Bazar günü günü, 18 oktyabr 2026
     

Paşinyan BMT kürsüsündən İlham Əliyevə uğursuz təklif verdi...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da sülh müqaviləsinin paraflanmasından sonra ilk dəfə olaraq yenidən cəfəng fikirlər səsləndirib. O iddia edib ki, Azərbaycan həddindən artıq aqressiv bəyanatlar verir və ölkəsinin ərazi bütövlüyünə təhlükə yarada biləcək layihələrdən əl çəkmir.

BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Paşinyan nitqinin əhəmiyyətli hissəsini Azərbaycanla münaqişənin həlli ilə bağlı müzakirələrə sərf edib. O qeyd edib ki, son bir neçə ildə tərəflər çox şey əldə ediblər: İrəvan və Bakı ölkələr arasında sərhədi təsdiqləyib və sülh müqaviləsini paraflayıblar. O, həmçinin Ermənistanda TRIPP-in tikintisini xatırladıb. Qeyd edib ki, Ermənistan və Amerika hakimiyyət orqanlarının razılığı ilə digər dövlətlər də bu layihəyə qoşula bilər: “Bütün bunlar nə deməkdir? Xanımlar və cənablar, bütün bunlar - və mən bunu bütün beynəlxalq ictimaiyyətə elan etməkdən məmnunam - Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olması deməkdir. Fədakarlığı, ardıcıllığı və bütövlüyü qeyri-mümkün kimi görünənləri mümkün edən ABŞ prezidenti Donald Trampın rolu bu sülh prosesində həlledicidir. TRIPP (ABŞ-la Ermənistan arasında razılaşdırılmış biznes modeli Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr müxtəlif infrastrukturdan ibarət olacaq. Marşrutun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq. Beləliklə, avqustun 8-də Vaşinqtonda elan edilmiş TRIPP marşrutu əsasında Vaşinqton bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycan arasında dövlətdaxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılması dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcək. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistanın ərazisindən keçməklə maneəsiz əlaqəni təmin edəcək və beynəlxalq və dövlətlərarası əlaqə üçün qarşılıqlı fayda verəcək”.Eyni zamanda o qeyd edib ki, “sülh məzuniyyət deyil, iş, gündəlik zəhmətdir”. Üstəlik, o əlavə edib ki, sülh gündəmini saxlamaq münaqişəyə əsaslanan gündəmdən qat-qat çətindir: “Bu kontekstdə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək və uzun müddətdir davam edən münaqişə nəticəsində azadlıqdan məhrum edilmiş şəxslərin probleminin həlli həlledici əhəmiyyət kəsb edir ki, bu da bizim gündəmimizdədir”.

Bundan başqa, Ermənistanın baş naziri qeyd edib ki, prezident İlham Əliyevin Zəngəzur dəhlizi adlanan məkana daim istinad etməsi sülhün möhkəmlənməsinə xidmət etmir: “Vaşinqtonda razılaşdırılmış sənədlərdə belə bir ifadəyə rast gəlinmir və Ermənistan-Azərbaycan danışıqlarında və ya sənədlərində heç vaxt yer almayıb. Düşünürəm ki, azərbaycanlı həmkarımın bu ifadə ilə nə demək istədiyinə aydınlıq gətirməsi faydalı olardı, çünki erməni reallığında bu, Ermənistana qarşı ərazi iddiası kimi qəbul edilir”. Üstəlik, o, Azərbaycan tərəfinin Ermənistanın kapitulyasiyası haqqında danışmasını bəyənmir. Ermənistan liderinin nöqteyi-nəzərindən bu termin obyektiv reallıqdan ayrılmış aqressiv konnotasiyaya malikdir: “Ancaq bu, əlbəttə ki, bizi əldə edilmiş sülhü qeyd etməkdən və bəyan edilmiş razılaşmaları yerinə yetirməkdən zərrə qədər də yayındırmayacaq... Mən təklif edirəm ki, azərbaycanlı həmkarım əsas diqqəti əldə olunmuş razılaşmaların çevik və dəqiq həyata keçirilməsinə yönəltsin”. Halbuki, Azərbaycan tərəfinin ermənistana qarşı hər hansı ərazi iddiası yoxdur. Zəngəzur dəhlizi isə Azərbaycanda qəbul edilmiş termindir, hər hansı ərazi iddiasını özündə ehtiva etmir. Bütün bunları Ermənistanın baş nazirindən əvvəl BMT-də çıxış edən prezident İlham Əliyev də təsdiq edib: “2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP)”. Burada Azərbaycan lideri məhz TRIPP sözündən istifadə edib. Zəngəzur dəhlizi isə qeyd edildiyi kimi Azərbaycanda qəbul edilən termindir. Politoloq Arşaluys Mqdesyanın dediyinə görə, Paşinyanın Azərbaycan tərəfini tənqid etməsinə səbəb onların paraflanmış sülh müqaviləsinə fərqli münasibəti ola bilər: “Bakı üçün bu, onun zəfər yürüşünün bir hissəsidir və ondan bəhrələnməkdə davam etmək istəyir, İrəvan üçün isə səhifəni çevirib yenidən başlamaq üçün fürsətdir. Təbii ki, belə bir yanaşma kontekstində baş nazirin nöqteyi-nəzərindən Zəngəzur dəhlizindən bəhs etmək mümkün deyil. Amma Əliyev hesab edir ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi statik deyil, əksinə, bu uğurun üzərində dayanmaq üçün istifadə edilməli olan yeni imkanlar açıb”. Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hesab edir ki, Ermənistan və Azərbaycan liderləri arasında anlaşılmazlıqda ciddi heç nə yoxdur: “Paşinyan və Əliyevin çıxışlarını müqayisə etdikdə belə qənaətə gəlmək olar ki, hər ikisi sülhpərvər ruha söykənib. Təbii ki, ritorikada bəzi kobud kənarlar qalacaq, lakin onlar zaman keçdikcə yox olacaq. Eyni zamanda, Azərbaycan Zəngəzur dəhlizi terminindən də əl çəkməyəcək, çünki o, Ermənistanın 44 kilometrlik cənub qolundan daha çox Ermənistanı əhatə edir. Ermənistan hökuməti TRIPP-in parametrləri ilə bağlı ABŞ-la razılaşdıqda, bu məsələ İrəvan üçün ağrılı nöqtə olmaqdan çıxacaq”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ