb növbənöv yeməklər təşkil etməsinə ehtiyac yoxdur. Ölü üçün ehsan gözəldir. Ancaq hökm deyil ki, bu ehsanı elə məhz yas ərəfəsində verəsən. Çox rast gəlmişəm: qışın çovğununda, dağ kəndində bir dəstə qəbir qazmaq üçün gedərkən bir dəstə də mal-heyvan, dana dalıyca gedir. Yaxud borc, nisyə ilə ət, yağ, un alırlar. Kəsirlər, bişirirlər, soyuq çadırda camaat buğlana - buğlana yeyir, sonra da dəftərə müəyyən məbləğ pul yazdırır. Hazır nə yemək ye, nə də pul yazdır. Yas sahibi də nə yemək ver, nə də pul yığ. Onsuz da o pulu yığırsansa artıq camaata verdiyin ehsan sayılmır. Çünki ehsan pul qarşılığında verilmir. Bu, alverdir. Necə ki, kafedə bir qab dolma, aş yeyib 20 manat ödəyirsənsə, yasda da yeyib həmin pulu dəftərə yazdırırsan..."

T. İrfan qeyd etdi ki, Sovet dövründə, dinin qadağan olduğu dövrdə bu məsələni dəbə salıblar. Ekspertin sözlərinə görə, dəftər, kitab da doğru deyil. "Kim yas sahibinə kömək etmək istəyirsə, etdiyini də onu borclu qoymaq anlamında etmirsə elə gizlində ona pul verə, dəstək ola bilər. Bunun savabı da daha çoxdur. Yoxsa siyahı tutmaq, ad yazmaq, kimin nə qədər yazıldığını qeyd etmək... Bu, artıq başqa şeydir. Bunun dinə, İslama, heç dinsizliyə də aidiyyatı yoxdur.

Çay, limon, imkanı olan da xurma təklif edər. Təmtəraq, halva, aş, dolma-bozartma, dovğa, pendir, göyərti, qazlı-qazsız sular... Əsla doğru deyil. İsrafdır, israf da haramdır. Özünüz günaha batırsınız, ölünü də günaha batırmayın.

7, 40 kimi tədbirləri, qonaqlıqları da ümumiyyətlə ləğv etmək lazımdır. Peyğəmbər əsla belə cəfəng işlər görməyib. Nə də ölmüş səhabəsinin ailəsinə gedib oturub aş, halva gözləməyib. Yaxınları vəfat edəndə tapşırıb ki, onların başı qarışıb, odur ki, sizlər yas yerinə yemək, ərzaq aparıb dəstək olun.

İslama etiqad edən, özünü müsəlman sayan buna əməl etməlidir"-deyə T.İrfan bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ