Bazar ertəsi günü, 09 noyabr 2026
     

Sel və daşqınlar artır, Azərbaycanda isə erkən xəbərdarlıq sistemləri yoxdur...

Image


İqlim dəyişmələri fonunda son illərdə dünya ölkələrinin böyük əksəriyyətinin üzləşdiyi problemlərdən biri də sel və daşqıanlarla bağlıdır. Problem ölkəmizdə də özünü qabarıq büruzə verir. Elə bundan irəli gəlir ki, baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

Baş nazir, ötən illərdən fərqli olaraq, cari ilin may-iyun aylarında ölkəmizin bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçdiyini, yağıntıların miqdarının artdığını, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artıb, sel və daşqınlar baş verib. Təbii fəlakət baş verən rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilib, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub. Bildirilib ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, həmçinin əkin sahələrinə və fermer təsərrüfatlarına, digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib. Ümumiyyətlə isə, çoxillik statistik məlumatlara görə, Azərbaycanda son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Bu ilin ötən müddətində ölkədə 45 sel hadisəsi baş verib, halbuki, ötən il bütün ilboyu 43 sel qeydə alınmışdı. Son 10 ilin iyun aylarında ortalama 3-9 sel və daşqın baş verirdisə, ötən il 18, bu il isə iyunun ilk 15 günündə 26 belə hadisə olub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva  ölkədə sel və daşqın sayının artmasını iqlim dəyişikliklərinə bağlayıb. Təbii proseslər iqlim dəyişmələri fonunda baş verdiyindən, planetdə temperaturun yüksəlməsi yağıntıların fəsillik rejiminə də təsir göstərir və havanın ekstremallığı artır. Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov da qeyd edir ki, Azərbaycan ərazisində də qlobal istiləşmə öz təzahürlərini göstərməkdədir. 1961-1990-cı illərlə müqayisədə 1991-2020-ci illərdə havanın orta illik temperaturu orta hesabla 0,80 – 1,2 dərəcə artıb: “Respublikanın əksər ərazilərində atmosfer yağıntıları iqlim normasına nisbətən azalsa da, ayrı-ayrı günlərdə müşahidə olunan anomal intensiv yağıntılar və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin (leysan, ildırım, dolu, qasırğa küləyi, sel, daşqın və s.) təkrarlanması artıb. Bu, özünü cari ilin may və iyun aylarında daha qabarıq göstərməkdədir. Temperaturun artması və yağıntıların azalması səbəbindən suya olan tələbatın artması fonunda, ölkənin su ehtiyatlarının azalması müşahidə edilir. Yaxın onilliklərdə istiləşmənin daha da sürətlənəcəyi ilə əlaqədar olaraq Azərbaycanda da yuxarıda qeyd edilən neqativ təzahürlərin daha da kəskinləşəcəyi ehtimal olunur”. Hazırda ölkədə  yağıntıların normanı ötməsi ölkənin fərqli bölgələrində problemlər doğurur. Rəsmi açıqlamaya görə, Qax rayonuna bir gündə aylıq normanın 120 faizi, quraq iqlimi ilə seçilən Sabirabada 122 faizi, Yevlaxa isə 75 faizi qədər yağıntı düşüb.

Sel və daşqınlarla yanaşı, ölkədə dolu yağması halları da çoxalıb. İyunun 1-dən 15-dək Azərbaycanda 31 dəfə dolu düşməsi qeydə alınıb. Ötən il 18 belə olay baş vermişdi. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri 25-30 millimetrə çatıb. Baş verən sel, daşqın və dolu hadisələri həmin bölgələrdə yaşayan insanların yaşamına da təsirsiz ötüşmür. Bu ilin mayında Göygöl rayonunda selə düşən iki nəfər həyatını itirib. Bölgədə yaşayan sakinlərin ev və təsərrüfatlarına ciddi ziyan dəyib. Aqrar Sığorta Fondunun yaydığı açıqlama da regionlarda yaşayan insanların ciddi problemlərlə üzləşdiyini təsdiqləyir. Açıqlamada bildirilir ki, bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu ucbatından fermer təsərrüfatlarına ziyan dəyib. Ötən dövrdə, əsasən, Ağdam rayonu ərazisində buğda, arpa, pambıq sahələrinə dolu düşməsinə, güclü küləyin ağacları sahələrə aşırmasına dair bilgilər yayılıb. Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkib. Ölkə üzrə daha çox müraciət Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından daxil olub. Müraciətlər fırtına və dolu kimi sığorta predmetləri ilə bağlıdır. İlin əvvəlindən, özəlliklə may-iyun aylarında Aqrar Sığorta Fonduna təsərrüfatlara dəyən ziyanla bağlı 900-dən çox müraciət daxil olub. 2014-cü ildə aparılan araşdırma nəticələrinə görə, Azərbaycanda bütün təbii təhlükələr 50 milyon dollar, yəni 85 milyon manat dəyərində orta illik iqtisadi itkilərə səbəb olur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) araşdırmasına görə, son 20 ildə müxtəlif təbii təhlükələrin ölkədəki əkin sahələrinə vurduğu ziyan bitkiçilikdən əldə olunan toplam qazancın 4-6 faizi qədərdir. Hesablamalara görə, təkcə 2003-2010-cu illərdə Azərbaycanda çay daşqınları kənd təsərrüfatı üzrə torpaq fondunun 29.8 faizinə zərər vurub, 2Z9 min hektar əkin sahəsi, o cümlədən strateji önəmli 19 min hektar pambıq sahəsi, 77 min hektar taxıl sahəsi, 10 min hektar bostan bitkiləri sahəsi, 7 min hektar otlaq sahəsi uaraqsız hala düşüb və 104 min baş iri və xırdabuynuzlu mal-qara tələf olub. “Azadlıq” radiosunun məlumatına əsasən, son illərdə ölkədə təbii amillər insanların dolanışığına ciddi təsir göstərir. Dəyən ziyan üzündən fermer təsərrüfatları illərlə toparlana bilmir. Bu baxımdan, hökumətin təbii fəlakətlərə daha hazırlıqlı olmasına ehtiyac var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının araşdırmasında bu da vurğulanır ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda fəlakət risqi dəyərləndirilmir, hazırlıq və fövqəladə fəaliyyət planları yoxdur, fəlakət sonrası ehtiyac, zərər və ziyan qiymətləndirilmir. Qurumun hesabatında diqqətə çatdırılır ki, Azərbaycanda təbii fəlakətlərin doğurduğu problemlərin həlli baxımından “Fəlakət Risqinin Azaldılması və Hidrometeorolgiyanın İnkişafı üçün” yeni dövlət proqramlarının qəbuluna ehtiyac var. FAO-nun fikrincə, bütün səviyyələrdə qurumlararası bağlantıları, əməkdaşlıq və ünsiyyəti dəstəkləmək və gücləndirmək üçün ölkədə Milli Platforma yaratmaq lazımdır. Kənd təsərrüfatı sektoruna cavabdeh qurumların bu platformada fəal iştirakını təmin etmək də çox vacibdir. O da bildirilir ki, fəlakət riskinin azaldılmasına dair məlumatların toplanması və təhlili də daxil, kənd təsərrüfatı siyasətinin araşdırılmasında və hazırlanmasında ciddi boşluqlar var. Hökumət bu boşluqların doldurulmasına çalışmalıdır. Digər bir vacib məqam isə ixtisaslı kadrlarla bağlıdır. Özəlliklə fəlakət risqləri olan bölgələrin xəritələşməsi baxımından ölkənin istər texniki imkanları, istərsə də insan resursları inkişaf etdirilməlidir. Fəlakət risqlərinin azaldılması baxımından FAO-nun Azərbaycanda tətbiqini vacib saydığı digər mexanizm də erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ